13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Sənubər Qasımova,Rövşən ƏhmədovAzərbaycan cümhuriyyətinin dövlət realiyalarıhaqqındaQocaman Şərqin siyasi tarixinə ilk respublika kimi daxil olan Azərbaycan Cümhuriyyəti müstəmləkəzülmündən xilas olmuş xalqların müvəqqəti də olsa əldə etdiyi azadlığın bəhrəsi olmaq dolayısilə qeyrətli vəzəkalı Vətən oğullarının dövrün ən qabaqcıl ideyalarına əsaslanaraq yaratdıqları müstəqil demokratik bir dövlət,öz torpağında hakim çar inzibati qurumlarına dilmanc vasitəsilə dərdi-dilini bildirən ata-babalarımızın yüzillikbir fasilədən sonra gerçəkləşmiş arzuları, amalı idi.Hədsiz qurbanlar hesabına əldə olunmuş bu istiqlaliyyət uzun sürməsə də, gənc Respublika özünün bir sıradövlət rəmzlərini həyata keçirməklə siyasi-hərbi, sosial-iqtisadi və mədəni quruculuqda qazandığı uğurları iləAzərbaycan dövlətçiliyi tarixində özünə məxsus silinməz izlər qoya bildi. Təəssüflər olsun ki, bayağı sosializmdurumu illərində, digər sovet respublikalarında olduğu kimi, "mənfur keçmişə" xor baxan, dürlü vasitələrlə onunizlərini yox etməyə çalışan sovet ideoloji maşınının "fəaliyyəti", qismən də unutqanlıq və laqeydliyimizinucbatından Azərbaycan Cümhuriyyətinin tarixinə aid maddi və mədəni mədəniyyət abidələri vaxtındatoplanılmamış və son dərəcə az miqdarda gəlib bizə çatmışdır. Hazırda Azərbaycan Milli Elmlər AkademiyasıAzərbaycan Tarixi Muzeyinin fondlarında Azərbaycan Cümhuriyyətinin qısa müddətli, lakin olduqca dolğun vəçoxşaxəli fəaliyyətindən xəbər verən bir sıra tarixi sənəd və əşya toplanılıb saxlanmaqdadır. Bunların içərisindəMuzeyin numizmatika və epiqrafika şöbəsinin numizmatika fondunda mühafizə olunan materiallar - kağızpullar, poçt markaları, istiqraz, nişan və s. xüsusi əhəmiyyət kəsb edir. Məmnuniyyət hissi ilə qeyd etmək olarki, fondun bonistika və filateliya bölməsində Azərbaycan Cümhuriyyətinin kağız pul və poçt markalarının tamkolleksiyaları saxlanılır. Bu çox önəmli dövlətçilik rəmzlərinin bir qismi uyğun elmi mətbuatda dərc olunmuş(4. 103-110; 5. 277-282), muzeyin yeni ekspozisiyasının uyğun bölməsində nümayiş etdiriləcəkdir.Son vaxtlar fondun kolleksiyasına Azərbaycan Cümhuriyyəti Hökumətinin fəaliyyətini əks etdirən yenimateriallar daxil olmuşdur. Bu materialların içərisində Azərbaycan Cümhuriyyətinin Silahlı Qüvvələrininbayrağının,Dövlət himni, Dövlət gerbi, Dövlət möhürü və Respublikanın ilk ordeni - "İstiqlal" ordeninin təsisi ilə bağlımüsabiqələr haqqında "Azərbaycan" qəzetində çap olunan elanların surətləri, şəxsi kolleksiyalarda saxlanılanbir sıra dövlət realiyalarının fotoşəkilləri, "İstiqlal" ordeninin iki variantdan - hərbi və mülki xidmətlərinə görə -ibarət eskizləri (bu eskizlər müsabiqədən sonra ən məqbul örnək kimi seçilərək, Fətəli xan Xoyskinin şəxsiarxivində saxlanılmışdır - müəlliflər) xüsusi maraq doğurur.Fonda təqdim olunmuş 2 vərəqdən ibarət sənəddə - 1919-cu ildə hərbi nazir, artilleriya üzrə tam generalSəməd bəy Mehmandarov tərəfindən 561 saylı əmrlə təsis edilmiş və Baş Qərargah rəisi general-leytenantK.Sulkeviç tərəfindən (Litva tatarı, 1865-1920-ci illərdə yaşayıb) imzalanmış bu sənəd "Suvari, piyada alaylar,əlahiddə batalyonlar və hərbi məktəblərin bayrağının təsviri" adlanır - bayrağın bütün ölçüləri, tikişləri və milliüslubda işlənmiş naxışları gümüş saplarla verilmiş, bayrağın parçasının qıraqlarında SəmərqənddəTeymurləngin məzarında həkk olunan naxışlar təkrar olunmuşdur. Bayrağın təsvirini verən sənəd 6 başlıqdanibarət olub, bütün elementləri bir-birinin ardınca təsvir edir. Təqdim olunan rəsmlərin (5 vərəqdə) yuxarıhissəsində "Hərbi-topoqrafik idarənin şöbəsi sözləri yazılmışdır. Rəsmlərdən dördü A4 formatda, biri isə A3formatda verilmişdir. Bayrağın üz tərəfində gümüş saplarla tikilmiş "Azərbaycan" sözü, arxa tərəfində isəQurani-Kərimdən "Allahdan kömək və qələbə yaxındır" ayəsi verilmişdir. Bayrağın ölçüləri 120 x 105 x 260sm-dir. Bayrağın yuxarı hissəsində 21,5 sm hündürlüyündə gümüş başlıq yerləşdirilmişdir. Bayrağı eni 10 və 15sm, uzunluğu 115 və 125 sm olan qırmızı və yaşıl rəngli iki lent bəzəyir.334

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!