13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Milli Konstitusiyamız ölkəmizin inkişafının əsas mənbəyidirMüsəddiq MƏMMƏDOV,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinininsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriArtıq 13 ildir ki, Azərbaycanda noyabrın 12-si demokratik dünyəvi dövlət quruculuğunun təməl günükimi təntənə ilə qeyd edilir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milliKonstitusiya ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Respublikasınındövlətçilik və hüquq tarixinin ən parlaq səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ƏsasQanunumuz dünyanın ən mükəmməl konstitusiyalarından biridir. İlk milli Konstitusiyamız dövlətçiliyimizintarixində yeni mərhələ açmış, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafıtəmin edən islahatların dərinləşməsinə, hakimiyyət bölgüsü prinsipini, insan hüquq və azadlıqlarınınüstünlüyünü təsbit edərək Azərbaycanın çox qısa zaman kəsiyində bölgənin lider dövlətinə, dünyada söz vənüfuz sahibinə çevrilməsinə imkan yaratmışdır. Bu mənada Konstitusiyamız ölkəmizin inkişafının əsasmənbəyidir.Konstitusiyanın cəmiyyətdəki əhəmiyyəti onun daşıdığı funksiyalar vasitəsilə reallaşır. AzərbaycanRespublikasının Konstitusiyası da hüquqi, siyasi, ideoloji, sosial-iqtisadi və sair mühüm funksiyaları yerinəyetirməklə cəmiyyətin və dövlətin həyatında, ölkənin siyasi, hüquq və iqtisadi-sosial sistemində əvəzedilməzrola malikdir.Ötən on üç illik tarixə nəzər salarkən əminliklə deyə bilərik ki, Azərbaycan RespublikasınınKonstitusiyası ölkə ərazisində birbaşa ali hüquqi qüvvəyə malik olan, həyatımızın bütün sahələrinə nüfuz edəncanlı bir sənəddir. Konstitusiyamızın fəaliyyətdə olduğu dövrdə həyata keçirilən irimiqyaslı islahatların uğurlunəticələri buna əyani sübutdur.Konstitusiya qəbul ediləndən sonra ölkəmizdə birbaşa xalq tərəfindən seçilən qanunverici orqanformalaşmış; dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlaratılmış; beynəlxalq təcrübə və tövsiyələr nəzərə alınmaqla məhkəmə-hüquq islahatları həyata keçirilmiş; bir sırayeni institutlar - Konstitusiya Məhkəməsi, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), yerli özünüidarəetməorqanları olan bələdiyyələr yaradılmış və fəaliyyətə başlamış; xüsusi mülkiyyət institutunun inkişafı vəümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı mükəmməl təminat sistemi formalaşmışdır. Ölkədə birneçə mərhələdə aparılmış özəlləşdirmə prosesi mülkiyyət münasibətləri subyektlərinin <strong>dair</strong>əsini xeyligenişləndirmiş, xüsusi mülkiyyətin həcmini əhəmiyyətli dərəcədə artırmışdır. Bütün bunlar AzərbaycanRespublikası Konstitusiyasının 15-ci və 59-cu maddələrinin təminat verdiyi hüquqlar sayəsində mümkünolmuşdur.Konstitusiyanın qəbulundan sonra Azərbaycanda aparılmış qanunvericilik islahatı nəticəsində hüquqsisteminin müxtəlif sahələrini tənzimləyən geniş normativ baza formalaşmışdır. Ölkəmiz artıq onunqanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 200-dən artıq beynəlxalq müqaviləyə tərəfdar çıxmışdırvə xüsusilə diqqətəlayiq haldır ki, bu sənədlərin böyük əksəriyyəti birbaşa və ya dolayısı ilə insan hüquq vəazadlıqlarının müdafiəsi ilə bağlıdır.Müasir dövrdə dövlətlərin demokratiklik və hüquqi dövlət əmsalı siyasi hakimiyyətin xalqa xidmətsəviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə yanaşı, həm də sosial-iqtisadi inkişafgöstəriciləri ilə müəyyən edilir. Xalqdan mandat almış hakimiyyət əməli fəaliyyəti ilə daim ictimai etimadıdoğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursu həyatakeçirməyə çalışır. Bu prinsip son beş ildə Azərbaycanda da həyata keçirilən çoxşaxəli siyasətin başlıca meyarınaçevrilmiş, elmi əsaslar üzərində gerçəkləşdirilən sosial-iqtisadi strategiyanın əsasında insana, vətəndaşa həssasmünasibət amili dayanmışdır.Sosialyönümlü mahiyyət daşıyan bu strategiya ölkənin iqtisadi inkişaf prosesində yeni keyfiyyətgöstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və dinamik tərəqqisininsürətləndirilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, yeni işyerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məqamları özündə ehtivaetmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçüncəlbediciliyinin qorunması və milli iqtisadiyyatın müxtəlif sferalarına yatırılan sərmayələrin qeyri-neft253

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!