13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Hüquq sistemində konstitusiyanın aliliyi onunla şərtlənir ki, konstitusiya, sadəcə olaraq, əsas qanun vəya adi qanun deyil, o, digər qanunlarla müqayisədə ən yüksək hüquqi qüvvəyə malikdir. Buradankonstitusiyanın ali hüquqi qüvvəyə malik olması meydana çıxır və bu da konstitusiyaya növbəti xüsusiyyətverir: konstitusiya normaları təkcə konstitusiya hüququnun əsas mənbəyi kimi yox, həmçinin hüququn digərsahələri - mülki hüquq, cinayət hüququ, inzibati hüquq və s. hüquq sahələri üçün də əsas mənbə kimi çıxış edir.Qanunlar və digər normativ-hüquqi aktlar konstitusiyanın rəhbər müddəalarına uyğun qəbul olunmalıdır.Konstitusiyada ölkənin ictimai və dövlət quruluşunun əsasları müəyyən edilir. Hüquqi sənəd kimiAzərbaycan Respublikasının Konstitusiyası xüsusi məzmunundan, ali hüquqi qüvvəsindən, cari qanunvericiliyinhüquqi əsası kimi rolundan, onun qəbul edilməsi və dəyişdirilməsinin adi qanunvericilik prosesindən fərqlənənxüsusi qaydası ilə əlaqədar yüksək sabitlikdən ibarətdir. Əsas Qanunumuz ali hüquqi qüvvəyə malik olan,xüsusi qaydada qəbul edilən və dəyişdirilən, ölkənin sosial-iqtisadi quruluşunun, siyasi sisteminin və s.əsaslarını, şəxsiyyətin hüquqi statusunu müəyyən edən sənəddir.Eyni zamanda, Konstitusiyamız siyasi prosesləri nizama salan normativ aktdır. Ümumiyyətlə, dövlətinkonstitusion əsasları bütün digər normalara münasibətdə ilkindir, çünki üç əsas subyektin - şəxsiyyətin,cəmiyyətin və dövlətin qarşılıqlı münasibətlərinin ən vacib xüsusiyyətlərini müəyyən edir. AzərbaycanRespublikasının Konstitusiyası yalnız dövlətin deyil, eyni zamanda sosial-iqtisadi quruluşun əsaslarını,cəmiyyətin mədəni həyatını, insan və vətəndaş hüquq və azadlıqlarının vəzifələrini əhatə edir. Onuntənzimləyici rolu bütün dövlət orqanizminə aiddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası onunkonstitusion quruluşunun əsaslarını, insan və vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsascəhətlərini, unitar dövlət quruluşunu, respublikamızda qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarınıntəşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarını təsbit edir.Azərbaycan Respublikası Konstitusiyasının birinci bölməsi dövlət və cəmiyyətlə bağlı münasibətlərintənzimlənməsinə həsr olunmuşdur. Burada əsasən nizamlanan münasibətlər dolayısı ilə və ya birbaşa digərsosial institutlara toxunur. Dövlət və xalq konstitusiya hüququnun əsas subyektləri kimi qeyd olunmaqla, onlarınhüquqi statusu bir-biri ilə münasibətdə müəyyənləşdirilir. Dövlətin bir çox keyfiyyətləri və ya cəmiyyətin birsıra əlamətləri məhz qarşı tərəfə - dövlətə, cəmiyyətə nisbətdə onu xarakterizə edir. Bu, onunla izah olunur ki,hüquqi dövlət nəinki hakimiyyətlər bölgüsündə, eyni zamanda, cəmiyyətdə mövcud olan sosial təsisatlarınnizamlanmasında dövlətin həmin subyektlərə özünüidarəetmə imkanı verməsi ilə xarakterizə edilir.Dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirən Əsas Qanun həm də cəmiyyət həyatının başlıcasahələrinə dövlətin müdaxiləsinin meyarlarını və yol verilən həddini dəqiqləşdirir, bu sahədəki dövlətsiyasətinin ümumi istiqamətlərini təsbit edir. Bütün bu və ya digər xüsusiyyətlər nəzərə alınmaqla,konstitusiyalar hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.Azərbaycan Respublikasının Konstitusiyasında sosial ədalət konsepsiyası da geniş formada öz əksinitapmışdır. Burada iqtisadiyyatın azad inkişafına təminat verilməklə, ölkənin hər bir vətəndaşının rifahınınyüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi funksiya olaraq dövlətinüzərinə qoyulur.Əsas Qanunumuzda dövlətin roluna müasir cəmiyyət tələblərindən yanaşaraq, insan və vətəndaşhüquqlarının müdafiəsi dövlətin ali məqsədi kimi göstərilmişdir. Dövlətin ali məqsədi sivil cəmiyyətin tələbləriəsas götürülməklə insan və vətəndaş hüquqlarının müdafiəsi olduğunu müəyyənləşdirmişdir. Başqa sözlə,Konstitusiyamız dövlətin hər hansı abstrakt maraqlara deyil, məhz vətəndaşların mənafelərinə xidmət etdiyiniən yüksək səviyyədə bəyan edir.Konstitusiya Azərbaycanda konstitusiya quruluşunun vacib əsası kimi xalq hakimiyyətini (xalqınsuverenliyini) bəyan edir, Azərbaycan xalqını hakimiyyətin yeganə mənbəyi elan edir və nəzərdə tutur ki, xalqöz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququəsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Əsas QanunAzərbaycan dövlətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilən demokratik, hüquqi, dünyəvi,unitar respublika olduğunu ehtiva edir, başqa sözlə, dövlətin öz təyinatını tam yerinə yetirməsi üçün bütünzəruri xüsusiyyətləri əks etdirir. Konstitusiya ölkədə sağlam siyasi mühitin formalaşmasına imkan verən,vətəndaşların cəmiyyətin siyasi həyatında və dövlətin idarə olunmasında iştirakını nəzərdə tutan siyasimüxtəliflik və plüralizm kimi mühüm prinsipləri təsbit edir. Konstitusiya quruluşunun xüsusiyyətlərindən birikimi iqtisadi fəaliyyət azadlığı, mülkiyyət növlərinin müxtəlifliyi və onların bərabər müdafiəsinə verilən təminatəks olunur.283

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!