13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────marşı" adı altında ilk dəfə görkəmli türk musiqişünası Etem Üngör tərəfindən özünün "Türk marşları" kitabında(Ankara 1966) çap olunmuşdur. Bu musiqi əsərlərini yaşatmış Etem Üngörün "Türk marşları" əsərində verdiyiməlumata görə, hər iki mahnı AXC dövründə hərbi məktəblərdə əsgər marşı kimi öyrədilirmiş.Eyni fikri 82 yaşlı Rüstəm Hüseynovun indiki himnimiz qəbul edilməzdən xeyli əvvəl çap olunmuşxatirələrindəki qeydlər də əyani sübut etməkdədir: " İndiki kimi yadımdadır. Bakkomunanın dövrü çox aclıq idi.Amma Cümhuriyyət zamanında bolluq oldu. O vaxt mən yetimlər evində yaşayır, rus-tatar məktəbindəoxuyurdum. Milli Ordunun kadet korpusu bizim yaşadığımız yerin yaxınlığında, indiki 134 nömrəli məktəbinbinasında yerləşirdi. Əsgərlər həmişə o binada bu mahnını oxuyardılar:Azərbaycan Azərbaycan!Ey qəhrəman övladın şanlı Vətəni!Səndən ötrü can verməyə cümlə hazırız!Səndən ötrü qan tökməyə cümlə qadiriz!Üçrəngli bayrağınla məsud yaşa...Biz də o əsgərləri yamsılayırmış kimi sıraya düzülüb onlar kimi oxumağa başlayardıq. Bolşeviklərgələndən sonra hər şey yığışdırıldı."Göründüyü kimi, 82 yaşlı müdrik ağsaqqalın himnimizi əzbərdən söyləməsi, onun yaddaşında həminhadisənin bu günədək qalması bizdə böyük qürur hissi oyatmaya bilməz. Bu gün müstəqil Azərbaycanın Dövləthimni məhz bu tarixi reallıqdan doğan həqiqətdir. Bu tarixi reallığı Azərbaycan Respublikasının Ali Sovetivaxtında qiymətləndirdi və "Azərbaycan Respublikasının Dövlət himni haqqında" 27.5.1992-ci il tarixliAzərbaycan Respublikasının Qanunu ilə musiqisi Ü. Hacıbəyovun, mətni Əhməd Cavadın olan "Azərbaycanmarşı" təsdiqini tapdı.Hazırda böyük coşqu ilə dövlət və ya qeyri-dövlət tədbirlərində oxunan himnimiz insanları həqiqətən dəqəhrəmanlığa, tarixinə, soykökünə bağlılığa, Vətən uğrunda mübarizəyə səsləyir. Bu barədə Azərbaycanındünya şöhrətli siyasətçisi ümummilli liderimiz Heydər Əliyevin dövlət rəmzləri, xüsusilə himnimiz barədəfikirləri maraq doğurur: "Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdəolmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu günbiz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz Dövlət himnidir və bir də Azərbaycanın Dövlətbayrağıdır...Bizim ölkəmizin vətəndaşlarının, bəlkə də, hamısı bunu istənilən səviyyədə dərk edə bilməyibdir.Ancaq mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən, çox böyükqürur hissi keçirirəm. Həmin ziyarətlərimdə məndə, bəlkə də, ən böyük əhval-ruhiyyə yaradan Azərbaycanınbayrağı altında Azərbaycanın himninin çalınmasıdır. Onu da deyə bilərəm ki, bəzi dövlət başçıları sonrakısöhbətlərdə etiraf ediblər ki, sizin himninizin musiqisi çox gözəldir, bayrağınız da gözəldir. Bu həqiqətənbelədir... Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik."Azərbaycan dövlət rəmzləri, onların məna və mahiyyətindən bir daha aydın olur ki, bayrağımız, gerbimiz,və himnimizdəki rəmzlər sırf "Türkçülük, İslamçılıq, Müasirlik" düsturu ilə yaradılmış və indi də, gələcəkdə dəAzərbaycan xalqının milli şüurunun dirçəlməsinə xidmət edəcəkdir.Beləliklə, xarici müdaxilə və yad ideologiya nəticəsində təzyiqlərə məruz qalmış milli şüurumuzunyenidən bərpa olunmasında və layiqli inkişafında milli rəmzlərimizin əvəzsiz rolu vardır. Bunun üçün ilknövbədə milli rəmzlərimizin yaranma tarixinin, məzmun və mahiyyətinin, funksiyalarının, istifadə təyinatlarınınayrıca öyrənilməsi üçün məktəbdə kurslar təşkil edilməli, humanitar fənn blokuna aid dərslərin tərkibinə daxiledilməli və bu məsələyə ciddi yanaşılmalıdır. Hətta işin səmərəliliyi üçün bu kursları pedaqoqlar arasındakeçirilməsi də zəruridir. Çünki pedaqoqların bir çoxu belə milli rəmzlərimiz barədə yetərincə məlumatlıdeyillər. Bu da, təbii ki, təhsil sistemimizə yaraşmaz haldır. Məsələnin həlli ilə bağlı Təhsil Nazirliyi xüsusitəbliğat materialları hazırlamalı və məktəblərə paylamalıdır. Qeyd etdiyimiz məsələ o dərəcədə aktualdır ki,nəinki məktəblər, universitetlər, hətta məktəbəqədər tərbiyə müəsisələri də bu barədə ciddi işləməli və onlarınicra mexanizminə isə birbaşa Təhsil Nazirliyi nəzarət etməlidir.Anar TURAN.“Xalq qəzeti”.-2012.-9 noyabr.-N 250.-S.4.; 11 noyabr.-N 251.-S.5.37

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!