13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dövlət gerbimizi oxuya bilirikmi?Azərbaycan Respublikasının Dövlət Gerbi dövlət müstəqilliynin rəmzidir. Gerb haqqında hələ 1920-ciil yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyəti müsabiqə elan etmişdi. O zaman müsabiqədən keçəcəkgerb nümunəsinin həmin ilin mayında qəbul ediləcəyi haqqında qərar da çıxarılmışdı. Lakin 1920-ci ilinaprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul olunmadı.Ölkə ikinci dəfə istiqlalını qazandığı ərəfədə, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar RespublikasınınAli Məclisi dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında dövlətinatributlarından biri sayılan gerbin hazırlanması üçün yeni vəsatət qaldırdı. Cəmi bir neçə ay sonra, 1991-ci ilfevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə müsabiqə elan edildi. 1991-1992-ci illər ərzindəmüsabiqəyə dövlət gerbinin onlarla layihəsi təqdim olundu, müzakirələr zamanı 1919-1920-ci illərdəhazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə əlaqədar təkliflər səsləndi.Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Dövlətgerbi kimi təsdiq etdi.Azərbaycan Respublikasının Dövlət Gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərindəyerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə üçrəngli bayrağımızın rəngləri fonunda səkkizguşəliulduz, ulduzun mərkəzində alov təsviri var. Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıdbudaqları yaşıl, sünbüllər sarı rəngdə verilib. Qalxanın və ulduzun sağanaqları, o cümlədən qalxanın düymələrivə palıdın qozaları qızılı rəngdədir. Gerbin üzərində təsvir edilmiş səkkizguşəli ulduzla bağlı isə alimlərin fikriüst-üstə düşmür. Belə ki, ulduz barədə maraqlı və müxtəlif versiyalar irəli sürülür. Üçrəngli Azərbaycanbayrağında mövcud rənglər gerbimizdə də öz əksini tapıb. Məlumdur ki, bayrağın göy rəngi türkçülüyün,qırmızı müasir azadlıq ideologiyasının, yaşıl rəng isə İslamçılığın tərənnümüdür. Yəni "Türk qanlı, islam imanlı,Avropa qiyafəli olalım" şüarı üç rəngin açmasıdır. Dövlət rəmzi kimi bayraq milli kimliyi, düşüncə tərzini vəinancları özündə əks etdirir. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib. Azərbaycan XalqCümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyigöstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Buna görə də, gerbimizdəki səkkizguşəliulduzla bağlı konkret fikir söyləmək qeyri-mümkündür. Səkkizguşəli ulduzun mənasını "Azərbaycan" sözününəski əlifbada yazılışı ilə bağlayanlar da var. Yəni əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır. Ulduzunsəkkiz guşədən ibarət mövcudluğu ilə əlaqədar müxtəlif versiyalara diqqət yetirək: "Səkkizguşəli ulduz"cənnətin səkkiz qapısı" anlamına gəlir. Səkkiz rəqəmi daha çox şiəliklə əlaqədardır. Bu, Azərbaycan əhalisininçoxunun şiə məzhəbli olması ilə izah edilir". Alimlərdən bəziləri deyir ki, cümhuriyyət qurucularının məhz buideya əsasında bayraqda səkkiz guşənin yer alması barədə düşündüklərini demək çətindir və bu risq tələb edir.Yəni bunu mövcud ehtimallardan biri kimi qəbul etmək lazımdır. Versiyalardan başqa birində iddia olunur ki,Xalq Cümhuriyyətinin dövlət prinsipləri müəyyən edilərkən, 8 prinsip əsas götürülüb. Bunlar türkçülük,islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. İrəli sürülənfərziyyələrdən biri isə ondan ibarətdir ki, səkkizguşəli ulduz qədim türk mifologiyasına görə həmin xalqlarıntaleyində mühüm rol oynayır. Təsadüfi deyil ki, riyaziyyat elmində səkkiz sonsuzluq, yəni əbədi inkişafıngöstəricisi kimi izah edilir.Gerbin 1919-1920-ci illərdəki layihəsində palıd budaqları və sünbüllər üçrəngli (mavi, qırmızı, yaşıl) lentləbir-birinə bağlanmışdı. Gerbin üzərində olan qalxandakı 8 düymə isə günəşin səkkiz şüasına müvafiq şəkildəverilib və hər hansı bir xüsusi funksiyanı daşımır. Araşdırmalar göstərir ki, gerbdəki qalxan azərbaycanlılarınşərq xalqlarından biri olduğunu vurğulayır. Azərbaycan isə Şərq dövləti kimi özünü müdafiə etmək qüdrətinəmalikdir. Qalxandakı üç rəng türklük, müasirlik və islamlığı, buradakı alov təsviri "Odlar Yurdu"nu anladır.Palıd budaqları milli-hərbi qüdrətimizi, sünbül isə Vətənimizin bolluq içərisində olduğunu, bərəkətliliyini,çörəyə yönəlik müqəddəs münasibətini bildirir. Günəşin ağ rəngdə verilməsi Azərbaycanın sülhsevərliyinə,xalqımızın barış, əminamanlıq tərəfdarı olduğuna bir işarədir. Başqa cür desək, gerbimizdə milli dövlətçiliyə,eləcə də milli ənənələrə və ümumbəşəri dəyərlərə əsaslanan simvolikadan geniş istifadə edilib. Yəni dövlətrəmzlərimizdən biri milli və ümumbəşəri standartlara və qanunauyğunluqlara tam şəkildə cavab verir.Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamənin 3-cübəndində göstərilmiş hallardan başqa, onun təsvirindən istifadə etmək hüququ Milli Məclis tərəfindən veriləbilər. Rəmzin qabarıq şəkildə təsviri prezidentin iqamətgahına və xidməti kabinetinə, parlamentin binasına, iclas158

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!