13.07.2015 Views

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

Azərbaycanın dövlət rəmzlərinə və atributlarına dair məqalələr

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsininPREZİDENT KİTABXANASI──────────────────────────────────────────────────────────────────────────────────────Hüseynbala MirələmovMilli Məclisin deputatı,yazıçı-publisistBayraq işığı...Həmin gün hər kəsin çöhrəsində eyni bir ifadə işıq saçırdı. Ruhumuzu göylərə qaldıran sevincinmüjdəsinə çox bənzəyirdi bu, amma tam o da deyildi.Həmin gün çöhrələrdə güllər açan o ifadə sevinclə birgə qürurdan, uzun iztirablardan sonranın ruhirahatlıq hissindən, sevgidən, inam və güvəndən möhtəşəm bir çələng hörmüşdü və həmin anlarda eyni məkanayönəlib, fərəhdən doluxsunmuş gözlərdə aram-aram ucalaraq səmada qanad açan üç rəngli, aylı ulduzluAzərbaycan bayrağı bu çələngin düz mərkəzində dalğalanırdı.Ölməz Cəfər Cabbarlının uzun onillikllər əvvəl qələmə aldığı sevgi dolu misraların gerçəyə çevrildiyiyerdəydik elə bil... Bakı səmasında parlayan Ay bayrağımızın hüzuruna gəlmişdi, göy üzü iki sevdalının görüşyerinə çevrilmişdi:Kölgəsində Ay əyilib bir gözəli qucmada.Qucuşaraq sevdiyilə yüksəklərə uçmada,Şu görünüş bir ananın şəfqətinə oxşayor.Düşündükcə zövqlərimi, vicdanımı oxşayor...***Zaman - 1 sentyabr 2010-cu il...Məkan - torpağın köksündə milli mövcudiyyətimizin əzəmətli möhürü kimi zərb edilmiş BayraqMeydanı Kompleksi...Azərbaycan Prezidenti İlham Əliyevin öz əlləri ilə uğurlayıb ucalara qaldırdığı bayrağımızınyüksəlişinin seyrində ikən dəniz tərəfdən əsən xəfif meh Xəzərin doğma ətri ilə birgə sanki keçmiş günlərinanılarını da özü ilə gətirirdi. Bu xatirələrin ardınca xəyal məni bir anlıq başqa zaman və məkana doğru çəkibaparmışdı...17 noyabr 1990-cı il, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalı...Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin binəsib taleyini bölüşüb, mavi səmalardanyaddaşlara, şanlı keçmişin ürkək xatirələrinə köçmüş üç rəngli bayrağımız 70 illik həsrətdən sonra həmin günyenidən öz doğmasına qovuşmuşdu. İstiqlalının bərpasına doğru ilk əzablı addımlarını atıb çətin günləriniyaşayan Azərbaycanın boynuna sarılmışdı.Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın Naxçıvan MuxtarRespublikasının rəsmi bayrağı kimi qəbul edilməsi barədə Muxtar Respublikanın Ali Məclisinin qərarı həminan, həmin məkanda tarixin 70 ildən sonra Azərbaycan xalqı qarşısındakı üzrxahlığı kimi səslənirdi!Müstəqil Azərbaycan dövləti həmin an müqəddəs təbərrik tək Muxtar Respublika Ali Məclisinin iclaszalına gətirilən, insanların alqışları, fərəh dolu göz yaşları içində ucalara qaldırılan üç rəngli bayrağımızınhündürlüyü boyda doğuldu!Ucaldıqca ucaldı, tufanlara, qasırğalara sinə gərdi - rişələri sağlam idi deyə!Gün gəldi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti ilə Azərbaycan Respublikasının AliSoveti də üç rəngli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərarqəbul etdi, zaman - 5 fevral 1991-ci il...Cəmi bir neçə ay keçəcək, 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini yenidən bütündünyaya bəyan edəcək və üçrəngli bayrağımız müstəqil dövlətimizin ilk müqəddəs nişanəsi kimi bütün yerüzündə görünəcəkdi.Bu bayraq taleyimizə dönəcəkdi. Tariximizin ən unudulmaz məqamlarına şəhadət gətirəcəkdi.Bayraqları bayraq yapanüstündəki qandırTorpaq, əgər uğrunda ölənvarsa vətəndir.- Böyük türk şairi Mithat Cemal Kuntayın bu beytindəki an təkrar-təkrar yaşanacaqdı, Azərbaycanda...121

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!