13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────—İndi dilimizdə işlədilən bəzi pul adları (şahi, abbasi) nə ilə bağlıdır və Azərbaycanda hansı pulsistemləri mövcud olmuşdur?—Sadaladığınız sikkə adlarından başqa bədii və tarixi ədəbiyyatda dirhəm, dinar, daha öncə, antikdönəmdə draxma, tetradraxma kimi sikkə adlarına da tez-tez rast gəlinir. 700 il ərzində müsəlman ölkələrininəsas pul vahidi rolunu oynayan gümüş dirhəmin XI-XIII yüzillərdə mis dirhəmlə əvəz olunmasına rəğmən,parodoksal görünsə də, onun statusu monqol istilası dönəmində bərpa olundu. Qazan xanın (1295-1304)islahatlarından sonra yeni təsis olunmuş ümumdövlət sikkəsi - gümüş dirhəm (2,13 q) 50-dən çox Azərbaycanşəhərində, o sıradan, yalnız sikkələr əsasında adları və qismən yerləri bəlli olan Alagöz, Babi, Bazar, Balıq,Bəm, Qarqar, Qaraağac, Qarabağ, Poli-Aras kimi şəhərlərdə və yazılı qaynaqlarda adları çəkilən, lakinkoordinatları bilinməyən Gəştaşbi, Mahmudabad, Hunan, Ərəş, Zəyəm kimi ortaçağ Azərbaycan şəhərzərbxanalarındakəsilirdi. Lakin Elxanilər və "Hülaki taxtının varisi" (S. Len. pul) Cəlairilər dönəmindədirhəmin çəkisi bir qrama qədər düşdüyündən, Topal Teymur (1370-1405) özünün nəhəng imperiyası üçün yenipul vahidi— təngəni (6,2 q) qəbul etdi. Təngə tezliklə Teymurilərin nüfuz <strong>dair</strong>əsinə daxil olan ərazilərdə—Qaraqoyunlu, Ağqoyunlu, Şirvan (XIV-XVI yüzillər) dövlətlərində—əsas dövriyyə vasitəsinə çevrildi. QüdrətliAzərbaycan Səfəvilər dövlətinin yaranması I Şah İsmayılın (1502-1524) yüksək əyarlı və ağır çəkili (9,4 q)"şahi" sikkə vahidi ilə yad olundu. Səfəvi şahı Məhəmməd Xudabəndinin (1576-1587) fərmanı ilə"məhəmmədi" (4,8 q), I Abbasın adı ilə "abbasi" (7,8 q) əsas sikkə nominal - ları zərb edilirdi. Soltan Nadirin(1736-1749) təsis etdiyi yeni sikkə vahidi "nadiri", Qarabağ xanlığının orijinal gümüş sikkəsi "pənabadi"adlanırdı. XV-XVI yüzillərdə Azərbaycan-türk sülalələrinin Azərbaycan və İranda yaratdıqları feodaldövlətlərində sikkə zərbi tarixinin numizmatika elminə bəxş etdiyi yeni milli pul vahidləri Azərbaycandövlətçiliyinin danılmaz atributları kimi dilimizdə indi də yaşamaqdadır.Oxucularımıza onu da bildirim ki, Əli Məhəmməd oğlu Rəcəbli 1927-ci ildə Zaqatala bölgəsinin Göyəmkəndində anadan olub, 1951-ci ildə ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu iləbitirdikdən sonra "numizmatika" ixtisası üzrə AMEA-nın Azərbaycan Tarix Muzeyinin aspiranturasına daxilolmuş, eyni zamanda, ona muzeyin Numizmatika Fondunun mühafizi vəzifəsi həvalə olunmuşdur.Ə. Rəcəbli 1953-cü ildən muzeydə kiçik elmi işçi, sonra baş elmi işçi, 1968-ci ildən muzeyinnumizmatika və epiqrafiya şöbəsinin müdiri vəzifəsində işləyir. Professor Ə. Rəcəbli Milli Azərbaycan TarixiMuzeyinin elmi ekspozisiyasının yaradıcılarından biri olmaqla, muzeyin mövzu-ekspozisiya planlarınıntərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, habelə respublikamızın bir sıradiyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Hişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiyaplanlarının tərtibi, ekspozisiyaların montajı işlərində bilavasitə iştirak etmişdir.1963-cü ildə "Səfəvilər dövlətində məskukat işi" mövzusunda namizədlik dissertasiyası, 2000-ci ildə isə"Azərbaycan Numizmatikası (sikkə zərbi və pul dövriyyəsinin oçerkləri)" mövzusunda doktorluq dissertasiyasımüdafiə etmişdir.Professor Ə. Rəcəbli səksəndən çox elmi məqalə və monoqrafiyanın müəllifidir. Muzeyin fondmaterialları əsasında yazılmış "Numizmatika Azerbadjana" adlı monoqrafiyanın, "Drevnie i srednevekovıemonetı Azerbaydjana" albomunun müəllifi olan Ə. Rəcəblinin hazırda "Monetı Azerbaydjana" kitabı, "DenqiKavkaza " adlı kitab-albomu çapa hazırlanır.1966-cı ildən Azərbaycan Dövlət Universitetində Arxeologiya və etnoqrafiya kafedrasının professoru Ə.Rəcəbli numizmatika üzrə mühazirələr oxuyur, aspirant və dissertantların işlərinə rəhbərlik edir.1972-ci ildən respublikanın əməkdar mədəniyyət işçisi adına layiq görülən ilk Azərbaycan numizmatalimi, professor Əli Rəcəbli ömrünün müdriklik çağında da yorulmadan yazıb-yaradır. Silinməz tariximiz olanqədim pulların toplanılıb qeydə alınmasında, qorunub gələcək nəsilə çatdırılmasında onun gördüyü xidmətlər əsltəqdirə və ehtirama layiq bir işdir.Rauf İLYASOĞLU.“Respublika”.-2010.-9 oktyabr.-N 219.-S.3.348

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!