13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixdə qəbul etdiyi “Latınqrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanunu uzun müddəticrasız qaldığına görə, təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev 18 iyun 2001-ci il tarixdə“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası PrezidentininFərmanını imzaladı.Ümummilli lider Heydər Əliyevin 4 iyul 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət dilkomissiyasının tərkibini təsdiq etmiş və məsələnin müstəsna əhəmiyyətini nəzərə alaraq komissiyaya sədrliyi özüzərinə götürmüşdü.Ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər ilin avqust ayının 1-nin AzərbaycanRespublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınmışdır.“Azərbaycan Respublikasında dövlət dili haqqında” 22 dekabr 1992-ci il tarixdə Azərbaycan RespublikasıQanununun təkmilləşdirilməsinə ciddi ehtiyac olması nəzərə alınaraq qeyd olunan Fərmanda “AzərbaycanRespublikasında dövlət dili haqqında” yeni qanun layihəsinin hazırlanması nəzərdə tutulmuşdu.Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 30 sentyabr 2002-ci iltarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbuledilmiş və Qanun 4 yanvar 2003-cü il tarixdən qüvvəyə minmişdir. Qanunun 4.1-ci maddəsinə əsasənAzərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, dövlət qurumlarınınkeçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır. Lakin bumaddənin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli, habelə müvafiq icrahakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamilolunmur.Qanunun 5-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır, başqadillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir, beləmüəssisələrdə dövlət dilinin tədrisi məcburidir.“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsindəgöstərilir ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət diliişlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillərdə tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili iləyanaşı, digər dillər də istifadə oluna bilər. Lakin bu zaman onların tutduğu sahə Azərbaycan dilindəkiqarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.Təəssüflər olsun ki, bir çox hallarda Qanunun bu tələbi ciddi surətdə pozulur, xüsusilə özəlmüəssisələrdə lövhələr, reklamlar yalnız əcnəbi dildə yazılır. Halbuki, Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinin 315-1-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinə qarşıtəbliğat aparılması, Azərbaycan dilinin işlənməsinə və inkişafına müqavimət göstərilməsi, onun istifadəsahəsinin məhdudlaşdırılmasına cəhd edilməsi, habelə Azərbaycan dilinin latın əlifbasının tətbiqolunmasına maneələr törədilməsinə görə vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdətutulmuşdur.“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinəəsasən Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqedilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər. Həmin orqan, 5 ildə bir dəfədən azolmayaraq, yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin etməlidir.Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli Qərarı ilə“Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilmişdir. Lakin həmin sənəd təsdiq edilərkənQaydaların 1-ci və 3-cü bəndlərində orfoqrafiq səhvə yol verilmişdir. Belə ki, ara sözləri cümlə əvvəlindəgələndə özündən sonra, cümlə ortasında gələrkən hər iki tərəfdən, cümlə axırında gələrkən isə özündənəvvəl vergül durğu işarəsi qoyulmalıdır. Lakin həmin sənəd təsdiq edilərkən bu qaydanın tələbipozulmuş, ara sözləri digər cümlə üzvlərindən vergüllə ayrılmamışdır.Ona görə də ixtisasından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş, xüsusilə,mütəxəssislər bu barədə öz sözünü deməli, dilimizin, əlifbamızın daha da təkmilləşdirilməsi vəzənginləşdirilməsi üçün mövqeyini bildirməlidir. Bu, hər bir azərbaycanlının müqəddəs mənəviborcudur.458

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!