13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi sənədFərhad ABDULLAYEV,Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri“Konstitusiyanın hər bir müddəası xalqın iradəsini ifadə edir.”Heydər ƏLİYEVHər bir sivil cəmiyyət yazılmış qanunlar əsasında inkişaf edir. Cəmiyyətin üzvləri arasında ictimaimünasibətlər insan həyatının bütün aspektlərini əhatə etdiyindən bu münasibətlərin hüquqi nizama salınmasınaehtiyac duyulur. Eyni zamanda, ictimai münasibətlər inkişaf etdikcə buna uyğun olaraq, mövcud münasibətləriəks etdirən hüquq normaları dəyişir və dinamik şəkildə inkişaf edir. Bir sözlə, yeni ictimai münasibətlər yenihüquq normalarının və hüquq sisteminin əmələ gəlməsinə səbəb olur. Bu normalar normativ aktlarda vəməhkəmə presedentlərində ehtiva oluna bilər. Bu mənada dövlətin Əsas Qanunu olan AzərbaycanRespublikasının Konstitusiyası da cəmiyyətin və dövlət quruluşunun əsaslarını müəyyən edən ictimaimünasibətləri nizama salır.XX əsrin sonlarında bərpa olunan müstəqilliyimizin ilk illəri göstərdi ki, istiqlaliyyəti qoruyubsaxlamaq, inkişaf etdirmək çox mürəkkəb və eyni zamanda, şərəfli vəzifədir. Həmin dövrdə hadisələrin inkişafıƏsas Qanunun qəbul edilməsi üçün zəruri olan ictimai mühitin, siyasi sabitliyin və nəhayət, xalqın mənafeləriniəks etdirən milli iradənin mövcud olmadığını göstərirdi.Belə bir çətin şəraitdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqınınümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda siyasi sabitliyin bərqərarolunması və ölkə həyatının bütün sahələrində genişmiqyaslı islahatların başlanması üçün real imkanlar yarandı.Vətəndaş cəmiyyətinin yaradılması və hüquqi dövlət quruculuğunu dövlətin əsas prioriteti kimi bərqərar edənAzərbaycan qısa müddətdə irimiqyaslı qanunvericilik islahatlarını reallaşdırmaqla beynəlxalq birliyə sürətliinteqrasiya yolunda mühüm nailiyyətlər əldə etdi. Həyata keçirilən islahatlardan ən başlıcası 1995-ci ildəümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbuledilməsi oldu.Azərbaycan Respublikasının yeni Konstitusiyası humanizm və demokratiya prinsipləri ilə ölkəmizdəvətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli zəminyaratdı. Məhz Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu böyük tarixi və hüquqi sənəd Azərbaycanınmüstəqillik yolunda daha da inamla addımlamasına, milli, mənəvi dəyərlərimizin qorunması və əhalininrifahının təmin edilməsi üçün geniş imkan açdı.Bu mühüm hadisə dövlətçilik tariximizə şanlı bir səhifəni yazdı və dövlətimizin hüquqi, siyasi vəiqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi. Azərbaycanda hüquqi dövlət quruculuğuistiqamətində həyata keçirilən islahatlar ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin köklü dəyişdirilməsindənibarət olmaqla, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir.Konstitusiyamız hazırlanan zaman hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların inkişaf istiqamətləridə nəzərə alınmış və bu prinsiplər özünəməxsus milli dəyərlərlə və müasir yanaşmalarla zənginləşdirilmişdir.Konstitusiyaya əsasən hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması,hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarınıntəmin olunmasının Azərbaycan dövlətinin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milliqanunvericiliyin tərkib hissəsi kimi hüquqi qüvvəyə malik olması Əsas Qanunun mütərəqqi xarakter daşımasınıtəsbit edir.Azərbaycan Respublikasının Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyinitəsbit edən hüquqi təsis sənədidir. O, konstiusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutlarısistemində balans yaradır və konstitusiya quruluşunun sabitliyini təmin edir.Ümumiyyətlə qeyd edilməlidir ki, konstitusiya bütün ölkələrdə norma yaradıcılığının əsaslarınıformalaşdırır və bütün qanunvericilik sisteminin təməli kimi çıxış edir. Bu sistemdə yaranan boşluqlar vəproblemlər ilk olaraq konstitusiyanın müddəaları nəzərə alınmaqla aradan qaldırılır.Konstitusiya təsisedici xüsusiyyətdən başqa alilik, sabitlik, reallıq, legitimlik, dövlət və cəmiyyəthəyatının əsasını təşkil etmə kimi xüsusiyyətlərə də malikdir.282

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!