13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Dilİ. ƏLİYEVAAzərbaycan dili təlimi ideyasının görkəmli nümayəndələri vəilk ana dilli məktəblərXIX əsr Azərbaycan məktəbi tarixi ana dili təlimi ideyasının meydana gəlməsi və inkişafı baxımındanmühüm bir dövr kimi səciyyələndirilir. Bir neçə əsr Azərbaycanda hökmranlıq edənlər yerli əhalinin ana dilitəliminə həmişə etinasız yanaşmışlar. Onlar ölkədə islam ideologiyasını yaymaq və möhkəmləndirməkməqsədilə dilimizi assimilyasiya etmişlər. Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da ərəb və fars dilləriədəbi dil sayılmış, dini, elmi, bədii əsərlər, əhali arasında rəsmi yazışmalar əsasən bu dillərdə qələmə alınmışdı.Bütün bunlara baxmayaraq xalqımız öz dilini mühafizə edib saxlamış, eyni zamanda, onun lüğət tərkibini vəqrammatik quruluşunu zənginləşdirmişdir.Azərbaycan dilinin qorunması və inkişafında bu dili sevən, bu dildə gözəl əsərlər yaradan görkəmlinümayəndələr - Həsənoğlu, İmaməddin Nəsimi, Xətib Təbrizi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, QövsiTəbrizi, Saib Təbrizi, Molla Vəli Vidadi, Molla Pənah Vaqif və başqalarının böyük rolu olmuşdur. Bu şair vəyazıçıların əsərlərinin məktəb və mədrəsələrdə şagirdlər tərəfindən oxunması ana dilinin qorunubsaxlanılmasına xeyli kömək etmişdir.Ana dilində məktəb ideyasının ilkin olaraq meydana gəlməsində və əsaslandırılmasında bir sıra ədəbiməclislərin böyük rolu olmuşdur. XIX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Şuşa, Ordubad və başqa şəhərlərindəyeniyetmələrdə doğma ana dilinə sevgi tərbiyə edən, Azərbaycan poeziyasına məhəbbət aşılayan və yüzlərləgənc şairlərin formalaşmasında əvəzsiz xidmətləri olan ədəbi dərnəklər, məclislər mövcud idi. Həmin məclislərsonralar XIX əsrin ikinci yarısında Azərbaycan şairlərinin bütöv bir nəslini yetişdirmiş əsl ədəbi məktəblərəçevrildilər. Belə məclislərdən biri XIX əsrin 30-cu illərində Abbasqulu Ağa Bakıxanov tərəfindən Qubada təşkiledilmiş "Gülüstan" ədəbi məclisi idi. Məclislərdən biri də Tiflisdə fəaliyyət göstərirdi. Bu, Tiflis qəzaməktəbinin Azərbaycan dili müəllimi, məşhur şair Mirzə Şəfi Vazeh tərəfindən 1844-cü ildə təşkil edilmiş"Divani-hikmət" məclisi idi. Burada iştirak edənlərin çoxu Mirzə Şəfinin şagirdləri və dostları idi. A.Bakıxanovilə M.F.Axundov həmin məclisin fəal iştirakçılarından idilər. Burada yaxşı şeir yazmaq uğrunda müsabiqələrkeçirilir, qızğın ədəbi və fəlsəfi müzakirələr aparılırdı. Belə ədəbi məclislər bəzən ayrı-ayrı məktəblərinnəzdində də təşkil olunurdu. 1838-ci ildə Ordubadda "Əncüməni-şüara", 1864-cü ildə Şuşada "Məclisi-üns" vəaz sonra "Məclisi-fəramuşan" ("Məclisi-xumuşam"), 1870-ci illərdə isə Şamaxıda "Beytüş-səfa", digəri isəBakıda "Məcməüş-şüara" adı ilə fəaliyyət göstərmişdir. Bu məclislərdə Firdovsinin, Xəyyamın, Xaqaninin,Nizaminin, Sədinin, Hafizin, Nəvainin, Füzulinin əsərləri oxunur, həmin şeirlərə nəzirələr yazılır, ana dilindəşeirləşmələr təşkil olunurdu.Ədəbi məclislərə dövrün tanınmış şair və ədibləri - görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi, şairə XurşudBanu Natəvan, Seyid Əzim Şirvani, Mir Mövsum Nəvvab və başqaları rəhbərlik edirdilər. Bura istedadlı vəyaradıcı gənclər cəlb edilir, onlara ana dilində şeir yaratmaq bacarığı və vərdişi aşılayır, yeni şairlər nəsliyetişdirilirdi.Bir fakt xüsusi qeyd olunmalıdır ki, ana dili təlimi ideyasının meydana gəlməsində və inkişafında rusməktəbləri çox mühüm rol oynamışdır. Bu onunla izah edilir ki, XIX əsrin 30-cu illərindən başlayaraq yaradılanqəza məktəblərinin tədris planına Azərbaycan dili müstəqil fənn kimi daxil edilmişdir. 1200 il ərzində ərəb vəfars dilləri tərəfindən sıxışdırılan Azərbaycan dili yalnız rus məktəbləri yarandıqdan sonra müstəqil fənn olaraqrəsmi şəkildə tədris edilməyə başlanmışdır. Düzdür, Azərbaycan dilinin dövlət məktəblərində məcburi fənn kimitədrisi bir tərəfdən ölkədə ərəb və fars dilinin təsir <strong>dair</strong>əsini zəiflətmək idisə, digər tərəfdən rus millətindən olanşagirdlərin - ölkənin idarə edilməsi üçün hazırlanan gələcək məmurların bu dili bilməsi zərurətindən irəli gəlirdi.Bununla da Azərbaycan dilinin bütün Qafqazdakı ibtidai və orta məktəblərdə tədris edilməsi onun həyatiəhəmiyyətini bir daha artırırdı.XIX əsrin 70-ci illərinin irtica dövründə mürtəce qraf D.Tolstoyun maarif naziri təyin edilməsi iləAzərbaycan dili məcburi fənlər cərgəsindən çıxarıldı. Lakin 1881-ci ildən mütərəqqi rus və Azərbaycanpedaqoji fikrinin təsiri ilə dilimiz yenidən ibtidai məktəblərin tədris planına daxil edildi.394

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!