13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dilimiz dövlətimizin təşəkkülünə necə təsir edib?İradə SARIYEVAYazı Azərbaycan Respublikasının Prezidenti YanındaKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondununmaliyyə dəstəyilə çap olunur.Dövlət mövcuddursa, birmənalı olaraq onun əsas atributu sayılan dili də işlək olmalıdır. Dövlətininkişafında, təşəkkülündə dil vacib vasitədir. Ana dili hər bir xalqın mənəvi sərvəti olmaqla yanaşı, həmdə onun varlığını təsdiq edən bir məfhumdur. Ana dili xalqların mənəviyyatını, mədəniyyətini yaşadanbir amildir. Ana sözü ən çox sevdiyimiz sözlərdəndir.Bəlkə də bu sözü fasiləsiz olaraq gündə min dəfə dilə gətiririk. Xalqların əziz, ülvi, müqəddəs saydığı bir sıraməfhumlar var ki, biz onlara ana deyirik. Bu adı anamızdan başqa torpağa, vətənə, yurda da veririk. Ana torpaq,ana vətən, ana yurd deyirik. Ana sözünün ünvanları artdıqca, o nə cılızlaşır, nə parçalanır, nə də məhv olur.Əksinə, daha da zənginləşir, daha da müqəddəsləşir. Ana dili sözünü də çox işlədirik. Bir çox hallarda,Azərbaycan dilinə sadəcə olaraq ana dili deyirik. Əlbəttə, ana dili sözü elə-belə, təsadüfdən yaranmayıb. Busözün ana axarında doğmalıq, ilkinlik dayanır. Ana olmasa, yaranış, törəniş də sual altına düşər. Ana dilimizəsrlərin sınağından adlayıb günümüzə qədər gəlib çıxıbsa, buna görə ilk borclu olduğumuz şəxs analarımızdır.Ana dilimizin gözəlliyini, əzizliyini, doğmalığını onlar bizə təlqin edib. Azərbaycan dilinin varlığını qoruyubsaxlamasında analarımız klassiklərdən az iş görməyib. Azərbaycan dili milli mədəniyyətimizin, tariximizin,maarifçiliyimizin rüşeymləridir. Ana dilimizin qədimliyini göstərən yüzlərlə fakt, tarixi sənəd, yazılı mənbə var.Dilimiz ən çox folklor örnəklərində, bayatı, tapmaca və nağıllarda, digər şifahi xalq ədəbiyyatı nümunələrindəyaşayıb. Bu nümunələr Azərbaycan dilinin qədimliyini göstərən amillərdir. Yazılı abidələr də ana dilimizinneçə-neçə yüzilliklər öncə meydana gəldiyini özündə göstərir. Dil insanların mənəviyyatını qoruyan bir vasitəkimi əsrlərdir öz gücünü saxlayır. Ümumiyyətlə, o dillər əbədiyaşardır ki, o dildə danışan böyük bir toplum var,həmin dildə kütləvi nəşrlər həyata keçirilir, o dil hər gün işlənir, zənginləşir, cilalanıb inkişaf edir. Dilçialimlərin bildirdiyinə görə, ana dili nə qədər çox işlənsə, bir o qədər öz hakimiyyətini əlində möhkəm saxlayar.Ekspertlər onu da deyir ki, dil balta kimidir, nə qədər çox işlənsə, bir o qədər iti olar, kəsərini itirməz. Anadilinin şüurlarda oyatdığı ən böyük məsələlərdən biri milli mənsubiyyət, milli ideologiya anlayışlarıdır.Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Səyalı Sadıqovabizimlə söhbətində bildirdi ki, milli təfəkkürün formalaşmasında, mədəniyyətin inkişafında, dövlətin əzəmətinisaxlamasında ana dilinin xidməti böyükdür: "Azərbaycan dili o dillərdəndir ki, tarixin min-bir sınağından keçib.Hər dilə nəsib olmur ki, bu qədər ömür yaşasın. Nə qədər dillər tarixin dəmir qapılarını keçə bilməyib, məhvolub gedib. Elə dillər olub ki, onun ömrü çox qısa olub. Amma ana dilimiz uzunömürlülüyü ilə seçilir. Dillər varki, onlar mövcud olsa da, millətin şüuruna, tarixinə, mədəniyyətinə xidmət etmir. Yəni buna gücü çatmır.Azərbaycan dili əsrlərdir həm dövlət dili kimi yaşayıb, həm də kütlənin danışdığı dil kimi işlədilib. Dilimiz hərgün işləyir, hər gün təbliğ olunur. Ana dilimiz dövlətimizin, onun ideologiyasının, tarixinin inkişafına təkanverir, kömək edir. Tariximiz ana dilində yazılır, ana dili vasitəsilə təbliğ edilir, paylaşılır. Azərbaycanda anadilinin inkişafı məsələsi ziyalılarla yanaşı, cəmiyyəti də maraqlandırıb həmişə. Ana dilimizdə tarixən yazıbyaradanşəxsiyyətlər olub, onlar dilimizin ululuğunu, zənginliyini, çoxçalarlı olmasını öz əsərlərilə təsdiq edib.Bir zamanlar, daha dəqiq desək, orta əsrlərdə fars və ərəb dillərində yazıb-yaratmaq dəb idi. Bir neçə əsr şairlər,filosoflar başqa dillərdə öz fikirlərini ifadə etməyi şərəf sayırdılar. Amma zaman göstərdi ki, bu şəxsiyyətlər odillərdə yazsalar da, təfəkkürcə millidirlər. Çünki daxillərində ana dilini yaşadıblar, folkloru biliblər. Nədənsə odillərdə yazıblar. Amma 13-cü əsrdən üzü bu yana Azərbaycan dili inkişaf etməyə başlayıb. İzzəddinHəsənoğlu, İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Arif Ərdəbili, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, MollaPənah Vaqif və başqa şairlər ana dilimizdə yazıb-yaratmağa başladılar. Bu şəxsiyyətlərin yaradıcılığıədəbiyyatımızın, mədəniyyətimizin inkişafına böyük təsir göstərirdi. Onlar ana dilimizin artıq dillər içindənboyunun görsənməsini istəyirdilər. Arzu edirdilər ki, türk-Azərbaycan dili dövrün dilləri sırasında öz yerinitutsun. Əlbəttə, dil xalqın varlığını təsdiq etdiyi kimi, xalq da dili yaşatmağa, onun saflığını qorumağa,çirkablardan mühafizə etməyə borcludur. Ana dilini dövlətlə yanaşı, xalq da yaşatmalıdır. Əks təqdirdə dil çökəbilər. Necə ki, bu halı başqa dillər yaşayıb".477

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!