13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Cəmşid QULİYEV,Milli Elmlər Akademiyasının dissertantıAzərbaycan Respublikasının Konstitusiyasındainsan hüquqlarının təsbitiKeçmiş sovet dövrü konstitusiyalarından fərqli olaraq, 1995-ci ildə qəbul edilən müstəqil AzərbaycanRespublikasının Konstitusiyasında insan hüquqlarının və azadlıqlarının geniş siyahısı verilib. Daha dəqiq desək,Azərbaycan Konstitusiyasının dörddə biri insan hüquqlarım əhatə edir [1]. Xüsusən də, bunu Konstitusiyamızınüçüncü bölməsində (maddə 24-71) görmək mümkündür. Bununla belə, həmin bölmədən savayı, Konstitusiyanın12, 127 və 133-cü maddələrində də insan hüquqlarına birbaşa və ya dolayı yolla toxunulur.Konstitusiyamızın 24-cü maddəsində əsas insan və vətəndaş hüquq və azadlıqlarının toxunulmaz,pozulmaz və ayrılmaz olması qeyd edilməklə yanaşı, təbii hüquqların əsas xüsusiyyətləri ilk dəfə olaraq özəksini tapıb. Konkret sosial şəraitdən və dövlətdən asılı olmayaraq, təbii hüquqlara insanlar doğulduğu andanyiyələnirlər. Yaşamaq hüququ, bərabərlik hüququ, azadlıq hüququ, mülkiyyət hüququ və təhlükəsiz yaşamaqhüququ təbii hüquqlardandır. Konstitusiyada əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təsbitedilməsi hər bir şəxsin başqaları, o cümlədən dövlət qarşısında məsuliyyət və vəzifələrinin müəyyən edilməsi iləuzlaşır [1]. Hər bir şəxsin normal həyat fəaliyyəti ilə təmin edilməsi məqsədilə əsas hüquqların və azadlıqlarınmüəyyən olunması, həmin məqsədlər naminə bir sıra vəzifələrin, yəni icrası məcburi sayılan davranışqaydalarının da təsbit olunması zərurət kimi yaranır.Bütün dünya ölkələrində əsas qanun olan Konstitusiya, hamılıqla tanınmış insan hüquqlarının başlıcamənbələrindən hesab edilir. Bu hüquqlar Azərbaycanın 1995-ci il Konstitusiyasında da mərkəzi yer tutur:Birincisi, dünyəvi təcrübə nəzərə alınmaqla, hamılıqla tanınmış insan hüquqlarının geniş siyahısı verilib;bu hüquqlar orqanik olaraq bütün digər konstitusion institutlara daxil edilib, onların dövlət idarəetmə və unitarquruculuq prinsipləri ilə qarşılıqlı əlaqəsi təmin edilib; insan hüquqlarının gerçəkləşməsi məqsədilə zəruristruktur, prosedur və mexanizmlərin yaradılması üçün hüquqi zəmin yaradılıb. Azərbaycan Konstitusiyasındainsan hüquqlarının hüquqi təminatları əhatəli şəkildə verilib.İkincisi. İnsan hüquqları ilə vətəndaş hüquqları arasında fərqlər aparılması. Azərbaycan Konstitusiyasıinsan hüquqlarını vətəndaş hüquqlarından ayırır.Vətəndaşlıq - insanla dövlət arasında qarşılıqlı münasibətlərin ilkin əsası sayılır. Vətəndaşlıq məsələsiAzərbaycan Respublikasının xüsusi qanunu ilə tənzimlənir.Üçüncüsü. İnsan və vətəndaş hüquq və azadlıqlarının bərabərliyi. Azərbaycan Konstitusiyası nəinkibölünməz insan hüquqlarını təsdiqləyir, həmçinin qanun və ədalət mühakiməsi qarşısında hamının bərabərliyinibəyan edir. Azərbaycanda dövlət insan hüquqlarının bərabərliyinə cinsindən, irqindən, milliyyətindən, dilindən,mənşəyindən, dinə münasibətindən, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq təminat verir. İnsanhüquqlarına sosial, irqi, milli və dini əlamətlərə görə istənilən formada məhdudiyyətlərin qoyulmasıKonstitusiya ilə qadağan edilir.Dördüncüsü. Təbii, ayrılmaz və bölünməz hüquqlar ideyasının tanınması. Azərbaycan Konstitusiyasındagöstərilir ki, insan hüquqları bölünməzdir və hər kəsə doğulduğu andan məxsusdur. Bu hüquqlar dövləttərəfindən verilmədiyi üçün dövlət tərəfindən də alınması mümkün deyil,Beşincisi. İnsanın hüquq və azadlıqlarının birbaşa qüvvədə olması prinsipinin təsdiqi. Azərbaycanınkonstitusiya-hüquq praktikasında ilk dəfə olaraq, insanın hamılıqla tanınmış hüquq və azadlıqlarının birbaşaqüvvədə olması öz təsdiqini tapıb. Bu, Konstitusiyamızın 71-ci maddəsinin VI bəndində qeyd edilib.Altıncısı. İnsanın hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsi və təmin edilməsi. AzərbaycanRespublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının dövlət müdafiəsinə təminat verir. Bu, dövlətininsan hüquq və azadlıqlarmı tanıması, gözləməsi və müdafiəsi ilə bağlı öhdəliklərindən irəli gəlir.Azərbaycan Konstitusiyasında şəxsi hüquq və azadlıqlar ön plana çıxarılıb. İnsanın şəxsi hüquq vəazadlıqlarının prioritetliyi Konstitusiyada öz təsdiqini tapıb. Belə yanaşma şəxsiyyətin azadlığını, özünümüəyyən etməsini, onun inkişafı üçün fərdi və daxili istiqamətin əhəmiyyətini təmin etmək məqsədi güdür.Şəxsi hüquq və azadlıqlar insanın şəxsi azadlıq sferasını istənilən müdaxilədən, o cümlədən dövlət tərəfindənedilən müdaxilədən qorumaq rolunu oynayır.Azərbaycan Konstitusiyasında şəxsi hüquq və azadlıqların siyahısı yaşamaq hüququ ilə başlayır.Konstitusiyamızın 27-ci maddəsinin I bəndində qeyd olunub ki, «Hər kəsin yaşamaq hüququ vardır».187

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!