13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Həmin dövrün aparıcı siyasi rəhbərləri olmuş İ.Mustafayev və S.Rəhimovun ömür yolu haqqında dakitabda müfəssəl təqdimat vardır. Müəllif kitabın əvvəlində M.C.Bağırovdan sonra hakimiyyətə gəlmişrəhbərləri qısaca belə xarakterizə edir. Xatırlayırıq: "1954-cü ilin fevral - mart aylarında formalaşdırılan yenirəhbərlik İ.Mustafayevin simasında Kənd Təsərrüfatı, S.Rəhimovun simasında sənaye, M.İbrahimovunsimasında mədəniyyət sahəsini əhatə edirdi".çox yaxşı ki, ilk əvvəl vəzifə bölgüsü bu cür istiqamətlənsə də, hadisələrin təlatümü, gur inkişafı dövründəonların hər birinin daha böyük milli vətəndaş işləri gördüklərinin şahidi oluruq, ölkənin dəlisov başçısı ilə başbaşahaqq işimizi qorumaq üçün qoç kimi döyüşən İmam Mustafayev, Azərbaycan qazını özümüzü təminetməmiş heç bir qonşuya verməyəcəyinə sərt iradə göstərdiyinə görə azərbaycançılıq yerlibazlığındatəqsirləndirilən Sadıq Rəhimov sözün əsl mənasında Azərbaycan rəhbərləri idilər.Oxucuda siyasi rəhbərlərimizin yekdilliyi haqqında qəti fikrə yanlış, birtərəfli münasibət oyanmasın deyə,"Azərbaycan rəhbərliyində siyasi böhranın dərinləşməsi" fəslinə də müraciət etməli oluruq. Diqqət edin - bu dabizim qanımızdadır - irəli gedənin ayağından çəkirik!"1957-ci idin əvvəllərində Azərbaycan rəhbərliyinin öz daxilindəki münasibətlər də çat verməyəbaşlamışdı. İ.Mustafayev üçün artıq başağrısına çevrilmiş Azərbaycan SSR Nazirlər Sovetinin yanında DTK-nınsədrinin keçmiş müavini, 1955-ci ilin avqust ayında Azərbaycan KP MK bürosunun qərarı ilə Naxçıvan MSSRNazirlər Soveti yanında DTK-nın sədri seçilmiş M.Əlizadənin məsələsi 1957-ci ilin yanvar ayının 15-dəyenidən büronun müzakirəsinə çıxarıldı. Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nin keçmiş sədriA.Quskov M.Əlizadənin məsələsindən məharətlə İ.Mustafayevə qarşı istifadə edir. Və onu bütün vasitələrləBakıya, DTK-nın mərkəzi aparatına qaytarmaq istəyirdi".A.Quskov Azərbaycan KP MK bürosuna göndərdiyi məktubda M.Əlizadəni yüksək qiymətləndirirdi.İ.Mustafayev isə başqa fikirdə idi. Və hətta N.Xruşşova bildirmişdi ki, o, bütün DTK aparatını KP MK-ya qarşıqaldırır və ona işləməyə imkan vermir. Belə bir neçə məsələdə də büro üzvləri arasında anlaşma yox idi."İ.Mustafayevlə Nazirlər Sovetinin sədri S.Rəhimov arasında qarşılıqlı etimad zəifləmişdi. S.RəhimovlaM.İbrahimov arasındakı münasibətlər də gərginliyə doğru gedirdi". Kiçik bir məsələdən ciddi münaqişəyaranmışdı. Belə: İndoneziya prezidenti Sukarnonun qarşılanmasının Moskva tərəfindən S.Rəhimova deyil,M.İbrahimova tapşırılmasını Nazirlər Sovetinin sədri özünə qarşı etimadsızlıq kimi qəbul etmişdi. Hətta yüksəkqonağı gəzdirmək üçün xüsusi maşın vermək istəməmişdi.Sadıq Rəhimovun hər şeyə komanda verməsi, Mərkəzi Komitəyə qısqanclığı, İ.Mustafayevin vəzifədəngedəcəyi barədə yayılan şayiələr silahdaşlar arasında da qruplaşmalar yaratmışdı. Artıq məsələ böyümüşdü.Bakı Şəhər Partiya Komitəsinin katibi T.Allahverdiyevlə İ.Mustafayev arasında nifaq toxumu səpilmişdi. SadıqRəhimov T.Allahverdiyevi çağırtdırıb ona demişdi: "Sən görərsən ki, İ.Mustafayev hamımızın başını yeyəcəkvə susmağın öz başında çatlayacaq". İntriqa qızışdı, çünki T.Allahverdiyev S.Rəhimovla aralarında olan söhbətiİ.Mustafayevə çatdırmışdı. T.Allahverdiyev Moskva nümayəndələrinin ehtiramını qazanmış şəxs kimi də şübhədoğururdu.Elə bu zaman M.İbrahimov iki aylıq məzuniyyətə çıxmışdı. Bir neçə vaxtdan sonra taleyin qisməti iləMirzə müəllimlə Şuşada görüşdük.İndi ADU-nun hörmətli professoru Nəcəf Quliyev o zaman "Bakinski raboçi" qəzetinin zona müxbiri idi,mən "Azərbaycan gəncləri" qəzetinin redaktoruydum. Hər ikimizin Mirzə müəllimlə yaxın, ehtiramlımünasibətlərimiz vardı. Yazıçını Daşaltıya gəzintiyə dəvət etdik. Daşaltı Cıdır düzü seyrangahının mənzərəliyeri hesab olunurdu: çayın zümzüməsi - qışıltısı, qırxpilləkənin ətrafındakı sıldırım qayalar, topxana meşəsiMirzə müəllimi heyran etmişdi. Ovqatının xoşluğundan istifadə edib, ürəyimdə qaynayan sözü ehtiyatla diliməgətirdim. İclas zamanı Birinci katiblə sərt danışığının səbəbini öyrənmək istədim... Mirzə müəllimin obrazladediklərini eyniylə sizə çatdırmalı olacağam.O zaman yazılmış "Gündəlik"dən qeydlər. "Mirzə müəllim çayın kənarında, iri qayanın üstündə dayanıbətrafı seyr edirdi. Suala cavab vermək istəmirdi. Xasiyyətcə belə hallarda kirpiklərini döyərdi, bu dəfə dəüzünün bütün cizgiləri ilə çatdırmaq istəyirdi ki, təbiətin bu dilbər guşəsində siyasi söhbətə hacət yoxdur. Ancaqqarşıdakı yalçın qayalara bir xeyli göz gəzdirdikdən sonra dedi: "Təsəvvür edin ki, indi sizinlə olduğumuz kimi,o zaman da millətə münasibətdə tam səmimi idik. Bu çay kimi dupduru idi fikirlərimiz. Mustafayevlə də,Rəhimovla da eyni səma altında böyümüşdük. Sadıqla daha yaxın idik. Uşaqlıq, gənclik dövrüm onundoğulduğu rayonda, Sabunçuda keçmişdi. Neftçi ailəsindəndi, həyatın dibindən çıxmışdı öz bacarığına görə.Mustafayev Qaxdan idi, Azərbaycanın gözəl guşəsindən. Kasıb kəndli ailəsində doğulmuşdu. Kəndtəsərrüfatı bilicisi, sərt, ciddi adam idi. Tale elə gətirdi ki, Bağırov getdi, bizi rəhbər işə irəli çəkdilər. Gərgin,409

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!