13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan Respublikasının GerbiDövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir olunan fərqləndiricinişanı Dövlət gerbidir. Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbulolunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqəelan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il mayın 1-də qurtarmalı idi.Müsabiqə Xalq Cümhuriyyətinin rəmzlərinin, orden və medallarının ilk nümunələrinin meydanaçıxmasını sürətləndirdi. Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi, əsrin əvvəllərində yaşayıb-yaratmış«Molla Nəsrəddin»çi rəssamlardan Ə.Əzimzadənin,O.Şmerlinqin, İ.Rotterin, R.Telinqaterin yaradıcılığına xasüslub xüsusiyyətləri diqqəti cəlb edir.1991-ci ildə Azərbaycan Respublikasının yeni milli gerbinin yaradılması üçün müsabiqə elan olundu.Lakin təqdim olunan gerb esgizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə mövcud olmuş gerblayihəsini bərpa etmək məqsədəuyğun hesab edildi.Qəbul olunmuş Azərbaycan Respublikasının gerbi Xalq Cümhuriyyəti dövrünün 1920-ci ildəyaradılmış gerbinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda olduğu kimi saxlanılmış, yalnız bəzi detallaralovun,palıd yarpaqları və sünbüllərin təsviri rəssam R.Məmmədov tərəfindən bir qədər təkmilləşdirilmişdir.Dövlət gerbində verilmiş rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Səkkizguşəli ulduzAzərbaycanın memarlıq, şəbəkə sənətində geniş istifadə olunan ornament növlərindəndir.Memar Əcəminin yaratdığı abidələrdə, Bakı Şirvanşahlar sarayındakı divanxananın plan quruluşu və ornamentlərində,Pirsaat çayı üzərindəki Xanəgahın mayolika naxışlarında ulduz təsvirləri vardır.Qalxan dünya heraldika sənətində ölkənin hərbi qüdrətini,xalqın qəhrəmanlıq əzmini ifadə edir.Palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edən ənənənin simvollarındandır.Gerbimizin mərkəzində şölə saçan alovun mahiyyəti M.Ə.Rəsuilzadənin Milli Cümhuriyyət Parlamentinin ilkaçılışındakı nitqində aydın ifadə olunmuşdur: «Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər zamankəndisinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, birşöleyi-ümid və inam təşkil eyləmişdir… Qəni bir atəş. Azərbaycan övladının sinələrinə düşən milyonlar iləbörkü yaxan bu atəş əbədiyyən sönməz bir məşələ təşkil edib də hüriyyət və istiqlala doğru getdiyimizmaneəli yolları işıqlandırsın!»Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il19 yanvar tarixli Konstitusiya qanunu iləAzərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi. 1993-cü il fevralın 23-də isəAzərbaycan Respublikası Dövlət gerbi haqqında əsasnamə təsdiq edildi.Azərbaycan Respublikasının Dövlət gerbi haqqındaƏSASNAMƏl. Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.2.Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərindəyerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağınınrəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqlarıyaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozalarıqızılıdır".3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidmətikabinetinə;b) Azərbaycan Respublikası prezidentinin iqamətgahına və xidməti kabinetinə;v) Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına,məhkəməiclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali ArbitrajMəhkəməsi sədrlərinin xidməti kabinetlərinə;q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;d) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarınınbinalarına;156

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!