13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────obyektlərin sahibləri bəlkə də xarici ölkə vətəndaşlarıdır. Lakin onlar Azərbaycanın qayda-qanunlarına, ocümlədən “Dil haqqında” qanuna riayət etməli, fəaliyyətlərini Konstitusiyanın müddəalarınauyğunlaşdırmalıdırlar.Azərbaycan müstəqillik qazandığı vaxtdan bir müddət sonra demokratik prinsiplərin inkişafına xüsusi önəmyetirildi. Müstəqil mətbuatın inkişafı üçün hər cür şərait yaradıldı. çoxlu sayda qəzet və jurnallar, radio,televiziya kanalları açıldı. Qeyri-peşəkarların kütləvi informasiya vasitələrinə asanlıqla yol tapmaları, dahadəqiq desək, axını digər mənfi amillərlə yanaşı dilimizin korlanmasını, bəzi sözlərin əcaib, dilimizə yad formadasəsləndirilməsini, əhalinin böyük əksəriyyətinin başa düşmədiyi xarici sözlərdən istifadə olunmasını xeyliçoxaltdı. Belə qeyri-peşəkarlar, savadsızlar ana dilimizin işlənməsi və qorunması haqqında qanunlardan dabixəbər olduqlarını təsdiqlədilər. Bu baxımdan televiziyanın idman şərhçilərinə daha çox irad bildirmək olar.Əksər futbol şərhçiləri reportaj apararkən dilimizdə olmayan sözlər işlədirlər. Məsələn, “küncdən zərbə” sözüəvəzinə — “korner”. “Korner” sözü ingilis sözü olsa da yenə düzgün işlədilmir. Sadəcə olaraq futbol şərhçisi busözü özünün düzgün olmayan formada dərk etdiyi kimi səsləndirir. Bu da nə Azərbaycan, nə də ingilis dilinəuyğun gəlmir. Əksər idman şərhçiləri futbolçuya “topqovan”, oyunu idarə edən hakimə “referi” (bu da ingilisdilindədir — Ə.B.) qapıçıya “qolkiper”, hücumçuya “forvard” deməklə dilimizin saflığına xələl gətirir və busahədə qəbul olunmuş qanunları pozurlar. Bəzi şərhçilər isə futbolçulara müxtəlif “ad”lar qoyaraq tamaşaçılarınəsəbləri ilə oynayırlar. Onlar sanki unudurlar ki, işlədikləri televiziya kanalları Azərbaycana məxsusdur.Tamaşaçı hardan bilsin ki, futbol şərhçisi “zadəganlar”, “qırmızı şeytanlar”, “canavarlar”, “sarı-qırmızılar”,“cim-bomlar” və digər qəribə “ad”lar səsləndirməklə hansı komandaları nəzərdə tuturlar. Ona görə də idmanşərhçiləri məsuliyyətli olmalı, azərbaycanlı olduğunu unutmamalı və ana dilinə hörmətlə yanaşmalıdırlar. Belətənqidi fikirləri bəzi özəl radio verilişlərinin aparıcılarına da aid etmək olar. Televiziya və radio aparıcıları ilknövbədə Azərbaycan dilini mükəmməl bilməli, sonra efirə çıxmalıdırlar. Mən belələrinə “AzərbaycanRespublikası Dövlət dili haqqında” qanunun 6-cı – “Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi”maddəsini xatırlatmaq istərdim. Həmin maddədə deyilir: “Mülkiyyət formasından asılı olmayaraq, AzərbaycanRespublikası ərazisində təmsil edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radiokanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar...”Həmin qanunun 7-ci maddəsi isə reklam və elanlarda Azərbaycan dilinin işlədilməsinə aiddir. Həmin maddənidə xatırlatmağı vacib hesab edirik: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam vəelanlarda dövlət dili işlənir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili iləyanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlardavə sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onun tutduğu sahə Azərbaycandilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.Gəlin görək Bakı şəhərinin mərkəzi küçələrində bu qanuna əməl olunurmu? Əsla yox!Ana dilimizin zənginliyi tanınmış xarici dilçilər tərəfindən yüksək qiymətləndirilsə də, öz ölkəmizdə beləlaqeyd münasibətə yalnız təəssüflənirik. Bir faktı diqqətinizə çatdırmaq istərdim. Bir çox dünya xalqlarınındilini bilən ingilis dilçisi Maks Müller Azərbaycan dilinin zənginliyi haqqında heyranlıqla danışaraq yazırdı:“Azərbaycan dili öz zənginliyinə görə budaqları barlı-bəhrəli meyvə ağacını xatırladır”.Hər bir azərbaycanlı unutmamalıdır ki, xalqımızı dünyada tanıdan ana dilimizdir. Azərbaycan müstəqildövlətdir. Təbii ki, onun dövlət dili haqqındakı qanunları da realdır və hər birimizin bu qanunlara ciddi riayətetməyimiz ən ülvi borcumuzdur. Ümummilli lider Heydər Əliyevin bu müdrik kəlamı hər bir azərbaycanlıyaörnək olmalıdır: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm, amma hesab edirəm ki, öz dilimizlə –Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. çünki bu, zəngin dildir, artıq dünyada tanınıb, dilimizin adıtanınıb”.“Xalq qəzeti”.-2008.- 23 dekabr.-N 286.-S.3.398

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!