01.05.2013 Views

doğmunun 125. yılında mustafa kemal atatürk - Atatürk Araştırma ...

doğmunun 125. yılında mustafa kemal atatürk - Atatürk Araştırma ...

doğmunun 125. yılında mustafa kemal atatürk - Atatürk Araştırma ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

894

HİDAYƏT ORUCOV

ci İnönü savaşları Azərbaycanda böyük bir coşğuya səbəb oldu. Nərimanov

23 Mart 1921-ci ildə Atatürkə yazdığı məktubunda bu nailiyyətlərə görə

Türkiyə Böyük Millet Məclisi hökümətini, onun rəhbərini və qəhrəman

Türk ordusunu təbrik etdikdən sonra deyirdi: “Paşam, Türk millətində

bir ənənə vardır: qardaş qardaşa borc verməz, qardaş hər şəraitdə qardaşının

əlindən tutar. Biz qardaş xalqlarıq və hər zaman və hər şəraitdə birbirimizin

əlindən tutacağıq. Bu gün etdiyimiz də qardaşlıqdan savayı heç

nə deyildir”.

Atatürk yeni yaranan Azərbaycan Sovet Sosialist Respublikasının

varlığından böyük sevinc duyur, bunu Azərbaycanda yaranacaq müstəqil

dövlətin ilkin addımı sayırdı. 1921-ci ilin 18 Oktyabrında Azərbaycanın

Ankarada səfirliyinin açılışında Ulu Öndər Atatürk Azərbaycan bayrağını

qaldırarkən söylədiyi nitqində demişdir:

“Səfir həzrətləri,

Bu gün bizə sevincli bir bayram yaşatdığınıza görə Böyük Millət

Məclisi Höküməti və şəxsim adına təşəkkür edirəm. Bu bay ram gününün

mənim üçün xoşbəxt bir yönü vardır ki, o da müstəqil Azərbaycan Şura

Hökümətinin bayrağını qaldırmaq şərəfini mənə bəxş etmiş olmasıdır.

Bəylər! Ankaraya yunanlıların, düşmənlərin bayrağı asılmaq istənirdi.

Bu fürsəti həmd olsun ki, düşmənlərimiz əldə edə bilmədilər. Burada qardaş

hökümətin, qardaş millətin bayrağını qaldırmaqla bəxtiyarlıq duyuruq.

Türkiyə və Azərbaycan arasındakı səmimi əlaqələrin, qardaşlığın

dərəcesini izaha gərək yoxdur. Bu gün bayraq qaldırılması münasibətilə

duyduğum bəxtiyarlığı iftixarla yad etmək istəyirəm.

Əziz dostumuz Əbilov həzrətləri! Bu gün Azərbaycanın müstəqilliyini

təmsil edən bayrağı qaldırarkən əllərimin müəyyən duyğular və təsirlərlə

titrədiyini duyuram. Həqiqətdə bayrağı qaldıran mənim əllərimdi; ancaq

əllərimi hərəkətə gətirən, bugünkü bayramda mənən müşterək olan bütün

Türkiyə xalqının həqiqi və səmimi qardaşlıq duyğularıydı”.

Türkiyədə 1923-cü ildə Cümhuriyyət rəsmi şəkildə quruldu və Anadolu

bütün düşmənlərdən biryolluq azad olundu. Atatürk ömrünün

axırına kimi dövlətin güclənməsi, möhkəmlənməsi, xalqın rifaha qovuşması

və Türkiyə Cümhuriyyətinin dünya dövlətləri arasında özünə layiq

yer tutması uğrunda yorulmaq bilmədən çalışdı. O, dövrün tələblərini

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!