13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddətsabit yaşamasını təmin edə biləcək Əsas qanun"Bu sənədin hazırlamasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hərbir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslıolmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyəgörə tam cavabdeh olduğumu bəyan edirəm".Heydər ƏLİYEV,Konstitusiya layihəsinin hazırlanması üzrə Komissiyanın sədriDünyanın siyasi xəritəsində görünməmiş dəyişikliklərlə yadda qalan XX əsrin sonları zəngin tarixiənənələrə malik müstəqil Azərbaycan dövlətçiliyinin bərpası üçün əlverişli və əvəzedilməz şərait yaratdı. Lakinelə müstəqilliyimizin ilk illəri göstərdi ki, doğrudan da, əldə olunmuş istiqlaliyyəti qoruyub saxlamaq, inkişafetdirmək, ən azı, onu əldə etmək qədər çətin və şərəfli vəzifədir.Azərbaycan müstəqilliyini bərpa etdikdən qısa müddət sonra ölkəmiz milli təhlükəsizliyi təhdid edənhərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik, hüquqi qeyri-müəyyənlik və s. kimi böyük problemlərləüzləşdi. Məhz belə bir tarixi məqamda qətiyyətli siyasi iradə nümayiş etdirərək ölkənin milli maraqlarını təmsiledə biləcək ümummilli liderə, tarixi şəxsiyyətə olan ehtiyac özünü büruzə verdi. Azərbaycan xalqı millidövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərin yaşandığı bir vaxtda -1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edərək, həmin dövrdən taleyini yenə dəHeydər Əliyevə etibar etdi. Ulu öndər Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra fenomenal bacarığı vəzəngin dövlətçilik təcrübəsi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas edəbildi, xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyası ətrafında birləşdirərək şərəfli tarixi missiyasınıuğurla yerinə yetirdi.Bütün ömrünü Azərbaycanın tərəqqisi işinə həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqımızqarşısında ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasınınhazırlanmasına verdiyi əvəzsiz töhfə olmuşdur.Qeyd olunan mürəkkəb tarixi şəraitdə yeni Konstitusiyanın qəbul olunması bir çoxları üçün bəlkə dəikinci dərəcəli məsələ hesab edilirdi. Lakin Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günlərindən ölkəninhüquq sistemində mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılmasında, Azərbaycan Respublikasının xaricivə daxili siyasi prioritetlərinin müəyyənləşdirilməsində müstəsna əhəmiyyət kəsb edən bu vacib məsələninhəllini zəruri hesab edirdi.Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan xüsusikomissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə, onun müasir dəyərləriözündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir. Ulu öndəryeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edirdi: "Biz elə birlayihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasınındemokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun".Beləliklə, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davametdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın vətəhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətinianlayaraq ümumxalq səsverməsi - referendum yolu ilə öz Konstitusiyasını qəbul etdi.Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya ümumbəşəri ideyalara, ənqabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvidəyərlərini ehtiva edir. Şübhəsiz ki, Konstitusiyanın qəbul edilməsi hüquqi dövlət və vətəndaş cəmiyyətiquruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşdırılması, siyasi sistemdə və hüquq sistemindəmöhkəm özülün yaradılması işində mühüm addım olmuş, ictimai-siyasi, iqtisadi və mədəni həyatdakı inkişafagüclü təkan vermişdir.Konstitusiya dövlətin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini, yəni, hakimiyyətin hərbir qolunun səlahiyyət və vəzifələrini birinin digəri üzərində üstünlüyünə və funksiyalarını özündəmənimsəməsinə yol vermədən konstitusiya sistemi çərçivəsində həyata keçirilməsi qaydasını müəyyən etmişdir.259

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!