13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan Respublikasının dövlət rəmzləri,onların mahiyyət və tərbiyəvi əhəmiyyətiANAR TURAN,AMEA-nın A .A Bakıxanov adına Tarix İnstitutunun dissertantıDövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişlərindən gələn və gələcəyəistiqamətlənən özünəməxsusluğu əks etdirir. Dövlət yaradan xalq ilk növbədə onun atribut-larını təsis edir ki,fərqli, həm də xüsusi siması olsun.Milli rəmzlər elə aktual mövzudur ki, hətta dövlət yaratmamış, lakin buna can atan xalqların, mübarizənisivil yolla, yaxud separatçı üsullarla aparan qruplaşmanın belə öz atributları mövcuddur. Çünki atribut istərxalqın, istərsə də təsis edilən hər hansısa qurumun mübarizə simvoludur.Azərbaycan Respublikasının bayraq, gerb və himndən ibarət dövlət rəmzləri mövcuddur.Konstitusiyamızda bu barədə deyilir: "Azərbaycan Respublikasının dövlət rəmzləri - AzərbaycanRespublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan RespublikasınınDövlət himnidir".Azərbaycan Respublikasının dövlətçilik rəmzlərinin birincisi Dövlət bayrağıdır. Milli bayraq - siyasiideoloji,mənəvi baxımdan bir millətin və onu təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir. "Bayraq"sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. Böyük türk dilçisi, dahi filoloq alim Mahmud Kaşğarlının"Divanü lüğətit-türk" əsərində "bayrak-batrak" kəlmələrinə yer verilmişdir."Bayraq" sözü müstəqillik işarəsidir. Müasir anlamda bayraq, dövlətimizin, millətimizin müstəqillik,suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraqmüqəddəs anlam daşıyır. Millətin qeyrəti və namusu, şərəfi və ləyaqəti bayraqda ifadə olunmuşdur. Bayraq,eyni zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerininvə rolunun təcəssümüdür.Konstitusiyamızın 23-cü maddəsində deyilir: "Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli,üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağınortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın enininuzunluğuna nisbəti 1:2-dir."Dövlətimizin əsas qanununa uyğun şəkildə hazırlanan bayrağımız üçrəngli, ay-ulduzlu hissələrdənibarətdir. Hər simvolun özünəməxsus tarixi-siyasi, mədəni amillərlə bağlı olan məna və funksiyası vardır. Qeydetmək lazımdır ki, bayraq, onun mənşəyi, tarixi, müasir vəziyyəti, əks olunan rəmzlərin məna və istifadətəyinatları, bayrağın qaldırılma və endirilmə mexanizmi və s. barədə veksilologiya elmi məşğul olur. Müasirveksilologiya elminin son məlumatlarına görə, hazırda dünyada mövcud olan dövlət bayraqları içərisindəqırmızı rəngli bayraqlar birinci yerdə olub, ümumən mövcud bayraqların üçdə iki hissəsini təşkil edir. Onunardınca ağ, mavi, qara və yaşıl rəngli bayraqlar gəlir. Bayraqlar rənglərin sayına görə də müxtəlif növlərə ayrılırki, onlar içərisində üçrəngli bayraqlar üstünlük təşkil edir. Bu cür bayraqlara trikolor ("üçrəngli" bayraq) deyilir.1918-ci ildə görkəmli siyasi xadim M.Ə.Rəsulzadənin rəhbərliyilə Şərqdə ilk demokratik respublika olanAzərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Təbii ki, bu zaman milli atributların təsis edilməsi məsələsi ortayaçıxdı. Əli bəy Hüseynzadənin irəli sürdüyü ölkənin baş ideologiyası olan "Türkçülük, Müasirlik, İslamçılıq"siyasi xəttinə uyğun bir bayraq hazırlandı və həmin bayraq bu gün də Azərbaycanın müstəqilliyini özündə əksetdirir. O zaman cəhalət içində boğulmaq üzrə olan xalqımızın təəssübkeş ziyalıları, mənəvi, milli və müasirdəyərləri özündə ehtiva etdirən bir mübarizə xətti götürdülər ki, bu da sonunda ölkənin müstəqil dövlət olaraqelan edilməsinə gətirib çıxardı. Böyük maarifçi-ideoloqumuz Əli bəy Hüseynzadənin yaratdığı "türkləşmək,islamlaşmaq, müasirləşmək" düsturu ziyalılarımız tərəfindən dəstəkləndi və sonralar Türkiyənin böyük dühasıZiya Göyalp bunu daha da inkişaf etdirib konsepsiya halına saldı. AXC yaranandan sonra da bu ideyalara sadiqqalaraq öz milli atributlarını bu düsturun üzərində qurdu. Hələ AXC-nin ilk parlamentinin açılışını edənAzərbaycan Milli Şurasının sədri M.Ə. Rəsulzadə üçrəngli milli bayrağımızı göstərərək, onun əbədiyyətinəsonsuz inamını belə ifadə etmişdi: "Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milliqaldırmış, türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalıbayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir..." (3).Beləliklə, bayrağımızın mavi rəngini mənalandıran "türkçülük" milli kimliyimizi dərk etmək, ənənələridirçəltmək, soykökünə bağlılıq, dilimizin, tariximizin qorunması, milli inkişaf, milli istiqlal, milli mücadilə17

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!