13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────15 fevral 1920-ci il tarixli "Azərbaycan" qəzetində "İstiqlal" ordeni layihəsinin yaradılması haqqındamüsabiqədən bəhs olunur. Bu müsabiqənin şərtlərinə görə hazırlanan eskizlər hərbi topoqraflıya şöbəsinin rəisigeneral-mayor Vəkilova təqdim olunmalı idi. Hazırlanan layihədə ordenin iki variantının işlənməsi nəzərdətutulmuşdu. Birinci – hərbi xidmətlərə görə, ikinci – mülki xidmətlərə görə. Müsabiqənin qalibini 2500 manatmükafat gözləyirdi.19 fevral 1920-ci il tarixli "Azərbaycan" qəzetində dərc olunmuş Dövlət himni, Dövlət gerbi və möhürülayihələrinin yaradılması haqqında müsabiqənin şərtlərinə görə ən yaxşı himn layihəsinə 50 000 manat və ənyaxşı gerb və möhür layihələrinə isə 25 000 manat mükafat ayrılırdı. Layihələrin təqdim olunması 1 may 1920-ci ildə başa çatdırılmalı idi.Yuxarıda adı çəkilən bütün sənədlər Azərbaycan Hökumətinin başçısı Fətəli xan Xoyski ailəsinə məxsusolub, 1986-1987-ci illərdə Moskvada yerləşən Dövlət Tarix Muzeyinə verilərkən surətləri çıxarılmışdır.Azərbaycan KP MK Partiya Tarixi İnstitutunun Partiya arxivi fondlarında 1990-cı ildə aşkar edilən 100-əyaxın ilk Azərbaycan ordeninin müsabiqəyə təqdim olunan layihələri 1992-ci ildə Bakıda "İşıq" nəşriyyatındaçap olunmuş "Azərbaycan Demokratik Respublikasının rəmzləri (1918-1920) "albomunda öz əksini tapmışdır.Bu albomun çapında istifadə edilən 5 layihənin fotoşəkilləri də Muzeyə təqdim edilmişdir. Aparılan tədqiqatişləri onu da göstərmişdir ki, Fətəli xan Xoyskinin arxivindən olan "İstiqlal" ordeninin rəsmləri "İşıq"nəşriyyatında dərc olunan albomda göstərilməyib. Belə güman etmək olar ki, həmin rəsmlər müsabiqəyə təqdimedildikdən sonra seçilib saxlanılıb, qalan layihələr isə arxivə verilibmiş.Muzeyə təqdim olunan materialların biri də Azərbaycan Cümhuriyyətinin ilk öncə qəbul olunmuş Dövlətrəmzi – Milli bayrağın təsdiqi ilə əlaqədardır. Bu baxımdan Azərbaycan Cümhuriyyəti Dövlət bayrağının(sənəddə milli bayraq göstərilmişdir) təsdiq edilməsi barədə Azərbaycan hökumətinin Qətnamələrikitabçasından 9 noyabr 1918-ci il tarixli "Çıxarış" çox önəmli sayıla bilər.Bu sənəd çox konkret və dəqiq şəkildə bayrağın yaşıl, qırmızı, göy rəngli parça üzərində ağ rəngli aypara vəsəkkiz-guşəli ulduzdan ibarət olaraq qəbul edildiyini göstərir. Çıxarışın aşağı hissəsində bu sənədin Daxili İşlərNazirinə məlumat üçün göndərildiyi, Hökumətin katibi tərəfindən 11 noyabr 1918-ci il tarixi ilə imzalandığı,sağ, aşağı tərəfində isə Daxili İşlər Nazirliyinin 2023 saylı qeydiyyat ilə 12 noyabr 1918-ci il tarixində qəbuledilməsi əks etdirilmişdir.Yeri gəlmişkən onu da qeyd edək ki, "Azərbaycan Cümhuriyyəti" ifadəsi Respublikanın əsas dövlətçilikrəmzlərindən sayılan kağız pullar üzərində rusca "Азербайджанская Республика ", fransızca "Republiqued'Azerbaidyan", eləcə də digər dövlət sənədlərində, o sıradan, sözü gedən "Çıxarış"dakı Daxili İşlər Nazirliyininştampında da rus dilində "Azerbaydjanskaə respublika" [6] kimi tərcümə olunmuşdur. Odur ki, son illərdə buifadənin elmi və dövri mətbuatda Azərbaycan Demokratik Respublikası kimi işlənməsi, zənnimizcə, məqbulsayılmamalıdır.Fonda daxil olan yeni materiallardan Cümhuriyyətin ilk pul vahidlərinin çap olunduğu mətbəə haqqındaarayış və həmin mətbəədə çap olunmuş 50 manatlıq kağız pulun təsviri verilən sənədlərin surəti (2 vərəqdə) dədiqqəti çəkir. Arayışda ilk Bakı pullarının hələ 1918-ci ildə Karantinnaya və Krasnovodski küçələrininkəsişməsində yerləşən (indiki Səməd Vurğun və Həzi Aslanov küçəsinin kəsişdiyi yer) Daqesov və Zelinovlarınlitoqrafiyasında çap olunduğu göstərilir.Muzeyə təqdim olunan maraqlı sənədlərdən biri də Cümhuriyyətin Silahlı Qüvvələrinin "Azərbaycan"süvari alayının kapitan rütbəli zabitinə məxsus Paqonunun şəklidir. Bizim dövrümüzə qədər gəlib çatan bu nadirraritet hazırda tarix elmləri namizədi Rauf Musayevin şəxsi kolleksiyasında saxlanılır. Paqonun embleması ərəbqrafikası ilə kimi verilmişdir. Xülasəsini apardığımız sənədlər sırasında Musa Nağıyevin başkontorundan Mirzə Şəmsi oğlu Əsədullayevə ünvanlanmış 13 yanvar 1920-ci il tarixli məktubu və 1919-cu ildəAzərbaycan Dövlət Opera və Balet teatrının indiki binasında "Minon" operasının xeyriyyə tamaşasının afişasınıgöstərmək olar.335

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!