13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Səlminaz ZeynalovaDövlət dilinin əhəmiyyəti haqqındaXalqların həyatında dilin oynadığı rol tarixi ənənəyə, siyasi əhəmiyyətə malikdir. Bəzən dil etnosunyeganə həlledici əlaməti olubdur. Qədim yunanların özlərini vahid xalq kimi hiss etməsində adət-ənənələri, diniəfsanələri ilə yanaşı malik olduqları ümumi dil mühüm amil olmuşdur. Azərbaycanın qüdrətli dövləti olanSəfəvilər dövlətinin milli məzmununu təyin edən göstəricilərdən biri də dövlət işlərinin aparıldığı Azərbaycandili hesab edilir. Hər bir xalqın danışdığı dilin dövlət statusu qazanması adətən həmin xalqın dövlətçiliksəviyyəsi ilə bağlıdır. Bir əsirlik əsarətdən sonra Azərbaycan xalqı XX əsrdə müstəqil dövlət qura bildi. Bu,müsəlman Şərqində ilk respublika oldu. Azərbaycanın dövlətçilik ənənəsində respublikanın 1918-ci ildənbaşlayan tarixi 80 ildən artıq ardıcıl bir müddət təşkil edir. Bu baxımdan XX əsr Azərbaycan dövlətçiliyitarixində mühüm mərhələdir.Bəyan etdiyi dövlətin tam ərazisi hüdudunda siyasi hakimiyyətini qura bilməyən, paytaxtına qovuşmaquğrunda mübarizə aparan Cümhuriyyətin elanından bir ay, müvəqqəti paytaxta - Gəncəyə köçəndən on günsonra hökumət türk (Azərbaycan) dilini dövlət dili elan etdi. 1Parlament iclaslarında çıxışların dövlət dilində olması haqqında məsələ müzakirə edildikdən sonra bütündövlət sənədlərinin həmin dildə tərtib edilməsinə səy göstərilirdi. Parlamentin sədr müavini Həsən bəy Ağayevdövlət dilində olmayan sənədlərin üzərində "Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır" dərkənarınıqoyurdu. 2Aprel çevrilişindən az sonra, sovet hakimiyyəti qurulanda Nəriman Nərimanov türk (Azərbaycan) dilinin,dövlət dili səviyyəsində inkişafına xüsusi əhəmiyyət verirdi. Onun bu barədə Cümhuriyyət hökumətinə "Türkdilinin dövlət dili olması üçün dekret verməyə bir cəsarət etməyiblər" 3 iradı yanlışlıqdan irəli gəlirdi. Nərimanovüçün milli dilin cəmiyyətdə rolu mühüm faktor idi: "Öz dilini lazımi səviyyədə bilməyən ziyalı millətininhəyatında gərəksiz bir heçə çevrilir". Türk (Azərbaycan) dili dərslərinin sayını ixtisar etmək meyllərinə,çıxışlarına qarşı N.Nərimanov "Bəzi yoldaşlara cavab" başlıqlı məqalə çap etdirir. 4 Məqalə hakimiyyəttərəfindən reaksiya ilə qarşılanır, məqaləni nəşr edən qəzetin redaktoru vəzifəsindən uzaqlaşdırılır. 5 Məqalədədeyilən Türk dili Azərbaycanda dövlət dili elan edilmişdir və bu [dövlət] dilin bütün hüquq və üstünlüklərindənfaydalanmalıdır. Heç kim bunu ləğv etmək iqtidarında deyil və edə də bilməz. Azərbaycan... öz doğma dilindənimtina edə bilməz və kimliyindən asılı olmayaraq heç kəsə Azərbaycanda bu dilin əhəmiyyətini azaltmağaimkan verməz. Azərbaycanda türk dilinə qarşı müxtəlif adlar altında çıxış edənlər bunu qəti yəqin etməlidirlər" 6sözlərinin əsası var idi. Milli ruhlu Azərbaycan ziyalılarının tələbkar mövqeyi 1920-ci illərdə dövlət dilininhəqiqi funksiyasını təmin etməyə yönəlmişdi. Bu proses əlifba islahatının keçirilməsi ilə bir dövrə təsadüfedirdi. Əski (ərəb qrafikalı) əlifbadan latın qrafikasına keçidin müsbət məziyyətlərini nəzərə alaraq xüsusikomissiya təşkil edilmişdi. Yenə də müsəlman xalqları içərisində ilk addımı Azərbaycan xalqı atdı.Ümumiyyətlə, XX əsrin əvvəllərində azərbaycanlılar mədəniyyətin əksər sahələrində Şərqin müsəlmanxalqlarını qabaqlamışlar. M.Ə.Rəsulzadə yazırdı: "ilk türk dramaturqu Azərbaycanlı, ilk türk bəstəkarıAzərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı Azərbaycanlı, məzhəb uzlaşmadığını ilk olaraqortadan qaldıran yenə Azərbaycanlı, əlifba islahını ilk düşünən Azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfəcümhuriyyət elan edən də azərbaycanlıdır". 7 Təəssüf ki, yazı qrafikasının bir əsr ərzində dəfələrlə dəyişdirilməsiAzərbaycan xalqının mənəvi irsinə faciəli təsir göstərdi.XX yüzillikdə xalqımızın yazı qrafikası dörd dəfə dəyişdirildi. Siyasi, ədəbi, tarixi, texniki mülahizələrlə1991-ci ildə latın qrafikasına keçmək haqqında fərman verildi. Yeni qrafikanın yayılması məhdud səciyyədaşıyırdı: "Latın qrafikasının bərpa olunması barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddətkeçməsinə baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir". 8 Bu baxımdan AzərbaycanRespublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli "Dövlət dilinin tətbiqi işinin399

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!