13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ana dilimiz müstəqil Azərbaycanın ən böyük milli sərvətidirAzərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsində göstərilir ki, AzərbaycanRespublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təminedir. Həmin maddənin II hissəsində isə göstərilir: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərinsərbəst işlədilməsini və inkişafını təmin edir”. Xalqımızın başına zaman-zaman gətirilmiş faciələr,ədalətsizliklər ana dilimizdən də yan keçməyib. Lakin tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmişhaqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda dövlətimizdə çox əlverişlişərait yaranıb.Danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-80-ciilləri ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində, o cümlədən sənayedə, kənd təsərrüfatında,mədəniyyətimizdə, təhsilimizdə, incəsənətimizdə yüksəliş illəri olub. Ümummilli lider Heydər Əliyev keçmişsovet rejiminin qadağalarına baxmayaraq, ana dilinin qorunmasına, onun tətbiqində öz prinsipial mövqeyinəhəmişə sadiq olub.Keçmiş Sovetlər Birliyi dövründə bütün rəsmi tədbirlər, digər müttəfiq respublikalarda olduğu kimi,Azərbaycanda da yalnız rus dilində aparılırdı. Lakin ümummilli lider Heydər Əliyev 14 iyul 1969-cu ildərespublika partiya təşkilatının rəhbəri seçildikdən sonra o, bu sahədə də öz müstəqil, prinsipial mövqeyininümayiş etdirdi.Respublika rəhbərliyinə gəlişindən az sonra 1 noyabr 1969-cu il tarixində Azərbaycan DövlətUniversitetinin (hazırkı BDU) 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev odövrün qadağalarını, o cümlədən ana dilinin tətbiqi ilə əlaqədar kommunist rejiminin məhdudiyyətlərini pozaraqAzərbaycan dilində çıxış etdi və bu çıxış universitet ziyalılarının uzun illərdən bəri gözlədiyi milli oyanışistiqamətində həlledici addım oldu. Bu gün böyük qürur hissi keçirirəm ki, həmin yığıncaqda iştirak edərək birqrup əlaçı və ictimaiyyətçi tələbə ilə birlikdə yığıncağın rəyasət heyətində qoyulmuş universitet bayrağının fəxriqarovulunda dayanmışdım, o bayrağın ki, ümummilli lider Heydər Əliyev yığıncaqda həmin bayrağa “QırmızıƏmək Bayrağı” ordenini sancdı. Yığıncağın sonunda respublika rəhbəri səhnədən düşərkən fəxri qarovuldadayanmış tələbələrlə də səmimi görüşdü.Azərbaycan Respublikasının 21 aprel 1978-ci il tarixli Konstitusiyasının layihəsini hazırlayankomissiyanın sədri olmuş Heydər Əliyevin ana dilinə olan sonsuz məhəbbəti və prinsipiallığı nəticəsindəKonstitusiyanın 73-cü maddəsinə dövlət dilinin Azərbaycan dili olması barədə müddəa daxil edilmişdi. Nəzərəalmaq lazımdır ki, həmin dövrdə milli dilin yalnız üç müttəfiq respublikada dövlət dili olması nəzərdətutulmuşdu.Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 22 dekabr 1992-ci il tarixdə qəbuledilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda dövlət dilinin əsassız olaraq türk diliolması göstərilmişdi. Bizim türk xalqına, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına və dilinə böyükhörmətimiz var. Belə ki, Azərbaycan dili qədim və zəngin tarixə malik türk dilləri qrupunun Oğuz ailəsinədaxildir. Lakin zaman keçdikcə Azərbaycan dili özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatikquruluşa, zəngin lüğət fonduna, geniş ifadə imkanları, yüksək səviyyəli yazı normalarına malik müstəqil dilkimi formalaşıb. Ona görə də bu gün demək olmaz ki, müasir Azərbaycan dili elə türk dili deməkdir.Doğrudur, xalqımız türk dilində danışığı başa düşür. Həmçinin türklər də Azərbaycan dilini başa düşür.Lakin tərcüməsiz hər hansı bir dildə danışmaq və danışığı başa düşmək heç də o demək deyildir ki, bu dillərarasında bərabərlik işarəsi qoymaq olar. Bu məntiqlə yanaşsaq, belə çıxır ki, rus, belarus, ukrayna və polyakdilləri də eyni bir dildir. Bəli, həmin dildə danışanlar az da olsa, bir-birini başa düşürlər. Halbuki bu dillərinhamısı slavyan dil qrupuna daxil olmaqla, uzun illər ərzində müstəqil dil kimi formalaşıblar.Müstəqil dövlətimizin ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixdə referendum (ümumxalqsəsverməsi) yolu ilə qəbul edilərkən, məhz, ümummilli lider Heydər Əliyevin ana dilinə olan dəyişməz mövqeyivə prinsipiallığı nəticəsində Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili olması barədəmüddəa qanunvericilik qaydasında bir daha öz əksini tapdı.Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixdə qəbul etdiyi “Latınqrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikasının Qanunu uzun müddət icrasızqaldığına görə, təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyev tərəfindən 18 iyun 2001-ci il tarixdə“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanıimzalandı.443

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!