13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Üçrəngli bayrağın simvollarıAzərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy,orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngliaypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.Göy rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göyrəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdillixalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdəolub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrününəzəmətini, onların zəfər yürüşlərini əks etdirir.Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni,inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonrakapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatınkapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. ƏlibəyHüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətəfərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarınamüraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!"Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.Yaşıl rəng – islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəyHüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib. Bayrağımızınüzərindəki ay-ulduzun mənası nədir? Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrənglibayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara vəsəkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənalarıbarədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür. Aypara birvaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdansonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olanbaşqa xalqlara da keçib. Tarixçi alim Cəbi Bəhramovın sözlərinə görə, bayrağın üzərindəki aypara türkxalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışıilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır. Tarixçi alim Cəmil Həsənli bildiribki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqlarıntaleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib”.Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli belə açıqlayıb: “Rəsulzadə dövlətinprinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik,demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”. Müxtəlif guşəli ulduzların təsvirlərinin izləridünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Azərbaycan bayrağındaulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunmuş və səkkiz guşə, səkkiz türk xalqının simvoludur.Dövlət Bayrağı MeydanıDünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır.Dövlət Bayrağı Meydanının təməli 2007-ci il 30 dekabrında Bakının Bayıl qəsəbəsində - Hərbi DənizQüvvələrinin bazası yaxınlığında qoyulub. Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəliqaldırılması 2010-cu ilin sentyabrın 1-də prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Tədbirdə çıxış edənölkə prezidenti bəyan edib ki, noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günükimi qeyd olunacaq. İlham Əliyev Dövlət Bayrağı Meydanının əhəmiyyətindən danışaraq bildirib ki, dünyanınən hündür bayraq dirəyi bu gün paytaxtın bütün nöqtələrindən görünür və gələcəkdə meydanın ətrafında genişabadlıq-quruculuq işləri aparılacaq. Məhz sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılması, ölkəbaşçısı İlham Əliyev tərəfindən bayrağımıza və milli-mənəvi dəyərlərimizə verilən qiymətin, göstərilən diqqətvə qayğının bariz nümunəsidir. Bir neçə gün öncə açılan Dövlət Bayrağı Meydanı ölkə müstəqilliyininəbədiliyini, xalqımızın xoşbəxt, firəvan sabahının simvolu kimi bir daha təsdiqlədi. Dünyanın ən böyük bayrağıadını alaraq, “Ginnesin rekordlar” kitabına düşən üçrəngli Azərbaycan bayrağı 162 metrlik dirəyə sahibdir.Uzunluğu 70, eni 35 metr olmaqla, 2,5 kvadratmetr ərazini əhatə edən bayrağın çəkisi 350 kiloqramdır. Belə birlayihənin gerçəkləşməsi və nəhəng bayrağın Azərbaycana məxsus olması ölkədə və hüdudlarımızdan kənarda71

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!