13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Ölkəmizin ümumbəşəri dəyərlərə sadiqliyinin, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarınahörmətinin təzahürü olaraq Əsas Qanun Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələriAzərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir, həminbeynəlxalq müqavilələrin milli qanunvericilik (Azərbaycan Respublikasının Konstitusiyası və referendumlaqəbul edilən aktlar istisna olmaqla) üzərində üstünlüyünü nəzərdə tutur.Konstitusiyada Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycanxalqının tanınması, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyənetməyin Azərbaycan xalqının suveren hüququ olması təsbit edilmiş və göstərilmişdir ki, Azərbaycan xalqı özsuveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququəsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan etmişdir.Konstitusiya dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkilini müəyyən edir,həmçinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləriçərçivəsində müstəqil olmaları barəsində prinsipi də əks etdirir.Hər bir şəxs üçün layiqli həyat şəraitinin və azad inkişafın təmin olunmasına istiqamətlənmiş sosialdövlət konsepsiyası Azərbaycanın Əsas Qanununda geniş əksini tapmışdır. Konstitusiya iqtisadiyyatın azadinkişafına təminat verməklə yanaşı, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsini, onun sosial müdafiəsivə layiqli həyat səviyyəsi qayğısına qalmağı dövlətin üzərinə vəzifə olaraq qoyur.İctimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyət tələblərindən yanaşılaraq, ƏsasQanunda insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqlihəyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq təsbit edilməsi müstəsna əhəmiyyət kəsb edir.Başqa sözlə desək, Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşlarınmənafelərinə xidmət etdiyini, dövlət siyasətinin əsasında məhz vətəndaşın durduğunu ən yüksək səviyyədəbəyan edir.Hər bir demokratik cəmiyyətin əsasını insan hüquq və azadlıqlarının tanınması və onların real təminatımexanizmlərinin mövcudluğu təşkil edir. Cəmiyyətin inkişafı, onun çiçəklənməsi, vətəndaş sülhü yalnız insanınali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin başlıca vəzifəsi kimi qəbul edildiyi haldamümkündür.Bu mənada əminliklə deyə bilərik ki, bəşəriyyətin uzun illər ərzində nail olduğu mütərəqqi dəyərlərdənolan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumimexanizmlərinin geniş şəkildə təsbit olunması Konstitusiyamızın ən mühüm nailiyyətlərindən biridir. ƏsasQanunun ən böyük fəsli olan üçüncü fəsli bütünlüklə əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsredilmiş, həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onlarınreallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuniməhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur.Azərbaycanın Əsas Qanunu hazırlanarkən insan hüquqlarının və azadlıqlarının statusu və onlarayanaşmada da müasir meyillərdən çıxış edilərək, əsas insan hüquq və azadlıqları dövlətin öz vətəndaşlarınaverdiyi imtiyaz kimi deyil, hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə olunmuş vətoxunulmaz, pozulmaz və ayrılmaz elan edilmişdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının genişsiyahısını təsbit etməklə yanaşı, Konstitusiyada həmin hüquqları və azadlıqları gözləmək və qorumaqqanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olaraq müəyyənləşdirilir və qeyd edilir ki, buhüquqların və azadlıqların həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.Lakin bu heç də o demək deyildir ki, hüquq və azadlıqlar, ümumiyyətlə, heç bir məhdudiyyətə məruzqala bilməz. Belə ki, Konstitusiyanın özündə nəzərdə tutulmuşdur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyətvə başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir, digər tərəfdən hər kəsin hüquq vəazadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları iləməhdudlaşır. Şübhəsiz ki, demokratik cəmiyyətdə zəruri, qanunla müəyyən edilmiş və dövlətin beynəlxalqöhdəliklərinə uyğun tətbiq edilən məhdudiyyətlər insan hüquqlarının daha səmərəli təmin olunmasına,cəmiyyətin və millətin təhlükəsizliyinin qorunmasına xidmət edir.Bununla yanaşı, Konstitusiyada təsbit olunmuş hüquqların real həyata keçirilməsinin mühümmexanizmlərindən biri kimi çıxış edən, eyni zamanda, ayrıca hüquq və ya təminat kimi nəzərdə tutulan hüquqvə azadlıqların məhkəmə təminatı Əsas Qanunda kifayət qədər geniş mənada ifadə olunmuşdur. Bu konstitusiya310

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!