13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────2003-cü ilin yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dilihaqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısısahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanundövlət dilinin inkişaf proqramının hazırlanmasına və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həminproqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi müəyyənedirdi. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun təhsil sahəsində başqa dillər üçün genişimkanlar da açırdı. Belə bir prinsipin qanunda öz əksini tapması həm insan hüquqları, həm də beynəlxalqhüquqda təsbit olunmuş digər mühüm aktlar baxımından olduqca böyük əhəmiyyətə malikdir. Qanunda nəzərdətutulurdu ki, başqa dillərdə tədris aparan təhsil müəssisələrinin hər birində Azərbaycan dilinin tədrisi məcburixarakter daşıyır.Ulu öndərin siyasi kursunu son 10 ildə bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev millimənəvidəyərlərimizə yüksək hörmətin təcəssümü kimi Azərbaycan dilinin inkişafına, onun saflığının,təmizliyinin qorunmasına yönəlmiş sistemli tədbirlər həyata keçirir. Ölkə rəhbərinin hələ 12 yanvar 2004-cü iltarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı əsasındahər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. İndiyə qədər yüzlərləkitabın yeni əlifbada çapı milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı, incəsənətimizi qoruyub gələcək nəsillərəçatdırmaq, qloballaşma dövründə milli özünəməxsusluğu yaşatmaq niyyətindən irəli gəlir. Bu tədbirlər həm dədövlət başçısının elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini göstərir.Bununla belə, Azərbaycan Respublikasının son 10 illik inkişaf yolu göstərmişdir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqisahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin ali və orta məktəblərində Azərbaycan dilinin müasir dünyastandartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşməsinə ehtiyacvardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və s. sahələrdə Azərbaycanədəbi dilinin normalarına lazımi səviyyədə əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsindəciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çoxhallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilidərslikləri, tədris vəsaiti, ana dilində bədii və elmi ədəbiyyat, mətbuat və s. ilə təmin olunması qənaətbəxşdeyildir.Bu problemləri nəzərə alan Prezident İlham Əliyev 2012-ci il 23 may tarixdə "Azərbaycan dilininqloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına <strong>dair</strong> DövlətProqramı"nın hazırlanması barədə sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül vəinkişaf mərhələlərinə elmi-tarixi rakursdan nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud olanproblemlər, görülməli olan tədbirlər dolğun əksini tapmışdır. Sənəddə Azərbaycan dilinin xalqımızın mənəvisərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıcarəmzlərindən biri olduğu xüsusi vurğulanır: "Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlətdili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalartərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin,milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onunqorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur".Sərəncamda bütün bunlarla yanaşı, mövcud problemlərə də ətraflı nəzər salınır, son dövrlər müasirAzərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi təəssüflə diqqətəçəkilir. Qeyd olunur ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yadünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayişetdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildəbüruzə verir. Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu,Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavabverməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdəntəcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır."Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyininkişafına <strong>dair</strong> Dövlət Proqramı"nın qısa müddətdə hazırlanaraq Prezident İlham Əliyevin 2013-cü il 9 apreltarixli sərəncamı ilə təsdiq olunması mənəviyyatımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyininqorunması yolunda mühüm tarixi hadisədir. Sənədin preambula hissəsində haqlı olaraq göstərilir ki, elm vətexnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövründə Azərbaycan dilinin zənginləşməsi və tətbiqi469

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!