13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────"Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun 6-cı maddəsinin ikinci bəndində oxuyuruq:"Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən, mülkiyyət formasından asılıolmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməlbilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Dublyaj olanın filmlər və verilişlər dövlətin müəyyənetdiyi dil normasına uyğun olmalıdır". Sözsüz ki, qanunun bu tələbindən sonra dilin qorunması ilə bağlıteleviziya verilişlərində, xüsusilə özəl kanallarda müəyyən normalara, Azərbaycan dilinin qrammatik qayda vəqanunlarına mütləq əməl edilməlidir. Təəssüf ki, bu gün Azərbaycan teleməkanında müşahidə etdiyimiz qəribəovqat, xoşagəlməyən məqamlar illərdir ki, davam etməkdədir. çox halda dilimizin saflığını pozanlar məhz onunkeşiyində dayanmalı insanların özləri olurlar. Xüsusilə bu məsələdə bir sıra televiziya aparıcılarının, qəzetredaktorlarının, müxbirlərin günahı çoxdur. Aparıcının dilindən qopan ifadələrin mənasını tapmaq üçün lüğətbelə, kömək edə bilmir. Özəl teleradiokanallar bu məsələdə daha çox diqqət çəkməkdədir. Azərbaycan dilindəmükəmməl danışa bilməyən, aparıcılıqdan çox uzaq kəslər şit, duzsuz danışıqları, yersiz zarafatları ilətamaşaçını bezdirməkdə davam edirlər. Müxtəlif ləhcələr, şivələr teleməkanlara hücum edib. Bəzən də müxtəlifdillərdən gəlmə ifadələr aparıcının dilində o qədər lövbər salır ki, nəticədə qeyri-normal bir veriliş təqdimolunur. Dəfələrlə demişik və bir də təkrarlayırıq ki, bir sıra teleproqram və verilişlərin məqsədi sanki diliqılınclamağa, mənəviyyata zərbə vurmağa, sözün çürüyünü çıxarmağa xidmət edir.Hələ də vəzifə başında olan məmurlarımızın bir çoxu ana dilimizdə danışa bilmir, sözü təhrif edərək onumənasından çıxarıb başqa səmtə çəkir. "Yaylım atəşi"nə "yayılan atəş", "qabında olsun" əvəzinə "qabığındaolsun", "mütəxəssis"ə "mütəəssiz", "müsahibə"yə "müsabiqə" deyənlər var.İstər televiziya verilişlərində, istərsə də mətbuat səhifələrində son günlər "genosid" sözünü tez-tez işlədirlər.Halbuki bu sözün Azərbaycan dilində adı var - "soyqırımı". Bu fakta istinadən deyək ki, dilimizin mühafizəsihələ də bərbad gündədir. Hər məsələdə bir hədd olmalıdır. Təbii danışmaq, yaxud da yazmaq fikrini, qəzəbinisöyüşlə ifadə etmək deyil, bu, ən bəsit formada məişət pintiliyi ilə müqayisə edilə bilər. Bəzən qəzetlərdə eləifadə oxuyursan ki, onu təkrarlamağa utancaqlıq duyursan. Dil həm də hər bir kəsin mənəviyyatının güzgüsüdür.Vay o hala ki, pinti dil sahibləri xarici ölkə televiziyalarının qonağı ola, ona da sual verilə. Alınan cavabıtəsəvvür edirsiniz? Adam xəcalət çəkir. Təkcə dilin gözəlliyi pozulmur, mənəviyyata, mentalitetə, daha dəqiqdesək, həmin adamın mənsub olduğu xalqın adına ləkə gətirilir. Bu yaxınlarda Azərbaycanın tanınmışmüğənnilərindən biri, xalq artisti Türkiyə televiziyasının qonağı idi. Ona həmin məmləkətin tanınmış birsənətçisi sual verdi: "Siz Türkiyəyə eşinizləmi gəlibsiniz?" "Xayır. Mən bura kəndimlə samovar (həyatyoldaşını nəzərdə tutur - F.X.) gətirməmişəm! Bir də burda o qədər samovar var ki" - deyə şit-şit güldü. Özgəmillətin atalar sözündən qidalanan bu "zərif" xanım unudur ki, o, kiminsə şəxsi qonağı deyil, ağzına gələnidanışır. Ona minlərlə göz baxır. Bu xəcalətin ağrısı kimə dəyir? Yadımdadır ki, ötən illərin birində Almaniyadaolan bu xanım Qurban bayramı zamanı qoyun kəsən türklərə ağız büzərək "vallah bu vəhşilikdir" - demişdi.İllərdir ki, televiziya verilişlərində aparıcıların əksəriyyəti Azərbaycan danışıq dilinə xas olmayan ahəngiözünəməxsus inadla davam etdirir. Sürətlə danışmaq, qışqırmaq, gurultulu hay-küy qoparmaq... Bu, müasirlikdeyil, həm dilin evini yıxmaqdır, həm də tamaşaçının zövqünü korlayaraq əsəblərinə toxunmaqdır. Bu günAzərbaycan teleməkanında maarifçilik ideyalarına xidmət edən verilişlər demək olar ki, çox azdır. Bəzən butelekanalların ekranı bir-birinə o qədər bənzəyir ki, düşünürsən, bir müğənnidən neçə nüsxə var? Hansı kanalıaçırsan, onun əcaib formasını, şit danışığını, yöndəmsiz hərəkətlərini görürsən. Niyə indiyə qədər özəltelekanalların birində Azərbaycan dilinin gözəlliyi ilə bağlı sanballı bir veriliş hazırlanmayıb? Bəzən də eləinsanlara efir vaxtı ayrılır ki, bütün danışığı boyu bir mükəmməl cümləsinə, məntiqli fikrinə rast gəlinmir. Nəyəgörə, dilin başına xoşagəlməz oyunlar açan, qafiyə xatirinə yerinə düşməyən sözləri yan-yana düzən "şair"lərinyaradıcılıq gecəsinə baxmalı, sözlərinə yazılmış şit mahnılarına qulaq asmalıyıq? Məntiqsizliyə fikir verin,sevdiyi qıza elçi göndərən, bir tərəfdən də deyir: "Amma anam bilməsin". Gör neçə söz xiridarının goru çatladı.Dilə də bu qədər zərbə, sitəm vurub, onu belə gülünc vəziyyətə salarlar? Dil həm də mədəniyyət atributudur.Onun məntiqini qorumaq, ədəbli danışmaq söz sahibinin daxili aləmini göstərir.Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsihaqqında" fərmanda göstərilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın birşəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlükləifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqdan bir neçə minillik tarixi yaşaması lazım gəlir.Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədimxalqlarındandır".416

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!