13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────NƏRİMAN QASIMOĞLU,Din və Demokratiya Mərkəzinin sədriİslam və millilikİslamın millilik anlayışı, milli məsələ, millətçilik ideolojisilə münasibətlərinin araşdırılması dinalimlərindən daha çox siyasi islamşünaslıq mütəxəssislərini qayğılandırır. Bu mütəxəssislərin əksərən vəzifəsiİslam və millilik problemlərini bir qayda olaraq dinimizin fundamental nəzəri prinsiplərində araşdırmaq deyildə, Məhəmməd Seçilmişin (s) zamanından bu yana tarixi faktlara çevrilmiş olayların fonunda təhlil etmək olub.Diqqət ilk növbədə ona yönəldilir ki, təktanrılıq inancına son tarixi möhürünü vuran islam VII əsrdəpərakəndə ərəb tayfalarını vahid dövlətdə birləşdirmiş və ərəblərin ümmət halında, sonralar isə xilafətdə birgəyaşayışını təmin etmişdir. Bundan çıxış edilərək, İslamın özülündəki dövlətçilik ideyasının təkcə din birliyiləşərtləndiyi irəli sürülür. Həqiqətən də insanların dini mənsubluğu prinsipinin əsas götürüldüyü tarixi dövrlərdəən çeşidli etnik qruplar və xalqlar vahid sərhədlər çərçivəsində - öncə ərəblərin, sonra türklərin qurduğuimperiyalarda yaşamış və çoxçalarlı, zəngin İslam mədəniyyətini ərsəyə gətirmişlər.Siyasi islamşünaslığın istinad etdiyi başqa bir qaynaq İslam ideoloqlarının baxışlarıdır. Bunlar İslamıntarixən birləşdirici rolunu rəhbər tutaraq milliliyi, millətçiliyi dinin əsaslarını sarsıdan, perspektivinə xələlgətirən vasitə saymışlar. Başlıca fikir ondan ibarətdir ki, milli-ideoloji zəmində təşəkkül tapan dövlətçilikprinsipləri İslamla bir araya sığan deyil. Hətta ənənəvi İslamda radikal islahatlar carçısı, məşhur pakistanlı alimMəhəmməd İqbal da vaxtilə qeyd edirdi ki, dinin normativ prinsip kimi kənara atılması dövləti zəruri mənəviözüldən məhrum edir. Çünki xeyir və şər dəyərlərinin müəyyənləşdirilməsi üçün meyar olaraq istinad edilənmilli mənafelərin şərtləndirdiyi prinsiplər yalnız dinin təmsil edə biləcəyi universal etik sistemlə müqayisədəxeyli qüsurludur və nəhayətdə zülmə, istismara, güclü millətlərin zəifləri əzməsinə bəraət qazandıra bilir.Millətçilik əleyhinə baxışların sistemli şəkildə gəlişməsi XIX əsrin sonlarına - panislamçı hərəkat vəideolojinin təşəkkülü dövrünə təsadüf edir ki, bu da əsasən Cəmaləddin Əfqaninin adı ilə sıx bağlıdır. O, qərbinmüstəmləkə asılılığından müsəlman xalqlarının xilası naminə dini şüarlardan istifadəni vacib sayırdı və bumübarizəyə can verə biləcək yeganə ideoloji platforma kimi İslamı görürdü. C.Əfqani millətçilik görüşlərinitənqid edərək dini həmrəyliyi milli həmrəylikdən üstün tuturdu 2 . Əslində, bu sayaq mövqe dövrün əhvaliruhiyyəsiləsəsləşdiyindən və əsasən də müəyyən tarixi irsə söykəndiyindən populyarlaşa bilirdi. Bu da var ki, odövrdə milli-azadlıq hərəkatlarının uğurları siyasiləşmiş İslamın milliliyə münasibətinə də bəlli ölçüdədüzəlişlər edirdi.Qeyd edək ki, millətçilik ideolojisilə çarpışmalarda təkamülə uğrayan və uğramayan İslami baxışlarınhər bir halda siyasi motivlərlə və şərtlərlə əlaqəli olduğu təbiidir. Onu da deməliyik ki, İslama tapınmış xalqlarınXX əsrdə milli özünüdərki prosesi şüurlarda təbəddülata səbəb olmuş və İslamın toplum həyatında yerinin vərolunun müəyyənləşməsi üçün perspektivlər açmışdır.Hər şeydən öncə unutmaq olmaz ki, milli hərəkatlar tarixən mütərəqqi səciyyə daşıyır və dünyada gedəndemokratik proseslərin tərkib hissəsidir.Milliliyin ümumbəşəri dəyərlərlə dialektikasına yüzlərlə elmi araşdırmalar da həsr edilib. İndiümumilikdə o da etiraf oluna bilər ki, ümumbəşəri dəyərlərdən kənar gerçək din yoxdur, ola da bilməz. Vəəslində belə bir dinlə milliliyin dialektikasına bəşəriliklə milliliyin əlaqəsi müstəvisində də qiymət verməkmümkündür. Başqa dinlərdən fərqli olaraq İslamın imkanları bu baxımdan daha genişdir. İslam deyəndəməhdud zaman qəliblərinə salınmış, zamanların, siyasətlərin, adət-ənənələrin təsiri və təzyiqi altında xeylidərəcədə bütpərəstlik çalarları qazanmış və bu üzdən də tövhiddən - təktanrılıqdan aralı düşmüş «İslam»ınəzərdə tutmuruq. İstinad etdiyimiz Müqəddəs Oxudakı İslamdır ki, bu da bütün zamanları öz hikmətlərilə əhatəedən, kosmik-ilahi informasiya daşıyıcısı olan xalis dindir. Təbii ki, İslamı dəyərincə və gərəyincə öyrənibbilmək istəyənlər ilk növbədə məhz bu informasiya qaynağına üz tutmalıdırlar. Bu ilahi qaynaq dinimizinmilliliyə münasibətini daha elmi və dəqiq ölçüdə aşkarlamağa imkan verir.Müqəddəs Kitabımızda «misəq» terminilə keçən Tanrı-insan anlaşması məsələsi var. Əsasında Tanrıinsanmünasibətlərinə aid haqq və öhdəliklərin paylaşması durur. İnsanın ulu Yaradan qarşısındakı öhdəlikləri(ən çeşidli və bəlli bəşəri etik-əxlaqi dəyərlərə riayət tələbinə cavab verən öhdəliklər nəzərdə tutulur) üzərindədayanmadan ona Tanrının verdiyi haqların üzərinə gəlmək istərdik. Bunlar hazırda tez-tez vurğulanan insanhaqları və azadlıqlarıdır. İnsan azadlıqlarını ən ali səviyyədə təsdiq edən Tanrı-insan anlaşmasına görə, insanıntəbii haqları Quran möhürü ilə müqəddəslik qazanmış olur. Burada milli haqların da xüsusi yeri var.502

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!