13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Tatar və türk cədidçi ziyayıları on doqquzuncu və iyirminci əsrin əvvəlində azərbaycanlılara güclü təsiretmişdi. Onların arasında 1851-1914 illərdə yaşamış tatar İsmayıl bəy Qasprinski (Qaspiralı) var idi. Həminideyalar iyirminci əsrin əvvəlində Azərbaycan millətçiləri A.Topçibaşov və M.Ə.Rəsulzadəyə təsir etmişdi.Qasprinskinin ideyaları İstanbulda türk müsəlman islahatçısı Camal-əd-din əl-Afğanıyə təsir etmiş, o da öznövbəsində güclü panislamizm (ictihadi-islam) platformasını irəli sürən Gənc türk hərəkatını ilhamlandırmışdı.Quranın fərdi şərhlərinin mentaliteti cədiciliyin (cədidizmin) tatar tərəfdarlarının hamısını və daha azdərəcədə türk tərəfdarlarını elə idarə edirdi ki, müasir dini və ictimai tələblər Quran tələblərinə cavab verəbilsin. Tatar və türk cədiçiləri bildirirdilər ki, ictihad artıq dərəcədə geniş bir konsepsiyadır. Onlar müsəlmancəmiyyətinin tənəzzülünə səbəb olan mühafizəkarlıq və təqlidçilikdən kütlüyə düçar olmuş İslamı islamhüquqşünaslığının nəticələrini (qərarlarını) də məqsədə daxil edərək əsl din mənbələrinə (yəni, Quran, Sünnə vəHədis) qayıtmaqla xilas etməyi tələb edirdilər. Türk və tatar cədiçiləri əmin idilər ki, azad iradə mentaliteti dinimətnlərin yeni şərhi üçün əsas olmalıdır.Tatarlar Musa Carallah Bığı və Abdulla Budi siyasətçidən daha çox din alimləri idilər. Onların kitablarınıbaşa düşmək çətindir, lakin aydındır ki, dönüklük onlar üçün keçmişi indiki zamanla necə əlaqələndirməyi başadüşməyərək onu təqlid etməkdən ibarətdir. Budi “İctihadın vaxtı keçibmi?” kitabında dönüklərə müraciət edibonlara Qurandan 2-ci surənin 166-cı ayəsini xatırlatdı: “Təqlid etmə çobanın sürüsünü necə idarə etməsiləeynidir. Sürü bir çağırışdan sonra irəli gedir, o birisindən sonra geriyə dönür. Yalnız bir çağırışı başa düşənadamlar fərqi görməyə qadir deyillər və bu, onların gəm-qüssəsini, uğursuzluğunu göstərir.” Bu ayət aydıngöstərir ki, mahiyyəti dərk etmədən təqlid etmə allahsızlığa yaxındır.Budi yazırdı ki, ictihad və təqlid etmə gecə və gündüz kimi bir-birini təkzib edir. O vurğulayırdı ki, təqlidetməni rədd etmək yolu Allahın bəxş etdiyi ağıl və şüura uyğun olaraq irəliləməkdir. O mübahisə edirdi ki,ictihad Quranın ağlabatan və məntiqli dərk etməni irəli çəkir, çünki o müsəlman haqqı ilə yanaşı elm vəmühəndisliyə dəstək verir.Budinin ictihad barədə ideyaları iyirminci əsrdə həm Türkiyə, həm də Azərbaycanda üstünlük təşkil edənfəlsəfə və siyasətlərə qatılmışdır. Türk müəllifləri mübahisə edir ki, Türkiyədə müasir müsəlman islahatçıları özideyalarını ictihad üzərində qururdular. İslahat ideyaları ictimaiyyətin cürbəcür təbəqələrində dəstək tapdı vətürk jurnalındakı (Türküyə günlüyü) bir neçə məqalə Əli bəy Hüseynzadə kimi iyirminci əsr Azərbaycanislahatçı ziyalılarına həsr olunur.3.3 XX əsrin əvvəlindəki Azərbaycanda Cədidçiliyin təsiri:İslamın pantürkizm və millətçiliyə tabe edilməsiLiberal İslam Türk ictihadına və Gənc türk hərəkatına xas olan cədiçilik ideyaları iyirminci əsrin əvvəlindəTatarstan və Azərbaycanda təcrübədən keçəndən sonra formalaşdı. 1915 ildə azərbaycanlılarA.M.Topçibaşovun rəhbərlik etdiyi İttifaqi-Müslimi (Müsəlmanlar İttifaqı) adlanan liberal müsəlmanpartiyasının yaradılmasında iştirak etmişlər. Bu partiyanın strukturunda tədricən iki fraksiya formalaşdı. Birfraksiya Rusiya imperiyasında bütün müsəlmanlar üçün mədəni muxtariyyətinə nail olmaq üçün bir yerətoplanmışdı. Həmin fraksiyaya tatarlar rəhbərlik edirdi, çünki onlar ən çox səpələnmiş diaspora idi. Azərilərinrəhbərlik etdikləri bloku Rusiyanın federal yenidənqurulmasını tələb edirdi. Başqa bir Azərbaycan partiyasıMusavat (Bərabərlik) azərbaycanlıların islam irsi ilə özünü səciyyələndirirdi.Azərbaycan tədqiqatçıları mübahisə edirlər ki, panislamizm Rusiya imperiyasında Azərbaycan azadlıqhərəkatının təkəmmülündə keçici bir mərhələ idi. Millətçilik barədə Avropa ideyalarının təsiri altındapanislamizm son nəticədə panturanizmlə (ümumi türk/tatar bənzərliyi ideyasına əsaslanmış hərəkat),panturanizm isə Azərbaycan-türk millətçiliyi ilə əvəz olundu. İyirminci əsrin əvvəlində üstünlük təşkil edəninam ona idi ki, Azərbaycan türksoylu xalqlarla möhkəm ittifaqda, demokratik cəmiyyət olmalıdır və İslammədəniyyətə təsir etməli, lakin dövlətdən ayrı qalmalıdır. Yaxındakı hadisələrlə müqayisə edərək iyirminci əsrinaxırında eyni inkişafı etiraf etmək olar. Sovet İttifaqının dağılmasından sonra panturanizm ideyası yenidənqalxdı (azərbaycanlıların türklərlə birləşməsi kimi) ki, yalnız iki dövləti olan bir türk milləti ideyası ilə yenidənəvəz olunsunTatar və türk çədidçilər əsasən fəlsəfi ideyalarla maraqlandığı vaxtda azərbaycanlılar problemlərin siyasiaspektlərini vurğulayırdılar. Rusiya imperiyasının dağılması Azərbaycan mili elitasına öz siyasi ideallarınıhəyata keçirməsi üçün imkan verdi. 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi dövlət qurulmuşdu.Respublikanın şüarı - “Türkçülük, Müasirlik və İslamçılıq” həm Qasprinskinin fəlsəfəsi («Dil, ideya və işlərdəbirlik”) həm də Respublika rəhbərlərinin ideyaları ilə açıqcasına bağlı idi. Hüseyinzadə, Rəsulzadə, Ə. Ağaoğlu499

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!