13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Heydər Əliyevin Azərbaycan dili siyasətinin uğurlarıNizami XUDİYEVYAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirvə bu dildə danışmağımla fəxr edirəm...” Bu müdrik sözlər Azərbaycanın ümummilli lideri Heydər Əliyevəməxsusdur. Bütün həyatını doğma xalqının, Vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixiuğurlar qazanan Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti,rəhbər uzaqgörənliyi ilə xüsusi qayğı göstərib. Hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq,dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərəkdaha böyük tədqiqat işlərinə ruhlandırılması, nəticədə Azərbaycan dilçiliyinin sürətli inkişafı, eləcə də dahiyanənitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi Heydər Əliyevin şərəfli xidmətlərindən idi. Azərbaycan dilinəhəmin tarixi xidmət bu gün, müstəqillik dövründə daha böyük miqyasda davam etdirilir. Dövlət başçısının“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı, dahi şairimizMəhəmməd Füzulinin 500, Azərbaycan varlığının ensiklopediyası sayılan “Dədə Qorqud” eposunun 1300illiyinin dünya miqyasında təntənə ilə qeyd edilməsi, respublikamızda Azərbaycan dili haqqında qanunun ciddielmi-praktik müzakirələri bunu bir daha təsdiq etdi.Müdrik şəxsiyyət Heydər Əliyevin doğma Azərbaycan dili uğrunda on illər boyu necə şərəflə, cəsarətlə,elmi-nəzəri əsaslara söykənən prinsipiallıqla mübarizə aparması, real nəticələrə nail olması dünyada yaşayanbütün azərbaycanlılara, 50 milyonluq Azərbaycan xalqına ən gözəl nümunədir. Onun dil siyasətinin uğurlarıbütün incə, “görünməz” məqamları ilə öyrənilməli, ciddi elmi-analitik təhlil, tədqiq yolu ilə xalqımıza, xüsusilə,gənc nəslə çatdırılmalıdır.Bu mənada Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci iltarixli fərmanı dil haqqında XIII əsrin Məhəmməd bəy Qaramanoğlu, XVI yüzilliyin Şah İsmayıl Xətaifərmanlarını yada salır. Lakin o tarixi göstərişlərdən daha bütöv, daha bitkin olan bu tarixi sənəd inanıram ki,yüz illər boyu Azərbaycan dili, Azərbaycan milli mənəviyyatı naminə iş görəcək, uğurlar qazanacaq...Yeni Azərbaycan Partiyasının yaradıcısı və lideri, dahi öndərimiz Heydər Əliyevin öz doğma dilinə —Azərbaycan dilinə on illər boyu davam edən misilsiz qayğı və diqqəti tarixdə az-az hallarda təsadüf olunan nadirmədəniyyət faktı, fenomenal hadisədir.Qeyd edək ki, vaxtı ilə öz dilində danışa bilməyən, yaxud danışmaq istəməyən bir sıra yüksək vəzifəlidövlət məmurları Heydər Əliyevin ciddi tələbkarlığı nəticəsində indi Azərbaycan dilində sərbəst danışırlar.Ümumiyyətlə, dövlət dilimizə kampaniyaçılıqdan uzaq olan daimi diqqət və qayğı cəmiyyətimizin milli dilmühitinin — dövlət dili mühitinin əsaslı şəkildə genişlənməsinə, əsl ümumdövlət xarakteri almasına gətiribçıxarmışdır. Bu, həm də Heydər Əliyevin dil siyasətini həyata keçirən, bu yaxınlarda on beş yaşı tamam olanYeni Azərbaycan Partiyasının uğurudur.Müstəqilliyini təzəcə qazanmış Azərbaycan 1992-ci ildə faciəli günlər yaşayır, sosial-iqtisadi burulğanlar,dərəbəylik və anarxiya məngənəsində sıxılırdı. Cəmiyyətin həqiqi milli liderə, əsl rəhbərə, müdrik yolgöstərənəehtiyacı vardı. Azərbaycanın 91 nəfər görkəmli ziyalısı, alimi, sənətkarı bir araya gələrək dünya miqyaslı liderə— xalqın yeganə ümidi, pənahı, xilaskarı Heydər Əliyevə üz tutdu. Bu, təkcə 91 nəfər ziyalının yox, əslindəbütün xalqın dar ayaqda ümidi, tələbi, xahişi, təkidli çağırışı idi.Heydər Əliyev xalqın səsinə səs verdi, Azərbaycanın xilası, dirçəlişi, böyük intibahı, əbədi azadlığınaminə zamanın sözünü dedi, Yeni Azərbaycan Partiyasını yaratdı. Qısa bir tarixi dövrdə çox böyük uğurlar,ümumxalq, ümumdövlət miqyaslı qələbələr qazanan bu partiya zəmanəmizin Atatürkü Heydər ƏliyevinAzərbaycan xalqına misilsiz töhfəsidir, tarixi xidmətidir.Məmnuniyyətlə bildirirəm ki, dahi və əbədiyaşar dövlət xadimi Heydər Əliyevin yaratdığı, bu yaxınlardatəntənə ilə 15 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası müasir dövrdə Azərbaycanın ən böyük,ən kütləvi partiyası, əsas, həlledici siyasi qüvvəsidir. O, cəmiyyətimizin bütün təbəqələrini əhatə edən,xalqımızın arzu və istəklərinin ifadəçisi olan partiyadır, bu günün və sabahın partiyasıdır. Bu məqamdaAzərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sözlərini xatırlayıram: “Əminik ki, YeniAzərbaycan Partiyası öz fəaliyyəti ilə uzun illər Azərbaycan xalqına xidmət edəcək. Bizim məqsədimiz budur.Biz ümumxalq partiyasıyıq. çünki xalqla birik, xalqa arxalanırıq və xalq üçün də xidmət edirik”.423

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!