13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycanın Dövlət Bayrağı “Trikolor” (“üç rəngli bayraq”) bayraqlar sırasına daxildir. Dünyada ilktrikolor XVI əsrdə Holandiyada yaradılmış və qırmızı, ağ, mavi rəngli üç üfüqi zolaqdan ibarət olmuşdur.Müasir dövrdə bir çox dövlətlərin də bayraqları trikolordur. Lakin bizim milli bayrağımız dünyada mövcud olantrikolorlardan rəng düzümü ilə bərabər, üzərində digər simvolların olmasına görə fərqlənir. Onu da qeyd etməklazımdır ki, müxtəlif dövrlərə və dövlətlərə məxsus bayraqlardakı eyni rəng müxtəlif məna və funksiya daşıyabilər.Dövlət bayrağımızda üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üçtəməl prinsipini bildirən “türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycanmütəfəkkiri Əli bəy Hüseynzadədir. Onun fikrincə, TÜRKLƏŞMƏK milli ənənələrin dirçəlməsi, milli dilin,ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi, İSLAMLAŞMAQ islamda milli dini-əxlaqi və ümumbəşəridəyərlərin inkişaf etdirilməsi, AVROPALAŞMAQ isə Avropa elm və texnikasının nailiyyətlərini öyrənib, onunnəticələrini öz milli elm və mədəniyyətinin inkişafına istiqamətləndirmək, Qərb demokratiyası ənənələrindənistifadə etmək deməkdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə şair Əhməd Cavab “Azərbaycan bayrağı”,Cəfər Cabbarlı isə dövlət bayrağımıza həsr etdiyi “Sevgilim” şeirini yazmışlar.Azərbaycan Respublikasının Dövlət Bayrağı mövcud qanunvericilik aktlarına görə aşağıdakı yerlərdəqaldırılır:1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, AzərbaycanRespublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MuxtarRespublikası Nazirlər Kabinetinin, rayon (şəhər) icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların üzərində -daim.2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin, AzərbaycanRespublikası baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəmə vəİqtisad Məhkəməsi sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan muxtarrespublikasının baş nazirinin, respublika nazirlərinin, komitə sədrlərinin, məhkəmə və prokurorluq orqanlarırəhbərlərinin, rayon (şəhər) icra hakimiyyəti başçılarının və bu qəbildən olan idarəetmə və seçkili orqanlarınrəhbərlərinin xidməti iş otağında - daim:3. Yerli seçkili orqanlarının yerləşdiyi binaların üzərində - sessiyalar dövründə.4. Rəsmi şəxs sifəti ilə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası MilliMəclisinin sədrinin, Azərbaycan Respublikası baş nazirinin və ya digər rəsmi (vəkil edilmiş) şəxslərinmindikləri hava gəmilərində (Dövlət Bayrağının gəmidə təsvirləri), dəniz gəmilərində, daxili su yollarında, üzəngəmilərdə və başqa nəqliyyat vasitələrində göstərilən şəxslərin razılığı ilə.5. Azərbaycan Respublikasının Dövlət Bayrağı dövlət orqanlarının, ictimai və dini orqanların,müəssisələrin, o cümlədən, bütün tədris-tərbiyə müəssisələrinin, idarələrin və təşkilatların keçirdikləri mərasimzamanı, digər təntənəli və bayram tədbirləri zamanı da qaldırıla bilər.6. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik və ticarət nümayəndəliklərinin, konsulluqidarələrinin Azərbaycanın təmsil olunduğu beynəlxalq təşkilatların yerləşdiyi binalar üzərində Dövlət Bayrağıqaldırılır.7. Azərbaycan Respublikasının dövlət sərhədlərində Dövlət Bayrağı qaldırılır - daim.8. Azərbaycan Respublikasının beynəlxalq sularda üzən gəmilərin üzərində - daim.Dövlət bayrağına hörmət hissi, əslində, vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik hissinin tərkibhissəsidir. AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” əsərindəazərbaycançılığı dövlət siyasətinin tərkib hissəsi kimi təqdim edir: “Azərbaycançılıq təlimi Azərbaycandövlətçiliyi ilə sıx surətdə bağlıdır. Müstəqil Azərbaycan dövləti olmadan, azərbaycançılıq da açıq, dinamik birproses kimi yaşaya bilməz. İmperiyanın tərkibində olduqda, azərbaycançılığın ancaq bəzi elementləri, həm dəkiçik ictimai miqyaslarda, dillərdə, ayrı-ayrı insanların mənəvi aləmində yaşaya bilər. Müstəqil milli dövlətinsayəsində isə bu ayrı-ayrı elementlər bütün cəmiyyət miqyasında, ictimai-siyasi proseslərlə vəhdətdə, dövlətsiyasətinin ayrılmaz tərkib hissəsi kimi ortaya çıxır”. Professor Misir Mərdanov və Əsgər Quliyev “AzərbaycanRespublikasının dövlət rəmzləri” əsərində göstərirlər ki, müstəqil Azərbaycanımızın simvolu, müqəddəs rəmziolan üçrəngli milli bayrağımıza hörmət bəsləmək, onu daim əziz tutmaq, onun uğrunda hər şeyə hazır olmaq hərbir azərbaycanlının vəzifəsi olmalıdır. Azərbaycanın üçrəngli bayrağına vətəndaşlarımızda məhəbbət hisslərininformalaşmasına, təəssüf ki, nail ola bilməmişik. Əslində, bu gün Azərbaycan milli təhsil və tərbiyəsininqarşısında duran başlıca vəzifə gəncliyimizdə vətənpərvərlik hisslərinin canlandırılmasına, müstəqilliyimizinəbədiliyini təmin edəcək vətənpərvər Azərbaycan gəncliyini yetişdirməkdən ibarətdir.96

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!