13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────iztirablardan qurtulmağın yollarını araşdırıb göstərməklə səciyyələnmişdirlər. Bu dinlərdəki Tanrının xilasediciiradəsinin təbliği insanlara əminlik və ritah gətirəcək mühüm məqamlardandır.Dinlərin dialoqundan bəhs edərkən, «tolerantlıq» ideyası ətratında yaranmış fikir mübadiləsinə dəmünasibət bildirmək istərdik. Dini dözümlülük mənasını daşıyan, Qərb mənşəli «tolerant» anlayışı latınsözüdür. Halbuki, fikrimizcə, bu terminin İslam dininə aid edilməsi qətiyyən düzgün deyildir. Axı İslam diniəqidəsinə. şəriətinə görə, səmavi kitab əhlinə daim hörmət və diqqətlə yanaşmaq mühüm tələblərdən biri sayılır.Məsələn, Qurani-Kərimdə bir çox buna aid ayələri misal göstərmək olar: «İman gətirənlərdən musəvi (Yəhudi),isəvi (Xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inananların və yaxşı iş görənlərin mükafatlarıRəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar gərgin olmazlar» (Bəqərə, ayə 62).Fikrimizcə, elə bu, sadəcə dini dözümlülük olmayıb, islamın özündən irəli gəlmiş bir mədəniyyətdir. Bunutolerantlıqdan daha çox «dini mədəniyyət» adlandırmağın tərəfdarı olub, İslamın bütün monoteist dinlərə qarşıloyal olduğunu vurğulamaq istərdik. Bəlkə də ona görədir ki, islam tarixən başqa dinlərə qarşı müsbətyanaşdığından qarşılıqlı rəğbət qazanıb və qısa zaman ərzində dünyanın hər yerinə çox böyük sürətləyayılmışdır. Halbuki, dinlərdə tolerantlıq axtararkən, sanki bu dinlərin ilahi mahiyyəti kölgədə qalmış olur.Buna görə də, «tolerantlıq» sözünün, «dini mədəniyyət» söz birləşməsi ilə, yaxud dini mədəniyyət ənənələriadlandırmaqla və i.a. əvəz edilməsini məqbul sayaraq, bununla dinlərin etik məzmununun düzgün izah edildiyifikrindəyik.Konkret olaraq bu «qohum» dinlərin mahiyyətində məhz Tanrının təqdir etdiyi dini mədəniyyətdurduğundan, şübhə etmirik ki, monoteist dinlərin dialoqunun alınmasına da böyük ümidlər vardır.Bəli, biz ritorikaya qapılmayaraq deyə bilərik ki, qarşılıqlı ittihamlar, bir-birini danmalar tarixin çoxkədərli, təəssüfdoğurucu səhifələrindən olmuşdur. Bu xətti IX əsr ərəb mətni ilə verilmiş xristian Əbd əl-Məsihəl-Kindidən başlayaraq, XIII əsrdə yaşamış məşhur Xristian alimi Foma Akvinski («Bütpərəstlərə qarşıdəlillər») inkişaf etdirmiş və bu tendensiya müasir dövrdə də özünü büruzə verməkdədir. Lakin ədalət naminədemək lazımdır ki, tarixdə başqa yanaşmalar da yer almışdır. Məsələn, II Vatikan Ali Məclisində İslama qarşıfərqli mövqe nümayiş etdirərək, o, İbrahimi din kimi qəbul edilərək, İncil ənənələrinə uyğun hesab olunmuşdur.Dinlər müxtəlif tarixi dönəmlərdə siyasi vasitəyə çevrildiklərindən belə ziddiyyətli vəziyyətlərə rast gəlməkolar.Arnold Toynbinin fikrini davam etdirmiş və araşdırmış Samuel P. Hantinqton (Harvard UniversitetininStrateji Araşdırmalar Mərkəzinin direktoru) «Sivilizasiyaların toqquşması» kitabında sivilizasiyalardandanışanda onları dini prinsiplər əsasında bölərək - müsəlman, hinduist, konfutçist, slavyan-pravoslav kimimüəyyən etmişdir. Həqiqətən də, dünya siyasətində dinlərin fundamental rol oynadıqları inkaredilməz birfaktdır: «Müasir dünyada din mərkəzi qüvvə hesab edilir, məhz «Qüvvə» ona görə ki, insanlara arqumentlərverərək, onları səfərbər edir... Nə siyasi ideologiyalar, nə də iqtisadi maraqlar insanlar üçün əsas deyildir. Buiman və ailə, qan və dindir ki, insan özünü identikləşdirir, onun uğrunda döyüşür və ölür» (1).Bütün bunları təhlil edərkən Jak Delor (Avropa İqtisadi Birliyinin sabiq komissiya sədri) belə bir fikirsöyləmişdir ki, «Hətta Xristianlıq və İslam kimi dinlər tarix boyu konfliktdə olmuş olsalar da, istər dinlərində,istərsə də etikada böyük oxşarlıqları vardır. Bu da ümid verir ki, dinlər və sivilizasiyalar arasında ixtilaflarhəmişə olsa da, vacib deyildir ki, toqquşmaya, yəni hərbi konfliktə gətirib çıxartsın. Sülh mümkündür» (1).Son zamanlar Qərb ölkələrində hökm sürən bir tendensiyanı belə formalaşdırmaq olar: «Dinlərarası sülholmasa, sivilizasiyaların müharibəsi olacaqdır. Onu da bilin ki, dinlərarası dialoq olmasa, dinlərarası sülh dəolmayacaqdır. Dinlərin fundamental tədqiqi olmasa, dinlərarası dialoq da olmayacaqdır» (2).Bir çox alimlər ilk növbədə monoteist kitab dinlərinin müasir dünyada bəşəriyyət qarşısındaməsuliyyətlərini dərk etmələrini istəyirlər. Bu da onun dərkinin mənbələrə sadiqliyindən və «açıq» dialoqundanasılıdır. Məsuliyyət dinlərə keçmiş səhvlərini və başqa dinlərə qarşı «dözümlülüyünü» xatırladır. Bu dinlərdənözünüdərkin düzgün qurulmasını tələb edir (tarixi yanaşma). Bu dinlərin səhvləri əsasında yaranan ideolojiaspektlər özünüdərkin düzgün istiqamətdə getməməsi ilə qarşı-qarşıya qoyulur. Buna baxmayaraq, dinlərinüzərinə qoyulan məsuliyyət insanların həyatına laqeydliyi inkar edir. Onlar təhlükə qarşısında qalanda vəproblemlər yarananda din buna həssaslıqla yanaşmalıdır. Bu müdaxilə çox dəyərli, hətta onların həyatındahəlledici rol oynaya bilər (hermenevtik problem). Məsuliyyət hər vasitə ilə dinləri onlara məxsus olan dahaönəmli işlərə sövq etdirməli, insaniyyətə ləyaqətlə xidmət etməyi sevdirməli və özlərinə inamı gücləndirməlidir(etik cağırış).Dinin tədqiqində çətinlik törədən amillərdən biri də odur ki, həmişə onun daxilində müxtəlif dəyişikliklərbaş verir və bu dəyişikliklər müəyyən məqama qədər deformasiyaya uğramır, lakin sonra daxili və xarici489

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!