13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərməyi, ölkənin təbiətini, xalqıntarixini, maddi və mənəvi irsini qorumağı dövlətin mühüm vəzifələri sırasına daxil edir.Göründüyü kimi, Konstitusiyanın qəbulu Azərbaycan Respublikasında 1995-ci ildən başlamış və bu gündə uğurla davam etdirilən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün ali hüquqi baza yaratmışdır. Busənəd əsasında hüquqi və siyasi sistemdə genişmiqyaslı islahatlar aparılmış, ölkəmiz üçün yeni olan mühüminstitutlar təsis edilmişdir. Ötən dövr ərzində birbaşa xalq tərəfindən seçilən, müasir dövlətçilik tələblərinəcavab verən parlament və prezidentlik institutu formalaşıb, Konstitusiya əsasında cəmiyyət və dövlət həyatınınən müxtəlif sahələrini əhatə edən yüzlərlə normativ-hüquqi akt qəbul edilib, dövlət hakimiyyəti orqanlarınınsəmərəli fəaliyyətinin təşkili üçün onların təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkəmizartıq onun qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 300-ə yaxın çoxtərəfli beynəlxalq müqaviləyətərəfdar çıxmışdır, xüsusilə diqqətəlayiqdir ki, bu sənədlərin böyük əksəriyyəti birbaşa və ya dolayısı ilə insanhüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır.Dövlətin Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların təsirli mexanizmlər vasitəsilə təminedilməsində maraqlı olduğu qeyd olunan qanunvericilik aktlarının, o cümlədən bir sıra konstitusiya qanunlarınınqəbul edilməsi ilə bir daha təsdiqlənir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizin Avropa Şurasına tamhüquqluüzv olması, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına tərəfdarçıxması və bununla İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıması da beləmexanizmlərin yaradılmasına təkan verən mühüm amillərdən olmuşdur.1995-ci ildən sonra davamlı şəkildə həyata keçirilmiş məhkəmə-hüquq islahatları nəticəsində üçpilləliməhkəmə sistemi formalaşmış, məhkəmə hakimiyyətinin və ümumilikdə ədliyyə sisteminin müasir tələblərəuyğun təkmilləşdirilməsi üçün ciddi islahatlar aparılmış, hakimlərin peşəkarlıq səviyyəsinin və müstəqilliyiningücləndirilməsinə yönəlmiş konkret tədbirlər görülmüşdür.Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə İnsan hüquqları üzrə müvəkkil(Ombudsman) təsisatı, yerli özünüidarəetmə institutu - bələdiyyə orqanları yaradılmış və fəaliyyətə başlamışdır.Konstitusiyanın sosial dövlət konsepsiyasına xidmət edən müddəalarının reallaşdırılması istiqamətindəhəyata keçirilmiş ən mühüm işlərdən biri də ölkənin iqtisadi qüdrətinin getdikcə güclənməsi və xalqın rifahınınyaxşılaşdırılması ilə bağlıdır. Ötən dövrdə xüsusi mülkiyyət institutu və ümumiyyətlə, mülkiyyət hüquqlarınınmüdafiəsi ilə bağlı təminatlar inkişaf etdirilmiş, ölkədə bir neçə mərhələdə özəlləşdirmə prosesi həyatakeçirilmişdir. Bütün bunların nəticəsində isə mülkiyyət münasibətləri subyektlərinin <strong>dair</strong>əsi xeyli genişlənmiş,mülki dövriyyə zənginləşmiş, yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüş, əhalinin xüsusi mülkiyyətinin həcmivə gəlirləri əhəmiyyətli dərəcədə artmışdır.Mövcud inteqrasiya prosesləri və hüququn müasir inkişafı şəraitində Əsas Qanun heç bir dəyişikliklərəməruz qalmayan doğma ola bilməzdi. Bu ümumi proseslərin gedişində, eyni zamanda, Konstitusiyanın özünündə təkmilləşdirilməsi və tamamlanması kimi mühüm tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlər isə ilknövbədə məhz Konstitusiyanın özündə müəyyən edilmiş konsepsiyanın gerçəkləşdirilməsindən, Azərbaycanhüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarınauyğunlaşdırılmasından, ölkəmizin beynəlxalq birliyə inteqrasiyasından irəli gəlmişdir.2002-ci il avqustun 24-də keçirilmiş referendumda qəbul edilmiş Azərbaycan RespublikasınınKonstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktına uyğun olaraq, Konstitusiyaya bir sıradəyişikliklər edilmişdir. Bu dəyişikliklər ilk növbədə, cəmiyyətimizin inkişafından doğan və Konstitusiyamızın,qanunlarımızın, bütövlükdə hüquq sistemimizin təkmilləşdirilməsinə, demokratikləşdirmə proseslərinindərinləşdirilməsinə və insan hüquqlarının daha səmərəli müdafiə edilməsinə xidmət etmiş və Əsas Qanunun çoxmühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnmişdir.1995-ci il Konstitusiyasının ölkə hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də Azərbaycandailk dəfə konstitusiya nəzarəti orqanının - əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin hüquqvə azadlıqlarını müdafiə etməkdən ibarət olan Konstitusiya Məhkəməsinin yaradılması və fəaliyyətə başlamasıolmuşdur.Bu il fəaliyyətə başlamasının on illik yubileyi təntənəli şəkildə qeyd olunmuş AzərbaycanRespublikasının Konstitusiya Məhkəməsi fəaliyyəti dövründə ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətquruculuğu prosesində fəal iştirak etmiş, qəbul etdiyi qərarları ilə hər kəsin Konstitusiyamıza və qanunlarahörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə, demokratiyanınvə hüquqi mədəniyyətin inkişafına, konstitusionalizm ideyalarının həyata keçirilməsinə öz dəyərli töhfəsinivermişdir.184

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!