13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Cəmil ƏLİBƏYOVDövlət dilimizin vicdan səsiPROFESSOR CƏMİL HƏSƏNLİYƏ VƏ MİLLİ TARİXİMİZİNGERÇƏKLİKLƏRİ İNTİZARINDA OLANLARA AÇIQ MƏKTUBHörmətli professor, dövlət dilimizin vicdan səsi olan kitabınız (Cəmil Həsənlinin "Azərbaycanda milliməsələ: siyasi rəhbərlik və ziyalılar. 1954-1959" kitabı nəzərdə tutulur - red.) haqqında fikrimi ləng bildirdiyimüçün məni üzrlü sayın. Bilirsiniz ki, kitablarınızın yolunu səbirsizliklə gözləyənlərdən biri də mənəm. Düzdür,jurnalist dostumuz Azad Şərif təzə kitabınız çıxdığını və orada mənim barəmdə də söz deyildiyini xəbərvermişdi. İstirahətə getməklə qayğılandığımdan, kitabı tələsik gözdən keçirdim, amma fikrimi Sizə şifahiçatdırmağa imkan tapmadım. Dilimizə dövlət dili statusu verilməsi ilə bağlı hadisələrin iştirakçısı olsam da,mənim üçün qaranlıq qalmış sualların cavabına müntəzir idim, həqiqəti isə get-gedə toz basırdı. Elm xəbərsizqalmışdı.Gümanda olmayasınız ki, dilimizin milli statusu ilə bağlı hadisələrin, hüquqi ibarə ilə səciyyələndirsək"hal şahidi" olduğumdan Sizin kitabınıza biganəlik etmişəm və ya bildiklərimlə kifayətlənmişəm. Belə deyil!Sizdən və oxuculardan rica edirəm ki, özümü saxlaya bilməyib, kitabın təhkiyəsinə müdaxilə etdiyimitəbii hal sayasınız. O illərin fərəhi və sarsıntıları hələ də məni tərk etməyib. Bir də axı, milli dilə status almaqyalnız şərafət deyil, onun vasitəsiylə milli ənənələri, mənəviyyatı, mədəniyyəti - ümumiyyətlə insanı inkişafetdirmək gərəkdir. Bununla bağlı uğurlarımız da az olmayıb, çağdaş dövrdə eləyəcəklərimiz də kifayət qədərdir!Mən Sizin şəxsinizdə təcrübəli, istedadlı bir tarixçi kimi keçmişimizin əsaslı surətdə bizə qaytarılmasınacan yandıran, eyni zamanda parlament üzvü kimi qanun yaradıcılığında xalqın haqq mövqeyindən çıxış edən -nəzəriyyə ilə əməliyyənin vəhdətini görürəm. Aylarla xəstə çarpayısından ayrılmayanda da çıxışlarınızıizləmişəm, bunlardan mənəvi şəfa almışam. Mənim səhhətimlə daim maraqlandığınız üçün minnətdaram.Oxucu mülahizələrimə kitabdan gətirdiyim bu iqtibasla başlamaq istəyirəm."Sovetlər birliyinin dağılmasından sonra üzə çıxan yeni arxiv materialları bu dövrün dolğun siyasimənzərəsini yaratmaq üçün böyük imkanlar açmışdır". Haqlı etirafdır, uzun illər bu imkanın olmaması tarixelmimizdə xronik xəstəliyə çevrilmişdi. Medalın bəzəkli üzünün təsvirinə daha çox meyl olunmuşdu. Hərçənd,imkanların məhdudiyyətinə baxmayaraq, tarixçilərimiz böyük iş görmüşlər, birinci növbədə universitetmüəllimim Əlövsət Quliyevin başçılığı ilə yaradılmış üç cildlik "Azərbaycan tarixi"ni nəzərdə tuturam. çoxyaxşı ki, nisbətən yeni nəslin nümayəndəsi olan Yaqub Mahmudovun rəhbərliyi ilə indi təkmil şəkildə yeddicildlik hasilə gətirilib, ümumiyyətlə tarixçilərimizin son vaxtlar səmərəli fəaliyyəti ilə qiymətli tarix ədəbiyyatıyaradılması təqdirə layiqdir. Sizinlə tam şərikəm, yazırsınız ki, son illərdə professor E.İsmayılovun nəşrolunmuş iki dəyərli monoqrafiyası bu sahədə hökm sürən sükutu pozmuşdur. Xronoloji cəhətdən bir-birinitamamlayan bu əsərlərdə 40-cı illərin ortalarından 50-ci illərin ortalarına qədər Azərbaycanda baş vermişhadisələrin dolğun mənzərəsi yaradılmışdır.Mənə belə gəlir ki, Sizin 1954-1959-cu illərin hadisələrini əhatə edən monoqrafiyanız çağdaş oxucunu birdə ona görə qane edir ki, iki tarixçi, sanki, düşünülmüş halda, xalqımız üçün çox vacib olan bu dövrün bitkintarixini yaratmaq qətiyyəti göstərmişdir. Doğrudur, həmin dövrdən başqa əsərlər də meydana çıxmışdır. Bunlarısərf-nəzər etmək olmaz. Oxucular arasında rəğbətlə qarşılanan şair-publisist Teyyub Qurbanın, jurnalist RamizƏhmədovun, partiya xadimləri-filoloqlar Sadıq Murtuzayevin, Xeyrulla Əliyevin və başqalarının kitabları bumürəkkəb dövrə və hələ də diqqətdə müəmmalı şəkildə qalmış siyasi rəhbərlərə yeni münasibəti özündə ehtivaedir. Əsəd bəyin Stalin haqqında yazdığı fundamental əsər maraqla oxunsa da, qərəzlikdən xali deyildir.Sizin kitabı oxuyana qədər intizarım onunla bağlı idi ki, görəsən, Cəmil müəllim bundan əvvəlkikitablarının əsasında duran mövzunu - milli tariximizin gerçək tədqiqini davam etdirəcəkmi?Bir şəhərdə, bir səma altında yaşamağımıza baxmayaraq, fürsət tapıb üzbəsurət otura bilməmişik ki, mənbunlar barədə məlumat alım, daha çox da Azərbaycanın o tayının və bu tayının səriştəli, böyük sevgi ilətariximizə gətirilməsinin dövrün tələbatındanmı, yoxsa peşəkar tarixçilikdən gəldiyini müəyyənləşdirim. Axı,bütöv Azərbaycan məsələsi yüz illərdir ki, uşaqlı-böyüklü bütün xalqımızı düşündürür. Bir müddət xalq içindəngələn nisgili bayatılarda tərənnüm eləyib, sonra, ötən əsrin ortalarından etibarən dahi Səməd Vurğunun"Azərbaycan" epopeyası, böyük Şəhriyarın "Heydərbabaya salam"ı xalqı özünə qayıtmağa çağırış oldu, məncəbunlar tariximizin bütövlükdə, gerçəkliklə öyrənilməsini növbəyə gətirmişdir.401

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!