13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Fəxrəddin VeysəlliprofessorQloballaşma şəraitində dil problemiBu gün dillərdən ikisinin - alman və Azərbaycan dillərinin taleyi çox düşündürücüdürDilçilik elmi qədim tarixə malik olsa da (2500 il), onun yeni-yeni sahələri bu gün də yaranmaqdadır.Psixodilçilik, sosiodilçilik, koqnitiv dilçilik, neyrodilçilik, linqvosemiotik istiqamətlər son illərin dilçiliyindəyaranmış yeni sahələrdir. Tipoloji dilçilik və universalilər dilçiliyini buraya əlavə etsək, bugünkü dilçiliyin nəqədər geniş diapazona malik olduğunun şahidi olarıq. Bu gün uşaq dilçiliyi, pedaqoji dilçilik və s. bu üfüqlərigenişləndirməkdədir. Dilçilik o qədər dözümlü və müasir elmdir ki, onun həm dəqiq, həm də humanitar elmlərləbirgə addımlamağına heç nə mane ola bilmir. Zaman-zaman dilçiliyi özünə peşə seçmiş alimlər onun şanlısəhifələrini yaradıb, konkret töhfələrilə bu elmin tarixində özlərinə abidə ucaldıblar. Bu gün dilçilik sahəsindəmövcud elmi-nəzəri ədəbiyyatı oxuyub mənimsəmək üçün bir insan ömrü azlıq edir. Bir tərəfdən böyük vəzəngin tarixi ənənələri olan Şərq, Qərb dilçiliyində meydana gəlmiş, digər tərəfdən, konkret olaraq yunan,roman, ərəb, alman, rus, ingilis və yapon dillərində yazılmış fundamental dilçilik əsərlərini oxuyub həzm etməkhər kəsin işi deyil. Bütün bu dillərdəki linqvistik irsi həmin dillərdə oxuyub mənimsəmək insanın fizikiimkanlarından xaricdir. Dilçilik elminin mənimsənilməsinin və yaxşı dilçi olmağın bünövrəsi filolojifakültələrin birinci kursunda tədris olunan “Dilçiliyə giriş” və ya “Dilçiliyin əsaslar” fənlərindən başlayır.Burada alınan biliklər sonralar dilçiliyi özünə ixtisas seçəcək insanlar üçün bir dayaq rolunu oynayır.Azərbaycan dili dünyanın 6500 dili arasında bu dildə danışanların sayına görə (50 milyon) 20-ci yerdə gəlsə də,bu dildə linqvistik informasiya azdır.Hazırda planetimizdə müşahidə olunan qloballaşma şəraitində xalqların sözlü (verbal) və sözsüz (nonverbal)ünsiyyətdə bulunması vacib amil kimi bəşəriyyət qarşısında duran mühüm məsələlərdəndir. Rəsmidanışıqlardan tutmuş fərdlərarası ünsiyyətə qədər insanların fəaliyyəti canlı, əsasən şıfahi, amma məsafəcə dahaçox yazılı formada reallaşan ünsiyyətdə dil aparıcı silah rolunda çıxış edir. Hədəfə dəymək üçün daha yığcam vədaha çevik danışmaq kommunikantlardan (kommunikantlar ünsiyyətdə iştirak edən danışan və dinləyənlərdir-F.V.) zəngin dünyagörüşü, dərin bilik və yaradıcılıq tələb edir. Bu gün ən müasir sayılan texnoloji yenilik belədil qədər önəmli ola bilmir, çünki bütün texnoloji yeniliklərin xalqların məişətinə tam daxil olması üçün xüsusimetadilə ehtiyacı var (Metadil dilin özü haqqında bu və ya digər dildə təsvir vermək üçün itifadə oluna terminvə ifadələrin məcmusudur. Məsələn, Azərbacan dilində biz deyəndə ki, ağac isimdir, öz dilimizdə onunqrammatik quruluşu ilə bağlı cümlə düzəltmiş oluruq. Eyni fikri ingilis dilində desək, The tree is a noun, ondametadil kimi ingilis dili çıxış edir. Azərbaycan dili isə obyekt dili adlanır).İndi hamıya gün kimi aydındır ki, canlı ünsiyyətdə linqvosemiotik vasitələrlə yanaşı (təbii dildəki metaforik(Ürəyimə dağ çəkirsən) və metonomik (Dünya səndən danışır) özəlliklər, paralinqvistik ifadələrlə (göz-qaşhərəkətləri) bərabər ton (həəə) və intonasiya (Mən ölmüşəm bəyəm, o mənim mülkümə yiyələnsin?)rəngarəngliyi ) etnosemiotik vasitələr də (folklor, rəqs, poza və s.) qarşılıqlı anlaşmada mühüm yer tutur. Qeydedək ki, son semiotik tədqiqatlar insanda 1000-ə qədər poza növü fərqləndirir.Burada xüsusi qeyd olunmalıdır ki, qloballaşma şəraitində ingilis dilinin hökmranlığı bu dilin anası sayılanABŞ-ın və Böyük Britaniyanın iqtisadi, siyasi və hərbi rıçaqlardan istifadə etməklə həmin dilin qəbuletdirilməsinə gətirib çıxarır ki, bununla da başqa xalqların dillərinə və mədəniyyətlərinə öldürücü zərbə dəymişolur. Bununla bağlı alman alimi Y.Trabant yazır: “İngilislər və amerikanlar bir qayda olaraq lazım bilmirlər ki,xarici dillərdə əsər oxusunlar, heç onlar həmin əsərləri tərcümə etdirməyə böyük həvəs göstərmirlər”. Bunualman alimi “Mitridat cənnətdə - dil düşüncəsinin kiçik hekayələri” adlı əsərində yazıb. Oxucu üçün aydın olsundeyə qeyd edək ki, b. eranın əvvəllərində romalılar ancaq yunan dilini qəbul edirdilər. Qara dəniz sahillərindəyaşayan pontosların kralı VI Mitridat qədim romalıların qəti düşməni idi. O öz adamlarına əmr edirdi ki,miladdan 63 il əvvəl Pompeyin və yeni imperiyanın əlinə düşməmək üçün onu öldürsünlər. Bunun özpərdəarxası səbəbi vardı. İş burasındadır ki, Mitridat çox savadlı idi, ən azı 22 dil bilirdi. Odur ki, o, ətrafda başverənləri və imperiya iddialarını yaxşı başa düşürdü, ona görə də başqa dilləri yaxına buraxmırdı.Bu gün dünya dilləri haqqında dilçilərin əlində olduqca zəngin material var. Məsələn, dünyada 6500 dilin250-ı Avstraliyada qeydə alınıb. Ötən əsrin 90-cı illərində ABŞ antropoloqu J.Blevins Avstraliyaya üçillik səfərizamanı bu ölkədə danışılan dillərdən birinin- “Nhanda” dilnin sonuncu daşıyıcısı Lusi Rayderin öz479

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!