13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Azərbaycan dövləti yeni tarix yaradırPaytaxtımızın rəmzləri sırasına Dövlət Bayrağı Meydanı da əlavə edildiGörkəmli hind yazıçısı Robendranat Taqor yazırdı ki, istənilən xalqın istənilən ənənəsi gözəldir və təqdirolunmalıdır. Ancaq öz keçmişinin uca tutulması üçün yaşadılan ənənələr daha böyük ehtirama layiqdir. Böyükədibin həmin qənaətini öz xalqımızın həyatına tətbiq etsək, onda bizim ənənələrin daha böyük ehtirama layiqolduğunu görərik. Çünki dövlətimizin istənilən siyasəti sabaha hesablanır, dünənə ehtiram üzərində qurulur. EləBakıda Dövlət Bayrağı Meydanının yaradılması da respublikamızın 50-60 və hətta, 100 il sonrakı günləri üçünnəzərdə tutulmuş və böyük bir yaradıcılıq, quruculuq ənənəsinin davam etdirilməsi şəklində reallaşdırılmışdır.Böyük şəhərlərin hamısının özünəməxsus, qeyri-rəsmi rəmzləri vardır. Moskvada Kremlin Spasskiqülləsi, Parisdə Eyfel qülləsi, Londonda Saat meydanı və sairə. Bakının isə bir neçə qeyri-rəsmi rəmzi vardır:Suraxanı Atəşgahı, Qız Qalası, Qoşa Qala qapısı, Hökumət evi, Neft Daşları, Qafqazda ən uca hündürlüyə malikteleqüllə, Prezident Sarayı və sair. Təxminən 2500 il ərzində formalaşmış bu rəmzlərin son ikisi - yeni teleqülləilə Prezident Sarayı - ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələlik paytaxtımızın ən sonuncu rəmzinəçevrilən, bütün dünyada ən hündür bayraq dirəyi ilə məşhur olan Dövlət Bayrağı Meydanı isə ümummilliliderimizin siyasi kursunu böyük uğurlarla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlı oldu. DövlətBayrağı Meydanının tikintisi, açılması və özünəməxsus parametrləri barədə söz açmazdan əvvəl bir məqamıyada salmaq istərdik. Çünki bu məqam həm Prezidentin özünün, həm də 50 milyonluq xalqımızın ən böyükarzusu və ümididir. Belə ki, ağsaqqal ziyalımız, görkəmli bəstəkar Tofiq Bakıxanov Bakıda Dövlət BayrağıMeydanının açılacağı barədə xəbəri eşidəndə dedi ki, mən İlham Əliyevin qətiyyətinə əmin olaraq söyləyirəmki, o, torpaqlarımızı işğaldan azad etdikdən sonra Bakıda "qələbə meydanı" da açacaqdır. Hələlik isəAzərbaycan paytaxtında region və dünya mətbuatının böyük maraqla yer ayırdığı Dövlət Bayrağı Meydanıaçıldı.Azərbaycan paytaxtında bu möhtəşəm meydanın istifadəyə verilməsindən bir neçə ay əvvəl Ginnes DünyaRekordları təşkilatı Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiqetmişdir. Dövlətin kifayət qədər maddi vəsait və təxminən üç ilə yaxın vaxt sərf edərək belə möhtəşəm birlayihəni reallaşdırması bizim üçün bir neçə cəhətdən önəmlidir. ƏVVƏLA, bu fakt özü-özlüyündə sübut edir ki,Azərbaycan region ölkələri arasında istənilən layihəni reallaşdırmaq imkanına malik olan ən qüdrətli ölkədir.İKİNCİ, bu gün kosmosda rabitə peyki olan ölkələrin mütəxəssislərinin hamısı yerin müxtəlif regionlarının,daha çox isə Qafqazın şəkillərini çəkirlər. Kosmosdan adi minik maşınının da fotosunu aydın şəkildə çəkə bilənqurğuların obyektivində ümumi sahəsi 2450 kvadratmetr olan Azərbaycan bayrağının bütün gözəllikləri ilədalğalanması bizə daim fəxr və iftixar gətirəcək. ÜÇÜNCÜ, Azərbaycan öz bayrağını yer səthindən ən ucahündürlüyə qaldırmaqla regionda hamıdan uca olduğunun rəmzini yaratdı. Qeyd etdiyimiz kimi, bu ucalıqdabayraq dirəyi nəinki region ölkələrində, ümumiyyətlə, dünyanın heç bir ölkəsində yox idi. DÖRDÜNCÜ,Prezident İlham Əliyev özünün timsalında bütün azərbaycanlıların dövlət bayrağına olan ehtiramının, bayrağınuca tutulması ənənəsinin yaşadılmasını sübut etdi. 2003-cü ildə "Mən hər bir azərbaycanlının Prezidentiolacağam" - deyən Prezident hər bir azərbaycanlının qürur mənbəyi olan dövlət bayrağımızı dünya bayraqlarıarasında ən uca məqama qaldırdı."Bayrağa ehtiram" ifadəsi ilə "dünənə ehtiram" ifadəsini yanaşı işlətdik. Bu da təsadüfi deyil. Bununtəsadüfi olmadığını Prezident İlham Əliyevin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışmərasimində söylədiyi fikirlərdə daha aydın şəkildə gördük: "Meydanın yaradılması haqqında sərəncam mənimtərəfimdən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən ikiil sonra - 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir. Bildiyiniz kimiAzərbaycan bayrağı - bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətihökumətinin qərarı ilə təsdiq olunmuşdur. Məhz noyabrın 9-da Azərbaycanda bundan sonra hər il AzərbaycanDövlət Bayrağı günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın noyabrın 17-də imzalanması səbəbi də çoxməntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağıAzərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan AliSovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiqedildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraqAzərbaycanın dövlət bayrağı kimi qəbul edilsin".53

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!