13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Konstitusion prosesin inkişafının əsas mərhələləriKonstitusiya milli mədəniyyətin məhsuludur. Onda dövlət hakimiyyəti orqanlarının, vəzifəli şəxslərin,vətəndaşların davranış modeli öz əksini tapır. Konstitusiyalar tarixi və etnik baxımdan fərqli mühitlərdəmeydana çıxır, fərqli fəlsəfi və dünyagörüşü yanaşmalarını əks etdirirlər. Bununla yanaşı, bu və ya digərdövlətlərin konstitusiyaları məzmunca ümumi cəhətlərə və oxşarlıqlara malik ola bilər. Bu, vahid ideya köklərivə dövlətin bu və ya digər inkişaf mərhələsində həll edilən vəzifələrin ümumiliyi ilə izah olunur.Son dövrün elmi ədəbiyyatında dünyada konstitusion inkişafın dörd mühüm mərhələsi fərqləndirilir.Birinci - XVIII əsrin sonundan Birinci Dünya müharibəsinə qədər; ikinci - iki dünya müharibəsi arasındakıdövr; üçüncü - 1945-ci ildən 80-ci illərin sonuna qədər; dördüncü - 90-cı illərin sonu.Birinci mərhələ burjua cəmiyyətində, ilk növbədə, Avropa və Amerikada mühüm institutlarınformalaşması dövrünü özündə əks etdirir. 1787-ci ildə ABŞ və 1791-ci ildə Fransa konstitusiyalarının qəbuledilməsi dünyada konstitusion prosesə həlledici təsir göstərdi. Bu sənədlər XIX əsrdə müstəqillik əldə edənLatın Amerikası, habelə bir çox Avropa ölkələrinin konstitusiyaları üçün model rolunu oynadı.Dövlət hakimiyyəti orqanları sistemi və onlar arasında münasibətlər iki—amerikan və kontinentalvariantlarda təzahür edən hakimiyyət bölgüsü prinsipinə əsaslanırdı. Hüquq və azadlıqlar haqqında müddəalarinsanın təbii hüquqları ideyasını əks etdirirdi və əsasən siyasi və mülki hüquqları rəsmiləşdirirdi ki, bu dacəmiyyətin sosial-iqtisadi və siyasi inkişaf səviyyəsi ilə izah olunurdu.İkinci mərhələdə konstitusion inkişafın yeni sosialist modeli yarandı. Həmçinin köhnə burjua-demokratikkonsepsiyaların müasirləşdirilməsi prosesi baş verirdi.Birinci mərhələdə əksər ölkələrdə formalaşan Konstitusiya modeli ikinci mərhələdə əhəmiyyətli dərəcədədəyişməmişdi. Bununla yanaşı, dövlət hakimiyyətinin təşkilinə, şəxsiyyətin hüquqi statusuna <strong>dair</strong> müddəalaruniversal xarakterli ümumbəşəri dəyərlər kimi qəbul edilir. Dövlətin iqtisadi və sosial münasibətlərə müdaxiləetməsi hesabına konstitusion-hüquqi tənzimetmənin predmeti genişlənir; siyasi sistemin yeni elementlərinin—həmkarlar ittifaqlarının, siyasi partiyaların konstitusion statusu müəyyən edilir.Konstitusiyaya insan və vətəndaşların hüquq və azadlıqlarının yeni qrupu-sosial-iqtisadi hüquqlar daxiledilir. Həmçinin xarici siyasətin prinsipləri konstitusion səviyyədə təsbit edilir.Bunun ən bariz nümunəsi kimi Almaniyanın 1919-cu il Veymar Konstitusiyasıdır. Onun preambulasında"xalqın vahidliyi", "xalq suverenliyi", "azadlıq və sosial ədalət" kimi yeni hüquqi prinsiplər təsbit edilmişdi.Almaniya imperiyası federativ dövlət quruluşu formasına malik olan respublika elan olunurdu.Konstitusiya dövlət mexanizmində respublika prezidentinə xüsusi yer ayırırdı. O, ümumxalq səsverməsiyolu ilə yeddi il müddətinə seçilirdi, parlamentdən asılı deyildi və referendumun köməyi ilə istənilən qanunuləğv edə bilərdi.Həmin dövrdə SSRİ-nin tərkibinə daxil olan və onun ideologiyasına tabe olan Azərbaycan SSR-inkonstitusion inkişafı təsvir edilən modellərlə tam ziddiyyət təşkil edirdi.Onlarda təsbit olunan müddəalar həmin dövrdə dünyada konstitusion inkişaf təcrübəsi əsasında işlənibhazırlanan konstitusion prinsiplərdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Məsələn, hakimiyyətin mənbəyi kimixalq suverenliyi ideyası əvəzinə sovet konstitusiyalarında hakimiyyətin fəhlə sinfi başda olmaqla yalnızzəhmətkeşlərə məxsus olması prinsipi təsbit edilirdi; siyasi, iqtisadi və ideoloji plüralizm əvəzinə birpartiyalılıq,vahid dövlət ideologiyası, sosialist mülkiyyətinin hakimliyi prinsipləri önə çəkilirdi. Şəxsiyyətin azadlığı vəmuxtariyyəti inkar olunurdu, onun cəmiyyət və dövlətdən asılılığı qeyd edilirdi, dövlət öz maraqları naminəşəxsiyyətə hüquq və azadlıqlar vermirdi.Dünyada konstitusion inkişafın üçüncü mərhələsi İkinci Dünya müharibəsi başa çatdıqdan sonra başlanırvə yalnız Avropa ölkələrini deyil, həm də Asiya, Afrika və Latın Amerikası dövlətlərini əhatə edir. Bumərhələdə konstitusion proses konstitusiyaların son dərəcə müxtəlif olması ilə xarakterizə olunur. Onlarınhamısını üç əsas modelə aid etmək olar: qərb, sosialist və müstəmləkə asılılığından azad olan ölkələrinkonstitusiyaları. Göstərilən modellərin hər birinin öz xüsusiyyətləri və inkişaf yolları olmuşdur.Bu inkişaf mərhələsində qərb konstitusiya modeli üçün aşağıdakı xüsusiyyətlər xarakterik olmuşdur.Faşizmin süqutundan sonra yenikonstitusiyalar qəbul edildi (AFR, İtaliya, İspaniya, Yaponiya və s.). Onlarda konstitusion inkişafınəvvəlki mərhələlərində yaranan tendensiyalar təsbit və inkişaf olunurdu. Konstitusiyalar totalitar siyasirejimlərdən imtina, antidemokratik təşkilatların fəaliyyətini qadağan edirdi. Konstitusiyalar vətəndaşcəmiyyətinin əsaslarının inkişaf etdirilməsi üçün ilkin şərtləri müəyyənləşdirir, cəmiyyətin həyatının iqtisadi,268

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!