13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────danışıqlarını cəsarətlə apara bilək. Qüdrətli ordumuz olmalıdır ki, biz ərazimizin təhlükəsizliyini daim qoruyabilək, öz torpaqlarımızı, ölkəmizi müdafiə edək. Bizim qüdrətli, möhkəm ordumuz olmalıdır, ona görə ki,müstəqil Azərbaycan dövləti daim qüdrətli olsun”.Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəslində dövlətin rəmzləri kimi AzərbaycanRespublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan RespublikasınınDövlət himninə yer ayrılmışdır. Ulu öndər Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə,xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizimdövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir… Hansı ölkəyə gediriksə–gedək, Azərbaycan bayrağının o ölkədəasılması həm Azərbaycanın orada təmsil olunmasını göstərir, həm də bizim ölkəmizi tanıdır, eyni zamandabizdə böyük iftixar hissi doğurur.Bu bizim müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsilbunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa dövlətə olanməhəbbətə bərabər olsun.Azərbaycanın gerbini təbliğ etmək lazımdır. Azərbaycanın gerbi bayraq ilə bərabər, bizim dövlətmüstəqilliyimizi təmsil edən atributdur. Azərbaycanın gözəl himni var…Hər ölkənin himni özünə görə əzizdir..Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu təbiidir… Himn çalınan vaxt insanlar sözlərinioxumalıdırlar. Bunlar da insanlarda vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə kömək edir. Eynizamanda bu ona görə vacibdir ki, himnimizə xüsusi hörmətin təzahürüdür”. Hazırda Azərbaycan bayrağınındünyada ən uca qüllədən dalğalanması, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə, idmanyarışlarında Azərbaycanın Dövlət himninin səslənməsi beynəlxalq aləmdə Azərbaycan dövlətinin tutduğumövqeyi, qazandığı uğurlara görə Azərbaycan xalqına hörmətin təzahürü kimi qiymətləndirilməlidir.Üçüncüsü, konstitusiya cəmiyyətdə iqtisadi münasibətlərin yeni sisteminin yaradılması üçün hüquqi əsaslarımüəyyən etdi.Azad bazar iqtisadiyyatına keçid zamanı iqtisadiyyatın dövlət bölməsinin azalması, bazarinfrastrukturunun, müxtəlif mülkiyyət formalarının yaranması onlar arasında qarşılıqlı əlaqələrin tənzimlənməsi,sosial, iqtisadi münasibətlərin yeni qanunverici və digər prosedurlarının hazırlanması zəruriliyini meydanaçıxardı. Bunlar əslində kifayət qədər çətin və ağrılı proseslər olmaqla dövlət idarəçiliyində qətiyyət tələb edirdi.Məhz böyük dövlət xadimi Heydər Əliyevin demokratik yol ilə irəliləməkdə əzmkarlığı, ardıcıl, dönməz,məqsədyönlü addımlar atması dövlət idarəçiliyində, demokratik dövlətin hüquqi əsaslarının yaradılmasında vəAzərbaycan dövlətinin bu yol ilə inamla irəliləməsində uğurların əldə olunmasına səbəb oldu.Ulu öndər 19 noyabr 1993–cü il tarixdə keçirilən ümumrespublika müşavirəsində iqtisadi sahədəkiproblemlərlə əlaqədar qeyd edirdi: “Respublikamız ağır iqtisadi böhran vəziyyətindədir. Ölkədə gedən müharibəiqtisadiyyatın vəziyyətinə də ciddi təsir göstərir. Bütün bunlar isə bir sıra ciddi, əsaslı tədbirlər görülməsini tələbedir. Çalışmalıyıq ki, bu tədbirlər iqtisadiyyatda böhran prosesinin qarşısını alsın, iqtisadi potensialdan səmərəliistifadə olunmasına lazımi şərait yaratsın… İqtisadi sahədə yeni qanunlar qəbul edilməli, qəbul edilmiş qanunlarbugünkü tələblərə uyğun deyildirsə, onlara yenidən baxılmalıdır…Əsas məsələlərdən biri özəlləşdirmədir. Bu,asan proses deyildir. Bu işdə risk etmək lazımdır. Bunsuz bir şeyə nail ola bilmərik…Şübhəsiz ki, özəlləşdirməmərhələ–mərhələ getməlidir”.Ulu öndər iqtisadi sahədə dəyişiklikləri, cəmiyyətdə iqtisadi münasibətlərin yeni sisteminin yaradılmasınıdemokratik dövlət quruculuğu ilə əlaqələndirirdi: “Demokratiyanın təmin edilməsi üçün onun iqtisadi əsasıbazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatının özü demokratiyanın bir hissəsidir…biz bir iqtisadi sistemdən başqaiqtisadi sistemə, bazar iqtisadiyyatına, yeni iqtisadi qurumlara keçirik. Mülkiyyət formaları dəyişir. Bunların dahamısı əzab–əziyyətli, çətin proseslərdir. Bu prosesləri keçmək bizim taleyimizə düşübdür. Ancaq bilin ki, bizbu çətin yollardan keçəcəyik. İşıqlı gələcəyə, — geniş yola çıxacağıq. Azərbaycan iqtisadiyyatı yüksəksəviyyəyə qalxacaqdır. Amma ona gəlib çatmaq üçün biz bu əzab–əziyyətli yolu keçməliyik”.Cəmiyyətdə iqtisadi münasibətlərin yeni sisteminin hüquqi əsaslarının yaradılması ilk növbədəkonstitusiyada mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti növündə olmasının,Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunmasının elanedilməsində ifadəsini tapdı. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstrünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarıolmadan mülkiyyətindən məhrum edilə bilməz.298

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!