13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir"Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaşcəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz butəminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi,demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".Fərhad Abdullayev,Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin sədriHeydər Əliyev,Azərbaycan xalqının ümummilli lideri1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə Azərbaycan RespublikasıKonstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasirdövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyatakeçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi iləhazırlanaraq 18 il bundan əvvəl qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd, sözün əsl mənasında, ölkəninƏsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslıqanunvericilik və institusional islahatların əsası kimi çıxış etmişdir.Bir qayda olaraq yeni müstəqillik əldə edən və demokratik inkişaf yoluna qədəm qoyan dövlətlərdə yenikonstitusiyaların qəbulu zərurətə çevrilir. Belə ki, müasir demokratik dövlətlərdə konstitusiyalar dövlətinbütövlükdə hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə hüquq düşüncəsinə və hüquqi-siyasi münasibətlərsisteminə əhəmiyyətli təsir göstərir. Ölkədə siyasi sabitliyin, ictimai sülhün, bəzi hallarda hətta milli barışığınqarantı kimi çıxış edən konstitusiyalar şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqiçərçivələrini, dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyət orqanlarınıntəşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir, şəxsiyyətin statusunu, insan hüquqlarının vəazadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir. Dövlət quruluşunun başlıca prinsiplərinimüəyyən etməklə yanaşı, konstitusiyalar həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsininmeyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumiistiqamətlərini müəyyən edir.Bu və ya digər dövlətin inkişafının başlıca məqsəd və vəzifələrini müəyyən edən konstitusiyalar hüquqixarakter daşımaqla yanaşı, siyasi aspektə də malik olur, cəmiyyətdə gedən siyasi proseslərə və siyasimünasibətlərə tənzimləyici təsir göstərən akt rolunu oynayır.Qeyd edilməlidir ki, demokratik dövlətlərdə konstitusiyalar dövlət hakimiyyətinin təşkilinin konseptualəsaslarını müəyyənləşdirərək siyasi plüralizm, insan hüquqları, hakimiyyətlərin bölgüsü, hakimiyyətin qanuniməhdudlaşdırılması və digər hamılıqla qəbul olunmuş demokratik dəyərləri özlərində cəmləşdirir. Bu mənada,konstitusiyalar dövlətdə mühüm ideoloji funksiyanı da həyata keçirmiş olurlar.Bu baxımdan, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında"Konstitusiya Aktının qəbul edilməsi ilə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasıqarşısında hüquqi dövlət quruculuğu üçün zəruri olan tədbirləri həyata keçirmək, o cümlədən demokratikdəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi vəzifəsi dururdu. Lakin müstəqilliyin ilk illərindəölkədə hökm sürən siyasi qeyri-sabitlik və hərc-mərclik, Azərbaycan xalqının mənafelərinə cavab verən siyasiiradənin olmaması bu vəzifənin reallaşdırılmasını qeyri-mümkün edirdi. Məlum olduğu kimi, dövlətmüstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik kimi millitəhlükəsizliyi təhdid edən ciddi problemlərlə qarşılaşmışdı.Məhz belə bir tarixi məqamda, Azərbaycan dövlətçiliyi üçün taleyüklü bir dönəmdə ölkənin millimaraqlarını təmin edə biləcək ümummilli liderə, tarixi şəxsiyyətə olan ehtiyac özünü daha güclü büruzə verdi.Şübhəsiz ki, irimiqyaslı siyasi dəyişikliklərin müşayiət olunduğu tarixi dönəmlərdə xalqın mənafelərinə uyğunsiyasi iradə nümayiş etdirmək iqtidarında olan böyük şəxsiyyətlərə ehtiyac daha ciddi hiss olunur.308

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!