13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────normaldır. Amma bu danışıqla mühazirə oxumaq olmaz. Şifahi danışıq dilinin ənənəsinin zəif olduğunudedikdə, mən bunu nəzərdə tuturam. Burada söhbət ağlına gələni danışmaqdan getmir. Söhbət akademik,publisist səviyyədə və ya lazımi siyasi leksikon və məntiqlə danışıqdan gedir.Başqa bir problem bundan ibarətdir ki, biz danışıq dili ilə məşğul olduğumuza görə, yazılı informasiyavasitələrimizdə belə problem yaranır. Yəni, vaxtilə əgər bizim qəzetlərimiz və jurnallarımızda yazı dilininnormalarına çox ciddi əməl olunurdu. çünki yazı dilindən istifadə edirdik. Amma bu gün necədir? Bu gün dahaçox müsahibələrdən, danışıqlardan birbaşa yazı dilinə keçilir. Yəni, mikrofon vasitəsilə lentə alınan danışıqlarolduğu kimi qəzetlərdə dərc edilir. Bu danışığı yazıya çevirmək çox ağır məsələdir, bu mənada ki, vaxtməhdudiyyəti imkan vermir. Bu baxımdan, qəzetlərimizin, jurnallarımızın dilində şifahi dildən irəli gələnmüəyyən problemlər ortaya çıxır. Bizim qəzetlərimizdə, artıq əvvəllər olduğu kimi, korrektorluq institutu,demək olar ki, yoxdur. çünki hamı savadlıdır. Amma əvvəl korrektordan keçməyən bir yazının çapa getməsiqeyri-mümkün idi. Bir də bizim dilimizin düşdüyü bir şəraitdə belə problemlər var. Amma mən yenə dədüşünürəm ki, bu, inkişaf yoludur. Müasir zamanda Azərbaycan dili inkişaf edib. Düşünürəm ki, bizimsöhbətimiz də bu istiqamətdə qurulmalıdır. Birincisi, ümumi cəmiyyətdən irəli gələn dil məsələləri, ikincisi,dilimizin özünün vəziyyətindən yaranan məsələlərin və bu prosesdə, bu mühitdə danışanın, yazanın fərdi üslubimkanları. Yəni, bu, artıq inkişaf etdirilməlidir. Şəraitin mürəkkəbliyinə baxmayaraq yetişdirilməlidir. Hərhalda, indi bunun üçün münbit şərait var.Bütün bunlara əlavə etməliyik ki, iyirmi birinci yüzillikdə, dilimizin inkişafına şərait yaradan millidövlətçiliyimiz var, dilimizin inkişafı ilə bağlı 1990-cı ilin ortalarında ciddi müzakirələr gedirdi. 2001-ci iliniyun ayında ümummilli liderimiz Heydər Əliyev dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərmanimzaladı. Bu fərman, ümumiyyətlə, Azərbaycan dilinin mövcud olduğu tarix boyu Azərbaycan dilinə bu qədəryüksək qiymət verilməsinin qarşısında geniş perspektivlərin açılmasının elan olunması və bununla yanaşıproblemlərin də göstərilməsi demək idi. Bundan sonrakı illərdə dövlət dili haqqında qanunun qəbul olunması birdaha dövlətin dilə olan qayğısını göstərdi. Bütün bunlar bizə imkan verir ki, qeyd olunan məsələləri beləməhsuldar bir mühitdə müzakirə edək."Səs" qəzetinin əməkdaşı: Bəzən deyirlər ki, uşağın xarici dil öyrənməsi nə elmi, nə pedaqoji, nə də,psixoloji cəhətdən düzgün deyil. Bu fikrə münasibətiniz necədir?JURNALİSTİKADA PEŞƏKARLIQLA İSTEDAD BİR-BİRİ İLƏ AHƏNG TƏŞKİL ETMƏLİDİRAynur Quliyeva:- Ümumiyyətlə, mən belə düşünürəm ki, bir neçə dil bilmək, bir adam üçün onun fikirlərini daha aydınifadə etməsinə şərait yaradır. Nə qədər çox dil bilsək, xeyrimizədir. Lakin bizim mentalitetimizdən, yoxsahansısa amildən irəli gələn bir haldır ki, qeyri-dili öyrənmək istəyən şəxs milli dilimizi yaddan çıxarır. Bu günqloballaşan dünyada hər kəs daha çox əksəriyyətin bildiyi dildə danışmaq istəyir. Azərbaycanın rəsminümayəndələrinin beynəlxalq təşkilatlarda çıxışına nəzər salsaq, görərik ki, bizim xalq Azərbaycan dilini yaxşıbilir və fikrimizi çox yüksək səviyyədə ifadə edə bilirik. Amma dünya bunu başa düşmürsə, bu, bizə heç nəverməyəcək. Biz onların başa düşdüyü dildə danışmalıyıq, başqa yolu yoxdur. Bütövlükdə dilimizə münasibətəgəldikdə, mən belə hesab edirəm ki, bizim dillə bağlı problemlərimiz orta məktəbdən, ilk təhsildən başlayır.Mən öz oxuduğum illəri xatırlayıram, nəinki sovet dövründəkini. İndi də dillə bağlı dərslər çox aşağısəviyyədədir. Ümumiyyətlə, bizdə qrammatika, sintaksislə bağlı uşaqların bilikləri çox məhduddur. Bu da, təbiiki, bizim üçün çox böyük problemlər yaradır. Orta məktəbi bitirmiş uşaqlar mətbuat sahəsində, televiziyadaişləməyə başlayanda təbii olaraq ortaya böyük problemlər çıxır. Bu gün biz bu sahədə daha çox elektron vəyazılı medianı günahlandırırıq. Təbii ki, haqqımız da var. çünki bu sahələrdə peşəkarlıq çox aşağı səviyyədədirvə ümumiyyətlə, onları işə götürən hansısa bir media strukturunun rəhbəri peşəkarlığa müəyyən məqamlardaüstünlük vermir. Düzdür, çox zaman deyirlər ki, jurnalistika elə bir sahədir ki, burada istedad daha böyük roloynayır. Amma eyni zamanda, peşəkarlıqla istedad bir-biri ilə ahəngdarlıq təşkil etməlidir. Ona görə də,istedadlı insanın belə dilin qanunlarını bilmədən işə məsuliyyətlə yanaşması mümkün deyil.TƏDRİS MÜƏSSİSƏLƏRİNDƏ KİFAYƏT QƏDƏR SAVADLI MÜƏLLİMLƏR FƏALİYYƏT GÖSTƏRİRLƏRNizami Cəfərov:- Sizin fikrinizə əsasən, orta məktəb dərsliklərində problemlər var. Orta məktəb dərsliklərinin mütləqəksəriyyətinin müəllifi mənəm və dəqiq bildiyim, araşdıraraq qənaətə gəldiklərimi yazmışam. Dərsliklərin yarı427

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!