13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────salonuna və Milli Məclis sədrinin xidməti kabinetinə vurulur. Bununla bərabər, qanunvericilikdə nəzərdətutulmuş hallarda dövlət orqanlarının binalarında öz əksini tapır. Həmçinin, Azərbaycanın diplomatik və ticarətnümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.Dövlət gerbinə, demək olar ki, gündəlik həyatımızın bütün sahələrində rast gəlmək mümkündür. Belə ki,gerb dövlət orqanlarının möhürlərində, qanunlarımızın, parlament qərarlarının, eləcə də prezidentin fərman vəsərəncamlarının blanklarında fərqləndirici nişan kimi əks olunur. Eyni zamanda, kağız və metal pulnişanlarında, qiymətli kağızlarda və dövlət istiqraz vərəqələrində gerbimizin təsvirinə rast gəlmək olar. MilliMəclisin rəsmi nəşrlərində, habelə Dövlət sərhəd nişanlarında da gerbin simvolu qeyd edilir. Ölkə vətəndaşınınpasportunda da gerbin işarəsinə yer verilir.Tarixçi-alim Nəsiman Yaqublu deyir ki, dövlət rəmzlərimizə, həmçinin, gerbimizə hörmət etmək hər birAzərbaycan vətəndaşının borcudur. Onun sözlərinə əsasən, bugünkü gerbimizin tarixi Azərbaycan XalqCümhuriyyətinin zamanına gedib çıxır: "1919-cu ildə Xalq Cümhuriyyətinin gerbinin təsviri olan müsabiqətəyin edildi. Yəni bu, dövlətçilik tariximizdə ilk dəfə idi ki, baş verirdi. Əslində, 1920-ci il mayın 30-da yekunvurulması nəzərdə tutulurdu. Həmin ilin 27 aprelində Cümhuriyyət işğal edildi deyə, müsabiqə yarımçıq qaldı.1993-cü ilin yanvar ayında gerbimiz bərpa olundu. Dövlət gerbimizin təsviri belədir: çevrə formasında olanqalxanın üzərində <strong>dair</strong>əvi şəkildə göy rəngin təsviri, qırmızı və yaşıl rəngin fonunda isə səkkizguşəli ulduzverilib. Ulduzun mərkəzində Odlar Yurdunun simvolu olan "od" işarəsi var. Verilən çevrə formasındakıqalxanın mənası isə xarici işğalçılara qarşı Azərbaycan xalqının qəhrəmanlıq simvolu kimi başa düşülür. Aşağıhissədə sünbül və dəfnə ağacının yarpaqları təsvir olunub. Həmin dəfnənin yarpaqları və sünbül lent vasitəsiləbağlanıb. Sünbül-bolluq, dəfnə- əbədilik rəmzi hesab edilir. O ki qaldı səkkizguşəli ulduza, bununla bağlımüxtəlif izahlar verilir. Bəziləri bunu "cənnətin səkkiz qapısı" kimi əsaslandırır. Digər versiyaya görə, həminulduz "Odlar Yurdu" deməkdir, yəni bunu ərəb əlifbası ilə səkkiz hərfə yazmaq mümkündür. Amma elmi izah,xüsusən türk təqvimi ilə əsas götürülür. Osman Qazinin vaxtında türklərdə türk təqvimi deyilən sistem var idi.Yəni hər səkkiz ildən bir üç dəfə ayın təqvimini 2-ci, 5-ci və 7-ci ilin ilk ayında bir gün geri çəkirdilər. Bunu isəayın bərabərləşməsi məqsədilə edirdilər. Yəni ildə 365 günün alınması üçün belə addım atılırdı. Səkkizguşəliulduz isə 8 illik təqvim mənasını verir. Mən bu mənaya daha çox üstünlük verirəm. Digər tərəfdən, əvvəllər dətürklərin bayraqları səkkizguşəli olub. Sonradan onlar beş guşəyə keçməyi qərara alıblar".Tarixçi-alim gerblə bağlı fikirlərinə belə davam etdi: "Gerb polyak sözüdür və mənası "irs" kimi başadüşülür. Gerb xalqın ərazisini, torpağını, təbiətini, millətin adətini yığcam şəkildə təcəssüm etdirir. Gerb birneçə qrupa bölünür. Məsələn, dövlət gerbləri, torpaq gerbləri, quberniya gerbləri və nəsil gerbləri mövcuddur".N.Yaqublu o qənaətdədir ki, dövlət rəmzlərinə, o cümlədən gerbə münasibətdə hər bir kəs sayğılıyanaşmalıdır: "Bəzən çox ciddi olmayan məqamlarda bayraqdan istifadə edilir. Bu məni narahat etməyə bilməz.Yəni bayraqdan hər vasitə kimi istifadəyə çalışırlar. Əslində bayrağımıza, gerbimizə ciddi yanaşılmalıdır.Görürsən ki, müəyyən iş adamları şəxsi işləri üçün dövlət rəmzlərindən istifadə edir. Nəhayət, dövlətatributlarının mənası açılmalı, onların geniş təbliğatına diqqət yetirilməlidir. Çox təəssüflər olsun ki, televiziyakanalları bu təbliğata yer ayırmır. Monitorinq aparsanız bayrağımızın, gerbimizin mənalarını bilməyən xeylisayda insana rast gələrsiniz. Dövlət rəmzləri yalnız 28 May günlərində yada düşür. Bu məsələlərin mahiyyətininaçılması üçün mütəxəssislərdən, araşdırmaçılardan mütəmadi istifadə olunmalıdır. Yəni bilinməlidir ki,dövlətimizin ideoloji əsaslarını kimlər qoyub.Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsibbəy Yusifbəylinin xidmətlərini unutmamalıyıq. Onların gördüyü işləri arxa plana atmaqla bayrağımızı,gerbimizi xalqa sevdirə bilmərik".Zaur ZAHİDOĞLUMəqalə Azərbaycan Respublikası Prezidentiyanında KİV-ə Dövlət Dəstəyi Fondununmaliyyə dəstəyilə hazırlanıb“Bakı Xəbər”.-2011.-24 may.-N 89.-S.15.159

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!