13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Firuzə ƏLİYEVA,fəlsəfə elmləri namizədiQloballaşma və islamMüasir qloballaşma şəraitində İslam dini Qərbi Avropa ölkələrində də geniş yayılmaqdadır. Uzunillərdən bəri aparılan obyektiv tədqiqat işlərindən aydın olur ki. İslam istər maddi. istərsə də mənəvi dəyərlərnöqteyi-nəzərindən ən üstün dindir. Lakin təəssüflər olsun ki, Şərq xalqları uzun illər Qərbin texnoloji vəiqtisadi tərəqqisi qarşısında acizlik hiss etmiş, özünə etimad və inam hissini əldən vermişlər. İnsanlara hakimQərb təfəkkür tərzi təlqin olunmuş və onlar elə düşünmüşlər ki, hökmən buna tabe olmalıdırlar. Halbuki, Şərqelm, mədəniyyət, incəsənət sahəsində böyük irəliləyişlərə nail olarkən Qərb mədəniyyəti hələ təşəkkül dövrünüyaşamaqda idi. Bu faktı indiyə qədər aparılan bütün tədqiqat işləri sübut edib. Belə ki, İslam Şərqində əl-Kindi,ibn-Rüşd, əl-Qəzali, əl-Fərabi, ibn-Sina və s. kimi görkəmli alimlər yaşayıb-yaradarkən Qərb öz korifeylərindənməhrum idi. İslam Şərqinin fəlsəfəsi güclü təsir qüvvəsinə malikdir. İbn-Rüşdün, ibn-Sinanın, ibn-Rəbinin, ibn-Xaldunun və başqa müsəlman filosoflarının unikal elmi-fəlsəfi fikirləri Orta əsr Avropasında geniş yayılmış vədünya elminin xidmətində dayanmışdır.İslam Şərqi antik dünya elminin və fəlsəfəsinin Avropaya ötürülməsində mühüm rol oynamışdır. Bütünbunları Qərbi Avropa alimi Q.E. fon Qrünebaum "Klassik İslam" əsərində hərtərəfli izah etmişdir. Görkəmlişərqşünas və islamşünas Qrünebaum müsəlman mədəniyyətinə sosial-iqtisadi həyatdan təcrid olunmuş birməfhum kimi baxmamış, əksinə, əsərlərində "İslam mədəniyyəti" anlayışının dövlət quruculuğunu, iqtisadiyyatı,ədəbiyyatı, incəsənəti və bir çox elmi sahələri əhatə etdiyindən bəhs etmişdir.İndi bütün dünyada müsəlmanların sayı getdikcə artır, digər dinlərə etiqad edən minlərlə insan İslamıqəbul edir. İslamın birləşdirici və həmrəylik gücü nəinki zəifləmiş, əksinə, son dövrlərdə daha da artmışdır.Qrünebaum "Klassik İslam" əsərində İslam mədəniyyətinin çiçəklənməsindən, klassik İslam dövlətininyaranmasından danışarkən, IX əsrdən sonrakı dövrlərdə Abbasilər xilafətinin (873-903-cü illər), Səfəvilərin(879-999-cu illər). Samanilərin (890-1008-ci illər), Həmədanilərin, X-XII əsrlərdə isə Fatimilərin, Büveyhilərin,Qəznəvilərin, Səlcuqların və başqa sülalələrin hökmranlığı dövrlərindən də bəhs edir. İslamın birləşdirici gücüvə inkişaf imkanları, insanları sosial ədalətə, mənəvi saflığa səsləyən ideyaları zəmanəmizdə də milyonlarlainsanın həyat tərzinə sirayət etmişdir. Qrünebaum "Klassik İslam" əsərində İslamın müxtəlif ictimai siniflər,təbəqələr, etnik qurumlar arasında ümumi müsəlman birliyi və həmrəyliyi yaratması qabiliyyətini göstərmişdir.O qeyd edir ki, əvvəllər etnik qurumlar və siyasi cəhətdən müxtəlif "müstəqil dövlətlərə" parçalanmış xilafətdövləti uzun əsrlər boyu öz birliyinin saxlanılması üçün İslam ənənələrinə minnətdar olmalıdır.Q.E. fon Qrünebaum ərəb-müsəlman mədəniyyətinin dünya sivilizasiyası xidmətlərindən söhbətaçarkən qeyd edir ki, "xristian dünyası elmdə, fəlsəfədə klassik antik irsin tərcümə olunub yayılması, qorunubsaxlanılması və gələcək nəsillərə çatdırılması üçün İslama minnətdardır" (2, s. 8).O, İslam mədəniyyəti tarixinin, memarlıq və poeziyasının, elm və fəlsəfəsinin xristian-Avropamədəniyyətinə təsiri barədə aşağıdakıları yazmışdır: "Ərəb-müsəlman dünyası" xristian aləminə gündəlik məişətəşyalarından, heraldika nişanlarından və silah nümunələrindən tutmuş, biliklərin genişləndirilməsinədək olduqcaböyük mədəni sərvət bəxş etmişdir. Əlbəttə, bəxşişin əvəzi ödənilməmişdir" (1, s. 39).Göründüyü kimi, bu bəxşişin əvəzində müsəlman dünyası həmişə xristianlardan acı həqarətlər və gözyaşları görmüşdür.Qrünebaum yazır: "Müsəlman fəlsəfəsinin nailiyyətləri İslam kontekstində qiymətləndirilə bilər. Böyükərəb filosofu əl-Kindi öz dövrünün möhtac olduğu həqiqətin qaranlıq tərəflərinə yunanların yaradıcılığımöyrəndiyi vaxt cavab tapmışdır. O öz vəzifəsini yunanların işlərini başa çatdırmaqda və onların baxışlarını ərəbdilində və ərəb düşüncə tərzində ifadə etməkdə görürdü. Lakin ondan ötrü peyğəmbərin əməllərini vəyaradıcılığını bilmək fəlsəfəni bilməkdən vacib idi. Quranda əksini tapmış həqiqət filosofların baxışlarından,dünyagörüşündən daha ülvidir" (2, s. 145). Göründüyü kimi, Qrünebaum İslamın necə düzgün, ülvi bir dinolduğunu əsər boyu izah edir.Qloballaşma və İslamdan danışarkən biz bu dinin dünya xalqlarının həyatının bütün sahələrinə necəsirayət etdiyinin şahidi oluruq.İslam hazırda nəinki Şərq mənəviyyatına, eyni zamanda, Qərb mənəviyyatına da güclü təsir göstərir.Qərb alimləri özləri etiraf edirlər ki. Qərb mənəviyyat baxımından Şərqə möhtacdır. Əgər şərqlilər müasir elmvə sənayedə Qərb nailiyyətlərindən istifadə edirlərsə, qərblilər də mənəvi dəyərləri Şərqdən öyrənməlidirlər.506

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!