13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────məzmununa hörməti qorumalıdır. Bu tələbin məqsədi — əsas hüququn ləğv edilməsinə səbəb ola bilən hədsizməhdudiyyətə yol verilməməsini nəzərdə tutur. Üçüncüsü, hər bir məhdudiyyət proporsionallıq prinsipinəmüvafiq olmalıdır. Hüquq və azadlıqların həyata keçirilməsinin məhdudlaşdırılmasına münasibətdəproporsionallıq prinsipi hər hansı məhdudiyyətin onun qarşısında qoyulan məqsəddən irəli getməməsini bildirir.Başqa sözlə, daha ciddi məhdudiyyət tədbirinə yalnız yumşaq tədbirlər səmərəli olmadıqda yol verilə bilər.Dördüncüsü, məhdudiyyət zəruri olmalıdır. Zərurət şərtləri o deməkdir ki, hər hansı məhdudiyyətə yol verilməsiüçün konkret ictimai problem kimi obyektiv səbəblər mövcud olmalıdır. Bu şərt hüquq və azadlıqların özbaşınaməhdudlaşdırılması imkanını istisna etməyə yönəlmişdir. Beşincisi, məhdudiyyət yalnız qanuni məqsədləqoyula bilər. Məhdudiyyətin qoyulması başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi və ya ümumimənafeyə xidmət etməlidir.Vətəndaş və dövlət Azərbaycan Respublikasında qarşılıqlı hüquq, vəzifə və məsuliyyətlə biri–biri iləəlaqədədirlər. İnsan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə onların müdaifəsini təmin etməklədövlət ölkənin müdafiəsi və dövlətin təhlükəsizliyinin təmini məqsədilə qanunla hüquq və azadlıqlarıməhdudlaşdıra və konstitusiya quruluşunun əsas dəyərlərinə zərər vuran qəsdən törədilmiş əməllərə görə cinayətməsuliyyəti də nəzərdə tuta bilər. Eyni zamanda ayrı–ayrı fərdlərin özlərinin konstitusiya hüquq və azadlaqlarınıhüquqauyğun surətdə həyata keçirməsi dövtən suverenliyinə qəsd edən əməl kimi qiymətləndirilə bilməz vəonun üçün əlverişsiz hüquqi nəticələrə səbəb olmamalıdır.İnsana öz hüquqlarını müstəqil müdafiə etməkdə geniş seçim imkanı verilir. Lakin onun hərəkətləricəmiyyətdə müəyyən edilmiş qanunlara zidd olmamalıdır: ictimai qaydanı pozmaq olmaz, hüquq–mühafizəorqanları və digər müəssisələrin işinə dağıdıcı təsir göstərmək, insanların həyat və sağlamlığı üçün qorxutörədən şərait yaratmaq yolverilməzdir.Ulu öndər qeyd edirdi: “Konstitusiya insan, vətəndaş hüquqlarının, azadlıqlarının təminatı ilə əlaqədarvətəndaşların qarşısında duran böyük vəzifələri də ətraflı əks etdiribdir. Hər bir vətəndaşın hüququ var, ohüquqlar qorunmalıdır… Ancaq hər bir vətəndaşın vətəndaşlıq vəzifəsi var, borcu var. Vətən qarşısında borcuvar, vəzifəsi var. Bunlar da konstitusiyada öz əksini tapıbdır”.Yeddincisi, konstitusiyada məhkəmə hakimiyyətinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləriifadəsini tapdı.Azərbaycan Respublikası Konstitusiyasının 7–ci maddəsinin 3–cü hissəsinə müvafiq olaraq məhkəməhakimiyyəti hakimiyyətin qollarından biridir. Ona görə də məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin bir qolukimi gerçəkliyə həqiqi təsir göstərmək imkanı olmadan mövcud ola bilməz.Ulu öndər demokratik dövlət quruculuğu prosesini ölkədə məhkəmə hüquq islahatlarının həyata keçirilməsiilə əlaqələndirirdi: “Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının həyata keçirilməsi prosesi hərbirimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq–mühafizə orqanlarının islahatı ilə əlaqədarqanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir”. Ulu öndərin ideyaları əsasındaməhkəmə–hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar məhkəmə hakimiyyətinin müstəqilliyininvə insan hüquqlarının təmininə, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasına, məhkəməqərarlarının müasir dövrün tələblərinə cavab verən səviyyədə olmasına, həmin qərarların vaxtında icrasına,vətəndaşların məhkəmələrə inamının artmasına səbəb olmuşdur.Azərbaycan Respublikasının Konstitusiyasında məhkəmə hakimiyyətinin və onun daşıyıcıları kimihakimlərin statusunun əhəmiyyətli dərəcədə yüksəldilməsi üçün müvafiq qanunvericilik bazasıformalaşdırılmış, məhkəmə hakimiyyətinin səmərəli işinə zəmin yaratmaq məqsədilə təminatlar nəzərdətutulmuşdur.Məlumdur ki, müstəqil məhkəmə hakimiyyəti olmadan ədalətli cəmiyyət yaratmaq mümkün deyildir.Məhkəmə hakimiyyətinin vəziyyəti cəmiyyəti xarakterizə edən cəhətlərdən biridir. Məhkəmə hakimiyyətininvəziyyətini müəyyən etməyin əsas meyarı fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsiüçün məhkəmə müdafiəsinin əlçatan olması, istifadə edilən prosedurların ədalətliliyi və hakimlərinqərəzsizliyidir.Azərbaycan Respublikası Konstitusiyasının 125–ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasındaməhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Bu isə ona dəlalət edirki, ədalət mühakiməsinin həyata keçirilməsi dövlət hakimiyyətinin müstəqil orqanı kimi məhkəmələrin əsaskonstitusiya funksiyasıdır.Demokratik hüquqi dövlət quruculuğu ictimai həyatın digər sahələrində olduğu kimi, məhkəmə–hüquqsistemində islahatların həyata keçirilməsini tələb edirdi.301

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!