13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────birinin adı qoyulmuş bu və ya digər şəxs işi çətinə düşəndə kilsəyə gedərək üzünü göyə tutub özünün talemələyinə "Məni ağır vəziyyətdən çıxar, bəd əməllərdən qoru, pisi yaxşıdan seçməyimə yardımçı ol, qurtuluşyoluna istiqamətləndir" deyir. Xristianlıqda ad təkcə adamı səsləmək üçün deyil, ad həm də müqəddəslərin ətaetdiyi xarakterdir, taledir və i.a.İbtidai məktəbdə təhsil aldığım illərdə şəhərin dağüstü məhəlləsində şəbbə-xeyir adlanan adqoymamərasimləri keçirilərdi. Əsasən qadınların yığışdığı qohum-əqrəba məclisində əvvəlcə xəmraşı paylanır, sonrada mollagünə qadınlardan biri qırxı çıxmış körpəni qucağına alıb dua oxuyar, sonda da qulağına adınıpıçıldayardı: "Adını Əli (Məhəmməd, Hüseyn, Həsən) qoyduq, adınla böyüyəsən". Bununla da milli adqoydumərasimi birdəfəlik başa çatardı, vəssalam. Ad günü (den anqela) deyimi millətimizin dini ənənələrinə yad birifadə idi.Televerilişlərdə nədənsə doğum günü ifadəsi ad günü kimi işlədilməkdədir.Televerilişlərdə son vaxtlar "belə deyək də", "demək istəyirəm ki" kimi yersiz ifadələr yer alır. Danışanzaman söz tapmaqda çətinlik çəkənlər, "belə deyək də", yaxud "demək istəyirəm ki" ifadəsini işlətməkləvəziyyətdən çıxmağa çalışırlar. Yerində işlədilməyən hər bir artıq söz isə adamı istər-istəməz qıcıqlandırır."Həyata keçirilir", yaxud "həyata keçirildi" ifadəsi də "belə deyək də" ifadəsi qəbilindəndir. Dediklərimiziəyani olaraq sübuta yetirməyə çalışaq. Məsələn, tez-tez eşitməli olursan: "Körpünün tikilməsi həyata keçirilir","pul ödənişi həyata keçirilir", "kənd təsərrüfatı məhsulları satışı həyata keçirilir" və s. Diqqət yetirin ki, lazımsızyerə işlədilən "həyata keçirilir" ifadəsi dilimizi nə qədər ağırlaşdırır. Məgər, "körpü tikilir", "pul ödənilir", "kəndtəsərrüfatı məhsulları satılır" və s. desək, pismi olar? Əlbəttə ki, yox!Hazırda səsləndirilən idman xəbərləri öz xoşagəlimliyi ilə diqqət çəkir. Lakin idman xəbərləri zamanı daqəribə ifadələr işlədilməsi təəccüb doğurur. Məsələn, idman şərhçisi deyir: " Vurulan zərbə qapının üstündənkeçdi". Heç zərbə də qapının üstündən keçər? Qapının üstündən keçən zərbə yox, topdur!Televerilişlərdə öz dilində çox pis danışan azərbaycanlıların rus dilində danışmasına rəvac verilməsipislənməlidir. Nədənsə müğənni Rəşidə Rəşid, Natəvan Şeyxova rus dilində danışmağa üstünlük verir vəaparıcılar da susub dururlar. Görəsən, bu kəslər ANS kanalının aparıcısı Yelena Sidorenkodan, müğənniManana Caparidzedən, idman şərhçisi Xose Bernardan nümunə götürə bilməzlərmi? Onların, xüsusilə də,Yelena Sidorenkonun Azərbaycan dilində səlis danışması "rus dilli" vətən övladlarının milli qürurunatoxunmurmu?Bu yaxınlarda telemüğənnilərin, teleaparıcıların və digərlərinin Manana Caparidzenin qız övladınınpişvazına çıxması televiziyada yayımlanırdı. Manana onlar gəlməmişdən qabaq Azərbaycan dilində bülbül kimiötürdü, elə ki, onu araya alan azərbaycanlı ifaçılar və jurnalistlər rus dilində danışmağa başladılar, zavallıManana da rus dilində danışmaq məcburiyyətində qaldı. Görəsən, çox zəngin və əlvan musiqi çalarlı dilimiziqoyub, rus dilində danışmağa səy göstərənlərdə milli qürur hissi varmı, məgər onlar ana dilimizin rəsmi dövlətdili olmasını unutmuşlarmı?Telekanallarda Azərbaycan ədəbi və danışıq dilinin gözəlliklərindən bəhs edən verilişlərə yer verməkdənsə,müxtəlif şouların yayımlanmasına çox qiymətli efir vaxtı ayrılır. Səsdən məhrum, dildən pərgar "ifaçılar"özlərinin yüz minlərlə qiyməti olan avtomobillərindən danışmaqla, sanki işə şəhərin ictimai nəqliyyatvasitələrində gedib-gələn çox dəyərli əmək adamlarına acıq verirlər. Savad sarıdan axsayan belələri ifadəçətinliyinə düşəndə rus kəlmələri işlətməklə guya ki, özlərini dil biliciləri kimi aparmağa cəhd göstərirlər.Başabəla jurnalistlər də belələrini sükan arxasında oturmuş vəziyyətdə danışdırırlar...Üzeyir Hacıbəyovun, Səid Rüstəmovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin bənzərsiz bəstələriniBülbülün, Rəşid Behbudovun, Zeynəb Xanlarovanın, Firəngiz Əhmədovanın, Şövkət Ələkbərovanın, SaraQədimovanın, Xan Şuşinskinin, Mirzə Babayevin, Gülağa Məmmədovun, Əbülfət Əliyevin və digər unudulmazmüğənnilərimizin ifalarında dinləməkdən zövq alan dinləyicilərimiz artıq neçə müddətdir ki, nə adları, nəsəsləri, nə də ifa mədəniyyətləri diqqət çəkən müğənnilərin və bəstəkarların dərhal unudulan "mahnılarını"dinləmək məcburiyyətində qaldıqlarından yayım dalğalarını dəyişməklə "əziyyətdən" qurtarırlar. Teleradiodalğalarında səsləndirilən "mahnılar"ın sözlərini də çox zaman musiqiçilərin özləri yazırlar. Belə hallardavaxtilə musiqili komediya teatrında bir tamaşa personajı - Səlyanski yada düşür. Axı, Səlyanski də kəndklubunun konsertlərində hər dəfə "Musiqisi Səlyanskinin", sözləri "Səlyanskinin", lap axırda da "ifa edirSəlyanski" deyirdi. Bir sözlə, efir məkanında keyfiyyət kəmiyyətə keçib. Və buna diqqət verən də yoxdur.Nitq mədəniyyətimizin yüksəldilməsi, danışıq dilimizin ona çirkinlik gətirən ifadələrdən təmizlənməsiyolunda dilçi alimlərimizin , yazıçılarımızın, şairlərimizin fəaliyyətə başlamalarına böyük ehtiyac var. Ona görəki, məişət dilimiz getdikcə korlanmaqdadır. Azərbaycanlıların böyük bir qismi öz ana dilində səlis danışa bilmir.421

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!