13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Uç rəngli bayrağınla məsud yaşa...Buraxınız seyr edəlim,düşünəyim, axtarayım,Bu sevimli üç boyalı,üç mənalı Bayrağı.Mələklərin qanadımıüzərinə kölgə salan,Nə imiş bu, aman Allah –Od yurdunun Bayrağı!(Cəfər Cabbarlı)Başımızın üstündə dalğalanan üçrəngli Azərbaycan bayrağı çox sınaqlardan keçib. XX əsrin sonlarındayenidən müstəqilliyini qazanan və onu qoruyub möhkəmləndirmək yolunda çarpışan bir dövlət və xalq üçünbayrağa müqəddəs münasibət olmalıdır. Elə isə gəlin görək, bu gün cəmiyyətimizdə bayrağımıza olanmünasibət yetərincədirmi? Bu barədə bir qədər sonra bəhs edəcəyik. indilikdəsə bayrağımızın bugünəcənkeçdiyi yola qısa da olsa nəzər salaq.Azərbaycanın ilk Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Cümhuriyyəti(AXC) parlamentinin qərarı ilə qəbul edilib. Üçrəngli bayraq ideyasını Azərbaycan istiqlalının ideoloqlarındanolan Əli bəy Hüseynzadə gündəmə gətirib. AXC hökuməti Gəncədə fəaliyyət göstərdiyi zaman istifadə olunanbayraq o zamankı Osmanlı bayrağına oxşar qırmızı rəngdə olub.Demokratik Cümhuriyyətin süqutundan və Sovet Hakimiyyəti qurulduqdan sonra Azərbaycanın bayrağıdəfələrlə dəyişdirilib. Belə ki, Azərbaycan SSR-in 1920-21-ci illərdəki bayrağı qırmızı rəngli, yuxarı solküncündə ay və beşguşəli ulduzdan ibarət olub. 1921-22-ci illərdə ay və beşguşəli ulduz bayraqdanyığışdırılaraq, onun yerində yaşıl fonda kirill əlifbası ilə "ASSR" sözləri yazılıb. Növbəti iki il - 1922-23-cü illərərzində də eyni bayraq olub, sadəcə "ASSR"-in yazıldığı yaşıl fon yığışdırılmaq şərtilə. Azərbaycan bayrağınınnövbəti dəfə dəyişdirilməsi 1937-39-cu illərə təsadüf edir. Bu dəfə sol küncdə olan "ASSR" sözləri latınqrafikalı əlifbayla "AzSSR" sözləri və oraq-çəkiclə əvəz olunur. Çox çəkmir ki, latın qrafikası ilə yazılmış"AzSSR" sözünün yerini kirill əlifbasıyla yazılmış "AzSSR" sözləri tutur. Bu bayrağın ömrü 1939-cu ildən52-ci ilədək sürür. Növbəti, bu dəfə sonuncu bayraq dəyişdirilməsi 1952-ci ildə baş verir. Belə ki, həmin ildəyişdirilən oraq-çəkicli qırmızı rəngli parçadan, aşağı hissəsində göy zolaq olan Azərbaycan bayrağı 1991-ciilədək qüvvədə olur.Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də, o zaman Naxçıvan Muxtar Respublikası AliMəclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə MR-nın Dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda,Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasınınrəsmi dövlət rəmzi kimi tanıması haqqında vəsatət qaldırdı. Və 1991-ci il fevralın 5-də AzərbaycanRespublikası Ali Soveti bu bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqındaqərar qəbul etdi.2007-ci il noyabrın 17-də prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, paytaxt Bakıda Dövlətbayrağı meydanının yaradılması qərara alındı və həmin ilin dekabrında tikintisinə başlanılan Bayraq Meydanıbu il sentyabrın 1-də istifadəyə verildi. Bu gün qürurla deyə bilərik ki, hündürlüyünə görə, dünyanın ən ucabayrağı da məhz Azərbaycandadır.2009-cu ilin noyabrında isə Azərbaycan prezidentinin sərəncamı ilə 9 noyabr Bayraq günü kimi elanolunub.***Üçrəngli bayraqla bağlı sovet illərində də müəyyən faktlara rast gəlinir. 1956-cı ildə yaşadığı siyasiquruluşa nifrətini açıq şəkildə bildirən Cahid Hilaloğlu adlı vətəndaş üçrəngli bayrağı Qız qalasının üzərinəqaldırdığına görə 4 il azadlıqdan məhrum edilir. Ona bu işdə yardım edən Çingiz Abdullayevsə ruhi xəstəliklərdispanserinə salınır.1952-ci il mayın 28-də isə mühacirətdə olan azərbaycanlıların Almaniyada keçirdiyi RespublikaGünündə Məmməd Əmin Rəsulzadə üçrəngli bayrağı başı üzərinə qaldırıb onu Azərbaycana aparmaq üçünkimə etibar etməli olduğunu soruşur. Zaldakılardan Gülmirzə Bağırov bu əmanəti götürür və 70-ci illərdə həyat79

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!