13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək: "... Baxmayaraq ki Azərbaycan xalqının 80 illikKonstitusiya tarixi vardır, bu gün biz müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik...". Ümumxalqsəsverməsi bütün seçki <strong>dair</strong>ələri üzrə səs verənlərin yüksək fəallığı şəraitində keçmişdir. Səsvermədə iştiraketmiş 3.566.277 seçicidən 3.267.538 nəfəri, yəni 91,9 faizi təklifə "Hə" cavabı verərək müstəqil AzərbaycanRespublikasının ilk Konstitusiya layihəsinin qəbul olunmasına tərəfdar çıxmışdır. Beləliklə, Azərbaycanxalqının çoxəsrlik dövlətçilik tarixində müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olundu və 27 noyabr1995-ci ildə qüvvəyə mindi.Tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan, ölkəmizin siyasi-iqtisadi və sosial-mədənihəyatında baş verən dəyişikliklərin qanuni nəticəsi olaraq qəbul edilən Konstitusiyada respublikamızınmüstəqilliyinin qorunub möhkəmləndirilməsinə, dövlətçiliyinin inkişafına, insan və vətəndaşhüquqlarının təmin edilməsinə xüsusi diqqət ayrılmışdır. Konstitusiyamızın ən böyük əhəmiyyəti ondanibarətdir ki, o, dövlətçiliyimizin inkişafını istiqamətləndirməklə yanaşı, həm də xalqımızın uzun illər boyuhəsrətində olduğu, ən nəhayət, ağır itkilər bahasına olsa da, əldə etdiyi və bu gün qətiyyətlə qoruduğu və inkişafetdirdiyi müstəqilliyi qanunvericilik yolu ilə təsbit etdi. Dövlətimizin Əsas Qanunu Azərbaycanın beynəlxalqaləmdə bərabərhüquqlu subyekt olduğunu sübuta yetirdi və çoxəsrlik dövlətçilik ənənələrimizə əsaslanaraq yenidemokratik, hüquqi və dünyəvi dövlətin qurulmasına geniş təminat verdi.Konstitusiya ölkə və cəmiyyət həyatı üçün nə qədər əhəmiyyətli bir sənəd olsa da, qanunauyğun haldır ki,cəmiyyətin, insan təfəkkürünün inkişafı, yeni ictimai-siyasi münasibətlərin yaranması bu sənəddə də islahatlarınaparılmasını zəruri edir. Azərbaycan Respublikasının Konstitusiyasında da bu cür islahatların aparılması ictimai,siyasi, iqtisadi və digər sahələrdə inkişaf dinamikası ilə əlaqəlidir. Azərbaycanın sosial-iqtisadi inkişafı,modernləşmənin geniş vüsəti, demokratik inkişaf sahəsində əldə edilən uğurlar hüquqi müstəvidə dəəhəmiyyətli dəyişikliklərin edilməsi zərurətini yaradaraq Konstitusiyada bir sıra müddəaların daha datəkmilləşdirilməsini tarixi bir zərurətə çevirmişdir. Bu kontekstdə, ölkəmizdə insan və vətəndaş hüquqlarının vəazadlıqlarının daha səmərəli qorunması, Azərbaycan vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi,yerli demokratiyanın inkişafı ilə bağlı müddəaların Konstitusiyada əks etdirilməsi zərurətini əsas tutaraq, 24avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərində Azərbaycan Respublikası vətəndaşları ümumxalqsəsverməsi-referendum yolu ilə dövlətimizin Əsas Qanununa mühüm əlavə və dəyişikliklər etdilər.Bu gün müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul olunmasından 15 il ötür və biz böyükfərəh hissi ilə deyə bilərik ki, xalqımızın dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri və ümumbəşəridəyərləri özündə ehtiva edən Konstitusiyamız real həyatda özünü doğrultmuş və Azərbaycanda konsolidasiyalıdemokratiyanın yaranması üçün sabit zəmin yaratmışdır.Ceyhun SÜLEYMANOV,Azərbaycan Respublikası DİN PolisAkademiyasının dövlət və hüquqnəzəriyyəsi kafedrasının rəisi,polis polkovniki, dosent, əməkdar müəllim.Mahir XALIQOV,kafedranın baş müəllimi, polis mayoru.“Respublika”.-2010.-14 noyabr.-N 250.-S.12.270

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!