13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Lənkəran-Astaradan, torpaq isə Qaradağdan gətirilir. Əkiləcək yeni bitkilərin torpağa yaxşı uyğunlaşması üçünburaya Azərbaycanın münbit ərazilərindən torpaq da daşınır.Milli parkın ərazisində uşaqlarını gəzdirən analar, ağaclar altındakı skamyalarda əyləşib xatirələrinivərəqləyən ixtiyar qocalar və gənclər çoxdur. Sakinlər bulvarın yaxın gələcəkdə gözəl olacağından danışırlar.Fikrini öyrəndiyimiz insanlar sahil zolağında suyun çox çirkli olduğundan və kanalizasiya qoxusu gəldiyindənnarahatlıqlarını da gizlətmədilər.Doğrudan da, Bakı buxtası illərlə neft tullantılarından və axıdılan kanalizasiya sularından çox çirklənib.Parkın ərazisi tikinti meydançasına çevrilsə də, bu, balıqçıların eyninə deyil. Əllərində tilov işlərindədirlər.Aslan dayı deyir ki, gözümü Bakıda açmışam, ən böyük arzum paytaxtımızı və dənizkənarı parkımızı gözəlgörməkdir: "Keçən il yayda balıq tuturdum, iki nəfər xarici qonaq mənə yaxınlaşdı, bir xeyli qarmaq da atdılar.Əcnəbi dilində məni başa saldılar ki, bu, onların da hobbisidir. Amma onların dənizinin suyu elə durudur ki,balığın qarmağa gəldiyini uzaqdan seyr edə bilirlər". Tamella xanım Bakı Dövlət Universitetinin müəlliməsidir.Onun fikrincə, Milli parkın yeni forması avropalılığı ilə deyil, daha çox şərqliliyi və bir də keçmişimizixatırladacaq anları yaşadan üslubu ilə insanları heyrətləndirə bilər:- Bilirsiniz, bu park yüz illik bir tarixə malikdir. Elə yaşlı ziyalılarımız var ki, bu parka keçmişləriniyada salmaq, dincəlmək üçün gəlirlər. İnsan xatirəsinin kölgəsində yaşayır, hər tinə, hər oturacağa, hər ağacabaxanda arxada qalan anları xatırlamaq, xəyala dalmaq istəyir. Bu parkda kimlərin göz izi yoxdur?! Üzeyir bəy,Hüseyn Cavid, Bülbül, Müşfiq, Ələsgər Ələkbərov, görkəmli teatr, kino xadimlərimiz, Vaqif Mustafazadə,Rafiq Babayev, daha kimlər baxıb bu dənizin sularına?! Yusif Vəzir Çəmənzəminlinin qəhrəmanları Əli vəNino Filarmoniya bağında bir-birlərinə ürəklərini açıblar, oradakı skamyalarda oturublar. Çox istərdim ki, yeniparkımızın dizaynında bu detallar nəzərə alınsın, hər üslubu bir xatirəni canlandırsın.Validə xanım Milli parkın yeni görkəmində dekorativ quşların və heyvanların da qorunub saxlanmasınıistəyir:- Bulvara uşaqlarını gətirən valideynlərin sayı daha çox olur. Uşaqların marağı baxımından bu, çoxgözəl olardı.Abuzər müəllim təqaüdçüdür, oturacaqda əyləşib bir qədər aralıda oynayan nəvəsinə nəzarət edir. Deyirki, ilk növbədə buxtaya çirkab sularının axıdılması dayandırılmalıdır:- Hiss edirsinizmi, kanalizasiya sularının qoxusu aləmi bürüyür, bir də şimal küləyi əsəndə görəsiniz.İndi şəhərimiz qonaqlı-qaralıdır. Yayda yerlilərdən çox xaricilər gəlir bura. Yaxşı olardı ki, dənizimizin suyubaşqa dənizlərin suyu kimi tərtəmiz, gömgöy olsun, baxanda dənizin dibi görünsün.Yeri gəlmişkən, elə orada öyrəndik ki, artıq ərazidə bir neçə yeni sutəmizləyici qurğu yerləşdirilib.Beləcə, şəhər sakinləri arzu və istəklərini, maraqlı təkliflərini açıq-aşkar ifadə etdilər. Əlbəttə, hər kəs vətəninigözəl görmək istəyir. Ancaq onu gözəl və əzəmətli saxlamaq da bu vətənin öz vətəndaşlarının borcudur.Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ailəsi ilə birlikdə paytaxtımızın bir neçə park vəistirahət guşələrini gəzmiş, əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyətlə tanış olmuşdur. Neçə vaxtdır ki,şəhər sakinlərinin istirahəti üçün yararsız vəziyyətdə olan park və digər istirahət mərkəzləri dövlətimizinbaşçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasənabadlaşdırılmışdır. Bu ilin fevralından başlanan yenidənqurma işləri bəzi park və xiyabanlarda qısa vaxtdayüksək keyfiyyətlə başa çatdırılmışdır.Rəsmiyyə RZALI,"Azərbaycan".- 2009.- 2 sentyabr.517

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!