13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Nəsiman YAQUBLUÜçrəngli bayrağımızın mənasıBunu hər kəs bilirmi?Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinəçevrilmişdir. Mövcudluğunun 18 ayı dövründə (1918-ci ilin 9 noyabrı) ən istəkli bir varlıq kimi sevilmiş,əzizlənmiş, adına və hüsnünə şeirlər yazılmış, mahnılar bəstələnmişdir. Sovetlər Birliyi rejimi Üçrənglibayrağımızın başımız üzərindən asılmasını və hətta təsvirini belə qadağan etsə də, onu ürəklərində yaşadaninsanlar istiqlal şairimiz Əhməd Cavadın bu sözlərini təkrarlayırdılar:Çoxdandır ayrı düşdümÜç boyalı bayraqdan.A dostlar, mən yoruldum,Bu gizli ağlamaqdan.Bəs xalqımızın başı üzərində 94 il əvvəl dalğalanmış və bu gün də mövcud olan Üçrəngli bayrağımızınyaranma tarixini, onun mənasını, ağ ayparanın və səkkiz guşənin nə olduğunu, hansı ideyalardanqaynaqlandığını düzgün bilirikmi? Aparılan sorğular, ortaya çıxan həqiqətlər sübut edir ki, bu sahədə hələ dəməlumatsızlıq və tarixi bilgisizlik ucbatından yanlış təsəvvür və fikirlər mövcuddur. Məhz bu yazıda həmin osualları cavablandırmağa çalışacağam.1918-ci ilin Mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu.Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki,bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sistemlibir dövlət qurulurdu. Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadə "Milli AzərbaycanHərəkatının xarakteri" adlı məqaləsində yazırdı: "Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatıŞərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır".Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz "Cümhuriyyət" olacağını hələ 1917-ci ildə"Açıq Söz" qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyniadlı məqalədə "Cümhuriyyətdən-Cümhuriyyətə fərqvar" deyərək yazırdı.Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə Mayın 28-də yarandıqdan sonra onun əsasrəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan:"Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiqedilsin".Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki,Osmanlı bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isəsəkkiz guşədən ibarət idi.İlk bayrağımız haqqında verilən qərar da (yəni, eynən Osmanlıda olduğu kimi) bir çox səbəblərlə izahedilir. Yəni, əsas o idi ki, biz türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik. VəAzərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük. Təsadüfi deyildi ki, 1918-ci il iyunun 4-də ilksiyasi, diplomatik və hərbi müqaviləni də biz məhz Osmanlı ilə bağlamışdıq. Bundan əvvəl mövcud olanZaqafqaziya Seymində bu Seymdə fəaliyyətdə də Azərbaycan nümayəndələri (say 40-dan çox idi) siyasiistiqamətin gürcü və ermənilərdən fərqli olaraq Osmanlı ilə olacağını müəyyənləşdirmişdilər.Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın ətrafındakı "ilhaqçı"larqrupu da "biz müstəqil dövlət yox, məhz, Türkiyəyə birləşmək istəyirik" - deyərək, ciddi təbliğat aparırdılar.Hətta o zaman Nuri Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ciHökumət Kabinəsi buraxılmış, Gəncədə Nuri Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı. Qırmızırəngli bayrağımız da məhz həmin gərgin məqamlarda - ikinci hökumət kabinəsi formalaşandan sonra dörd günsonra verilmişdi.1918-ci ilin noyabrın 9-da isə Üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: "Milli bayraqhaqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:110

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!