13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Orden və medallarMedallar tarixi mənbə kimiSəbuhi ƏhmədovAzərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyində XIX əsrin əvvəllərinə aid edilən vəRusiya hökuməti tərəfindən hazırlanan bir neçə xatirə medalı saxlanılır. Bu məqalənin yazılmasında əsasməqsəd - Azərbaycan ictimaiyyətinə və ilk növbədə XIX əsr Azərbaycan tarixinin öyrənilməsi ilə məşğul olantarixçilərə bu medallar haqqında məlumat verməkdir:1. Medal "Qarabağ varisi Məhəmməd Həsən Ağaya". Medal diametri 4.1 sm və qalınlığı 2.5 mm olantunc diskdən ibarətdir. Onun üz tərəfində rus dilində kirill hərfləri ilə 4 sətirdə yazı verilib: "Карабагскомунаследнику Мамат Асан Are." Bildiyimiz kimi, Məhəmməd Həsən Ağa Qarabağ xanı İbrahim Xəlil xanınböyük oğlu olmuş və Kürəkçay müqaviləsinin imzalanması zamanı ona rus ordusunun general-mayoru rütbəsivə xatirə medalı verilmişdir. Həmən bu medalın arxa tərəfində diskin üst tərəfində "За верность" sözləriyazılmış, mərkəzdə eyni yazı ərəb qrafikası ilə verilmiş, alt hissəsində isə "1805 года" tarixi göstərilmişdir.2. Medal "Yelizavetrol döyüşü" (II Rusiya-İran müharibəsinin həlledici döyüşündə şahzadə Abbas-Mirzənin qoşunları general Paskeviçin qoşunları tərəfindən məğlub edilmişdir). Medal diametri 6,6 sm vəqalınlığı 5 mm olan tunc diskdən ibarətdir. Medalın üz tərəfində tökmə üsulu ilə vuruşan alleqorik fiqurlar təsvirolunub (təsvir antik ənənədə həll edilib). Uzun şərq qalxanı və əyritiyəli qılıncla silahlanan döyüşçü yerəyıxılmış vəziyyətdə təsvir edilib (onun atı öldürülüb). Bu döyüşçüyə düztiyəli qılıncla silahlanan dəyirmiqalxanında Rusiya gerbi təsvir edilən döyüşçü zərbə endirir. Təsvirin üst tərəfində rus dilində kirill hərfləri ilə"Cpaжение под Елизаветполем" yazısı, təsvirin alt tərəfində isə "1826" tarixi göstərilib. Medalın arxatərəfində Rusiya imperiyasının gerbi təsvir edilib (caynaqlarında hakimiyyət rəmzləri olan ikibaşhlı qartal, onundöşündə Moskvanın gerbi, boynunda müqəddəs Andrey ordeninin zənciri təsvir edilib). Gerb dəfnəyarpaqlarından tökülən enli əklil ilə haşiyələnib.3. Medal "İrəvan şəhərinin tutulması" (şəhər general Paskeviçin qoşunları tərəfindən 1827-ci ildətutulmuşdur). Diametri 6,6 sm, qalınlığı 5 mm tunc diskdən ibarət olan medalın üz tərəfində İrəvan şəhərinintəsviri göstərilib. Arxa planda üzərində Rusiya bayrağı dalğalanan İrakli dağı (məhz bu dağın tutulması vəburada top batareyalarının qurulması şəhərin işğal edilməsində böyük rol oynamışdır, orta planda Zəngi çayınındöngəsi, ön planda şəhər tikililəri (o cümlədən sol tərəfdə Cümə məscidi, sağ tərəfdə iç qala bürcü, mərkəzdəevlər, digər məscidlərin minarə və günbəzləri) təsvir olunub. Gördüyümüz kimi, şəhərin "əzabkeş ermənixalqına" məxsusluğunu göstərən heç bir element yoxdur. Səmada günəş əvəzinə rəssam hər tərəfə şüalarburaxan xaç təsvir edilib. Onun ətrafında "1828" tarixi göstərilib. Medalın arxa tərəfində üzərində əfsanəvi Nuhpeyğəmbərin gəmisi olan Ağrı-dağ (Ararat) təsvir edilib. Dağın ətrafı Yer üzünü örtən dağlarla əhatələnib.Adətən medallarda və digər xatirə və təltif nişanlarında doğan günəş təsvir edilir. Həmən günəşin təsviri bumedalda da verilib. Lakin nəyə görəsə qərb (günbatan) tərəfdə. Təsvirin üst tərəfində "2242" tarixi göstərilib(ehtimal ki, Huh peyğəmbərin xilasının xristian dini kitablarında qəbul edilən tarixi.4. Medal "Təbrizin tutulması". Qacar zülmünə qarşı çıxış edən şəhər əhalisi Təbrizi 1827-ci ildə döyüşsüzrus qoşunlarına təhvil vermişdir. Məhz bu səbəbdən medal "Təbrizin işğalı" və ya "Təbrizin zəbt edilməsi" adıilə deyil "Təbrizin tutulması" adı ilə məlumdur ("3axват Teбриза" əvəzinə "3aнятие Тебриза"). Diametri 6.6sm, qalınlığı 5 mm tunc disk formasında olan medalın üz tərəfində tökmə üsulu ilə rus orta əsr əsihəsi geymişiki döyüşçü (ön planda dayanan döyüşçünün dəyirmi qalxanında Rusiya gerbi təsvir edilib), onların ayaqlarınınaltında bayraq və sındırılmış soyuq silah təsvir edilib. Döyüşçülərin önündə itaətkarcasına başlarını əyən iki şərqgeyimli ağsaqqal, onların arxasında səmimiyyət nişanəsi olaraq əlini ürəyinə sıxmış şərq döyüşçüsü təsvir522

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!