13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Heydər Əliyev tərəfindən bu sənəddə demokratik dəyərlərə, xüsusən, əsas insan hüquq və azadlıqlarınınqorunmasına elə böyük önəm verilib. Hətta bizim Əsas Qanunumuzun bir çox Avropa ölkələrinin analojisənədlərinə nisbətən daha mükəmməl, daha əhatəli olduğunu söyləyənlər də tapıldı. Bu məsələni daim diqqətmərkəzində saxlayan ulu öndər 2002-ci ilin avqustunda Konstitusiyaya bəzi əlavə və dəyişikliklər edilməsi üçünümumxalq səsverməsi (referendum) keçirilməsinə nail oldu. Əsas Qanunumuza edilən əlavə və dəyişiklikləronu daha da təkmilləşdirdi və ölkədə insan hüquq və azadlıqlarının daha mükəmməl şəkildə qorunmasına zəminyaratdı. Yeri gəlmişkən, bu istiqamətdə ikinci mühüm addım bu ilin mart ayında atıldı. AzərbaycanRespublikasının Konstitusiyasına bəzi əlavə və dəyişikliklər edilməsi üçün keçirilən referendum ƏsasQanunumuzun müasir dünya standartlarına uyğunlaşdırılması, xüsusən, yuxarıda qeyd etdiyimiz kimi, insanhüquq və azadlıqlarının dünya təcrübəsi səviyyəsində qorunması üçün reallaşdırılmış mühüm siyasi dövləttədbiri idi.Bir sözlə, həm ulu öndər Heydər Əliyev, həm də onun siyasi kursunu uğurla davam etdirən Prezidentİlham Əliyev dövlətin Əsas Qanununun ölkə vətəndaşlarının və dövlətin mənafeləri baxımından daimtəkmilləşdirilməsinin qayğısına qalıblar. Ümumilikdə isə Azərbaycan Konstitusiyası mövcud olduğu 88 ildəmüxtəlif təzyiqlərə və sıxıntılara məruz qalsa da, bütövlükdə möhtəşəm bir təkmilləşmə prosesindən keçib. İndiməhz bu proses barədə söz açmaq istəyirik. Yeri gəlmişkən, qəzetimizin ötən saylarından birində dövlətbayrağımız barədə söz açarkən olduğu kimi indi də möhtəbər bir mənbəyə – Prezident kitabxanasınınəməkdaşlarının hazırladığı www.preslib.az elektron nəşrinə müraciət edirik.Bəri başdan hörmətli oxucuların nəzərinə çatdıraq ki, bu elektron nəşr Azərbaycanda qəbul edilmiş ikiİstiqlal Bəyannaməsi, bir Müstəqillik Haqqında Konstitusiya Aktı və beş Konstitusiyanın tam mətninin eyniünvanda cəmləşdirildiyi ilk və hələlik yeganə nəşrdir. Burada bütün sənədlər olduğu kimi verilib. Hətta, müasirmətnyığma texnologiyası ilə uyğun gəlməyən mətnlərin foto-surəti verilib ki, bu da əsas məqsədə — dünyanınistənilən nöqtəsində yaşayan soydaşlarımıza milli tariximizin mühüm tərkib hissələrindən olan bu sənədlərinməhz olduğu kimi çatdırılması istəyinə xidmət edir. Üstəlik, bu sənədi xarakterizə edən peşəkar tarixçi şərhinədə yer ayrılıb.Qeyd etdiyimiz kimi, Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi barədə qərar 1921-ci il mayın 6-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. 15 günlük müzakirələrdən sonra məhz qurultaynümayəndələri tərəfindən qəbul edilmiş ilk Konstitusiyamız 5 bölmə, 15 fəsil və 104 maddədən ibarət idi. Odövrün siyasi quruluşu və hakimiyyətin təşkili qaydası, seçkilərin keçirilməsi, dövlət rəmzləri (gerb və bayraq)və bir çox məsələlərin öz əksini tapdığı ilk Konstitusiyamız insanların bərabərlik hüququnu təsbit etsə də bəzikateqoriyadan olan şəxsləri seçki hüququndan məhrum edirdi. Bu isə tam təbii idi. Çünki Azərbaycan da digərölkələr kimi çar üsul-idarəsindən yenicə azad olmuşdu və üstəlik bu ölkədə demokratik dövlət də qurulubdağıdılmışdı. Ona görə də birbaşa hamıya səsvermə hüququnun verilməsi o dövr üçün yolverilməz hesabolunurdu. İlk Konstitusiya Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Muxtar Hacıyev, MİK üzvləriSəməd Ağa Ağamalıoğlu, Teymur Hüseynov, Mir Bəşir Qasımov, Nəriman Nərimanov, Əli Heydər Qarayev vəbaşqaları tərəfindən imzalanan qərarla qüvvəyə minmişdir.1927-ci il martın 26-da Beşinci Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycanın ikinciKonstitusiyası qəbul edildi. Bunun üçün mühüm zərurət yaranmışdı. Çünki ötən 6 il ərzində həm SSRİ, həm dəZSFSR (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası) yaranmış, Azərbaycan bu qurumlara daxil olmuş,ölkə ərazisində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası və Dağlıq Qarabağ Muxtar Vilayəti təşkiledilmişdi ki, bu amillər Əsas Qanunda öz əksini tapmalı idi. Üstəlik dövlət strukturunun inzibati-ərazibölgüsündə bir sıra dəyişikliklər edilmişdi. Doğrudur, 1925-ci ilin martında Azərbaycan Konstitusiyasına birsıra dəyişiklik və əlavələr edilmişdi. Ancaq zaman yeni Konstitusiyanın qəbulunu tələb edirdi.1937-ci ildə qəbul edilmiş üçüncü Konstitusiya əvvəlki analoji sənədlərdən bir neçə cəhətdən fərqlənirdi.Burada “İctimai quruluş”, “Vətəndaşların əsas hüquq və vəzifələri”, “Naxçıvan MSSR-in ali dövlət hakimiyyətiorqanları”, “DQMB-nin dövlət hakimiyyəti orqanları”, “Məhkəmə və prokurorluq” adlı fəsillər də var idi. 14227

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!