13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tariximiz bizim üçün dərsolmalıdır”– müdrik və dahiyanə sözləri xalqımızı, müasir cəmiyyətimizi ayıq-sayıq olmağa, bu gün və sabahmiqyasında düşünməyə, keçmişin ibrət dərslərini tam öyrənməklə gələcəyin qapılarını açmağa, böyük, dönməz,əbədi intibah, inkişaf yollarına çıxmağa çağırır.Qətiyyətlə deyə bilərəm ki, 1993-cü ilin iyununda xalqın çağırışı ilə Heydər Əliyevin hakimiyyətəxilaskar qayıdışı, əslində, müstəqillik dövrünün başlanğıcı oldu. “Ömrümün qalan hissəsini də xalqıma qurbanverirəm”, — deyib Azərbaycanın xilası, əbədi qurtuluşu naminə mübarizə meydanına atılan Heydər Əliyevsiyasi müdriklik nümunəsi göstərdi. Bir daha vurğulamaq istəyirəm ki, 18 oktyabrda bünövrəsi qoyulan, 15iyunla məhvolmadan xilas edilən Milli Qurtuluş yolu günbəgün, aybaay, ilbəil möhkəmləndi, davam və inkişafetdirildi. Bir məqamı da məmnuniyyətlə vurğulamaq, səmimiyyətlə bildirmək istəyirəm ki, azad, müstəqilAzərbaycan dövlətini XXI əsrə Prezident Heydər Əliyev apardı. XXI əsrin ilk günlərindən başlayan bu yolunöndəri, dahi yol göstərəni də Heydər Əliyevdir. Bu yolun böyük uğurlara, əbədi xoşbəxtliyə qovuşacağınainanırıq. Buna Heydər Əliyevi özünə ümummilli lider seçən Azərbaycan xalqı, dünyanın 50 milyonluqazərbaycanlıları inanır. Nəhayət inanırıq ki, 15 yaşlı Yeni Azərbaycan Partiyası əbədi qalib partiya olacaq.Bu gün dünya miqyasında tanınan, öz sözünü deyən, azad və müstəqil Azərbaycan Respublikası ulu öndərHeydər Əliyevin şah əsəridir – desək yanılmarıq. Və mən bu sözləri yaza-yaza Heydər Əliyevin Azərbaycanxalqına bəxş etdiyi ən böyük töhfə, ən layiqli davamçı haqqında da düşünürəm. Bu, Azərbaycanın bu günü vəgələcək inkişafı istiqamətində, onun beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsində, qloballaşan dünyadamöhkəm və güclü mövqe tutmasında müstəsna rolu olan Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevdir. Biz günü-gündən dəyişən və qloballaşan dünyada yaşayırıq. Təbii olaraq dəyişən dünyada dövlətinrolu da dəyişir. Bu gün Azərbaycan dövləti bütünlükdə öz fəaliyyətində reallıqdan, sabit və dinamik inkişafdandoğan prosesləri daha miqyaslı şəkildə nəzərə almaq imkanına malikdir. Tarixi şəxsiyyət Heydər Əliyevinmüəyyən etdiyi Azərbaycanın inkişaf strategiyasının nəticəsi olan bu imkan, davamlı, sabit və dinamik inkişafhələ uzun dövrlər davam edəcək, xalqımızın xoşbəxt gələcəyini təmin edəcəkdir.İnsanın böyüklüyü, dühası, hər şeydən əvvəl, onun mənsub olduğu xalqa xidmətinin miqyası, əhatə<strong>dair</strong>əsi, praktik nəticələri tarixi perspektivləri ilə ölçülür. Xalqının, millətinin tarixi yolunda misilsiz xidmətləriolan, taleyüklü vəzifələr, epoxal missiyalar həyata keçirən, beləliklə, ümummilli dayağa, xilaskara dönəninsanlar dünyanın ən böyük, əbədi xoşbəxtləridir. Bu baxımdan, “yola saldığımız və hazırda yaşadığımızəsrlərin ən xoşbəxti kimdir?” – sualına tam cəsarətlə və məsuliyyətlə belə cavab verə bilərəm: HEYDƏRƏLİYEV!Dahi xilaskarımız, zəmanəmizin müdrik şəxsiyyəti Heydər Əliyevin vətənçilik, milliliklə dünyəviliyinvəhdəti, bir sözlə, azərbaycançılıq mövqeyi hər bir azərbaycanlıya örnək və bariz nümunədir. O, Azərbaycantarixinin tək-tək dahilərinə, böyük dövlət xadimlərinə nəsib olan qlobal işlər görmüş, doğma Azərbaycan xalqı,Azərbaycan milli mənəviyyatı, milli-mənəvi oyanışı, Azərbaycan dili naminə misilsiz titanik fəaliyyətgöstərmişdir. Bu mənada Heydər Əliyev tariximizə taleyin xoş töhfəsi, əvəzolunmaz qisməti, hətta deyərdim ki,xalqı daxilən, ruhən səfərbər edib böyük işlərə, böyük inkişafa istiqamətləndirmək üçün Tanrı bəxşişi idi.«Xalq qəzeti».- 2008.- 3 may.-№94.-S.3.425

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!